Məhkəmə qərarları › İş №2(021)-1543/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1543/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1543/2023 31.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı X5 cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 3000 manat məbləğində pulun və hüquqi xidmət üçün ödədiyi 100 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X8 iddia tələbini onunla əsaslandırmışdır ki, o, müharibə veteranıdır. Cavabdeh İddiaçı olnun tanışıdır. Cavabdeh İddiaçı 01 may 2021-ci ildə təxminən 5 (beş) ay müddətinə, yəni 01 oktyabr 2021-ci ilədə qaytarmaq şərti ilə onun etibarımdan sui-istifadə edərək ondan 3000 (üç min) manat miqdarında borc pul almışdır. (Bu faktı təsdiq edən yazılı qəbzi bu ərizəyə əlavə edir). Göstərilən müddət tamam olduqda o, cavabdeh İddiaçı pullarını qaytarmasını tələb etməyə başlamışdır. Lakin cavabdeh ona verdiyi borc pulunu qaytarmaqdan imtina etmişdir. Buna görə də o, pulunun məcburi qaydada qaytarılmasına nail olmaq üçün ondan borc pul adı altında aldığı 3000 manat miqdarında pulunun və hüquqi xidmətə görə ödədiyim 100 manat pulun cəmisi 3100 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədi qətnamə çıxaracaqdır. İddiaçı X8 məhkəməyə ərizə göndərərək, tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh İddiaçı məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh İddiaçı iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçınnın izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işə əlavə olunmuş Seriya AZE ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 25 yanvar 1971-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Seriya MV 084029 saylı vəsiqənin surətindən müəyyən olunur ki, X8 müharibə veteranıdır. Mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1994-cü ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş qəbzdən yazılmışdır: “Mən İddiaçı qəbzi verirəm ondan ötəri ki, X1 2014-cü ilin fevral ayının 14-də Rəhimov Samirdən 20000 (irmi min) borca pul almışam. Qəbzi özüm yazdım, doğrudu və doğru olmasını öz imzamla təsdiq edirəm. İmza A.Vahidov. tarix 2104cü il fevral ayının 14-də”. Mülki işə əlavə edilmiş qəbzdən yazılmışdır: “X4 AA******* 5VSVHFH Bərdə rayonu, Qaratəpə kəndində yaşayıram X3 3000 (üç min) manat pul götürdüm xx.xx.2021-ci il tarixdə pul borc aldım, Əgər bu pulu vaxtında qaytarmasam məsuliyyət daşımağım mənə məlumdur. Qəbzi özüm yazdım doğrudur və onu doğruluğunu imzamla təsdiq edirəm. İmza İddiaçı Hab il oğlu ********** ********** xx.xx.2021 5(beş) ay müdətində qaytarmaq şərtiylə. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı maddi və və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, iddiaçı X5 cavabdeh İddiaçı qarşı 3000 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasında şifahi borc müqaviləsi bağlanılmış, hazırki vəziyyətdə tərəflərin arasındakı borc münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində haqlı olması, cavabdehin borcu qaytarması barədə sübutu olmaması səbəbindən iddia tələbi təmin edilməli, cavabdeh İddiaçı X5 xeyrinə 3000 manat məbləğində pul və hüquqi xidmət üçün 100 manat tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Q Ə T E T D İ: İddiaçı X5 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası təmin olunsun. Cavabdeh İddiaçı 3000 manat borc pul və hüquqi xidmətə görə 100 manat olmaqla, cəmi 3100 manat (üş min yüz) pul tutularaq iddiaçı X6 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar