Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1547/2022 27.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bərdə rayonu 2-ci Hacallı kənd sakini Cavabdeh dələduzluq yolu ilə ələ keçirtdiyi 2500 manat pulun və və ödənilmiş 45 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Mustafaağalı kənd sakinidir, hazırkı iş üzrə cavabdeh Bərdə rayonu 2-ci Hacallı kənd sakini Cavabdeh uzun zamandır ki, tanıyır, aralarında hər zaman yaxşı münasibət “salam” və “sağ ol” münasibətləri olmuşdur. 2021ci ilin iyul ayında Cavabdeh təcili surətdə pul ehtiyacı olduğunu bildirərək ondan 2500 manat məbləğində pul istəyib, bildirib ki, tez bir zamanda pulu geri qaytaracaq. Həmçinin pulu ondan istədiyi zaman bildirib ki, Bərdə rayon Mustafağalı kəndində 0,47 sot torpaq sahəsi var və həmin torpaq sahəsini pul qarşılığında ona verəcək. 0,47 ha torpaq sahəsinin rəsmi olaraq onun adına sənədləşdirəcəyini və həmin torpaq sahəsini sataraq ona vermiş olduğu 2500 manat pulu özünə götürəcəyini, qalan pulu isə Cavabdeh vercəyini bildirib. O, da onun sözlərinə inanaraq Cavabdeh 2500 manat pul veirib. Cavabdeh pulu 1 aya geri qaytarması ilə bağlı vermiş olduğu sözə əməl etmədiyi üçün pulunu Ceyhundan istəməyə başlayıb. Ceyhun ondan biraz daha vaxt istəyərək tezliklə pulu ödəyəcəyini bildirib. Həmçinin pulu 1 ay müddətinə verəcəyini, vermədiyi halda cinayət daşıdığıını ağ bir kağıza qeyd etmişdir və imza etmişdir. 1 ay keçməsinə baxmayaraq Cavabdeh hələdə ona borclu olduğu 2500 manat pulu ödəməmiş, həmçini söz vermiş olduğu Bərdə rayon Musatafağalı kəndində yerləşən 0,47 ha torpaq sahəsini verməmişdir. Bu vaxta qədər cavabdehdən borclu olduğu 2500 manat pulun verilməsini tələb etməsinə baxmayaraq, hər səfərində cavabdeh pulu verməkdən imtina edir. Cavabdeh onu aldatmışdır və ona qarşı dələduzluq etmişdir. Oda məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1970-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 167 nömrəli, 18 mart 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bərdə rayonu, Hacallı kəndində pasport qeydiyyatında olmağına baxmayaraq uzun müddətdir ki, ərazidə yaşamır, naməlum ünvanda yaşayır. Mülki işə əlavə edilmiş ünvan 1i üzrə nümayəndəliyi tərəfindən verilmiş 95 nöməli, 11 aprel 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu, Mustafaağalı kəndində daimi yaşayır. Mülki işə əlavə edilmiş qəbzdə göstərilmişdir: “Mən Cavabdeh İddiaçı pulunu qaytarmağım üçün işləməyə gedirəm. Əgər pulu qaytarmasam cinayət daşıyıram, özüm yazdım, özüm imzamla təsdiq edirəm, 1 aya kimi qaytaracam. İmza Ceyhun.” Mülki işə əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsi tərəfindən verilmiş 28 mart 2022-ci il tarixli, ***-**** nömrəli məktubudan müəyyən olunur ki, Mehdiyev X5 rayonu Hacallı kəndində qeydiyyatda olmağına uzun müddətdir ərazidə yaşamır, naməlum ünvanda yaşamır. Mülki işə əlavə edilmiş Kapital bankın qəbzindən görünür ki, iddiaçı iddia qaldırılması üçün 45 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki işin materialları ilə tərəflərin borcun faizlər ilə verilməsini şərtləşdirirməsi təsdiq olunmur. Bundan başqa məhkəmədə onu da xüsusi olaraq vurğulamaq istəyir ki, iş materiallarında olan qəbz cavabdeh tərəfindən borcun etiraf edilməsi kimi qiymətləndirilmir, həmin qəbz qeyri müəyyən formada yazılmışdır və qəbzdə cavabdehin iddiaçıdan həqiqətən 2500 manat borc alması göstərilməmiş, həmin qəbzin harada və hansı tarixdə yazılması qeyd edilməişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, İddiaçı Cavabdeh qarşı 2500 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasındakı borc münasibətlərinin yaranması təsdiq edilmir, məhkəmyə təqdim edilmiş qəbz mötəbər sübut kimi qəbul edilə bilməz. Buna görə də iddiaçı iddia tələbini sübut edə bilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 45 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1547/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1547/2022
27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver