Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1550/2023 12.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X12 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, cavabdeh X2 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Alimentin məbləğinin artırılması və müalicə xərci” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 1 (bir) uşağın saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay 300 (üç yüz) manat, uşağın müalicəsinə görə hər ay 200 (iki yüz) manat əlavə pulun müəyyən edilməsi, mediasiya üçün ödədiyi 50 manat pulun alınıb ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun sabiq həyat yoldaşıdır. Birgə nikahlarından 27 sentyabr 2019-cu il təvəllüdlü qızları X4 doğulmuşdur. Cavabdeh ilə aralarında olan narazılıqlara görə Bərdə Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və bir uşağın saxlanılması üçün cavabdehdən 130 manat aliment tutulub ona verilir. Hazırda həmin pulla uşağı saxlaya bilmir, maddi vəziyyəti olduqca ağırdır. Özü işləmir, cavabdeh isə əlavə yardım və ya köməklik etmir. Uşağın tələbatı isə getdikcə artır. Habelə qızlarının daimi və uzun müddətli müalicəyə ehtiyacı var. İddiaçı məhkəməyə teleqram göndərərək körpə uşağının xəstəliyi ilə bağlı məhkəməyə gələ bilməyəcəyindən işə onun iştirakı olmadan baxıb iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, 2018-ci ildə iddiaçı ilə evlənmiş, birgə nikahlarından bir uşaqları doğulmuşdur. Aralarında yaranan narazılıqlara görə ayrılıblar. Ayrıldıqdan sonra azyaşlı qızı iddiaçının yanında qalıb. Bərdə Rayon Məhkəməsinin qətnaməsinə əsasən bir uşağa görə hər ay iddiaçıya 130 manat məbləğində aliment ödəyir. İşsizdir və işsiz kimi məşğulluq orqanlarında qeydiyyata alınmışdır. Epilepsiya xəstəsidir və bu səbəbdən İİİ qrup kimi pensiya almışdır. Hazırda pensiyanın verilməsi dayandırılmış, yenidən tibbi komissiyaya müraciət etmişdir. Uşağı əvvəllər xəstə olub və müalicə olunub. Hazırda uşağın müalicəyə ehtiyacı yoxdur. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı yoxdur. Hər ay 150 manat məbləğində aliment ödəməyə imkanı çatır. İddianın etiraf etdiyi qaydada təmin, qalan hissədə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi, eyni zamanda atası X6 Cavabdeh göstərdiklərini bir daha təsdiq edərək, oğlu Cavabdeh xəstəliyinə görə İİİ dərəcə əlil olduğunu, bu səbəbdən məhdud əmək qabiliyyətli olduğunu, oğlunu özünün müalicə etdirdiyini, oğlunun qazancı olmadığına görə azyaşlı uşağının saxlanılması üçün alimenti də özünün ödədiyini bildirdi və iddianın etiraf edildiyi qaydada təmin, qalan hissədə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin və nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci ildə Bərdə rayonu Gərənə kəndində anadan olmuşdur, Bərdə rayonu Gərənə kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1994-cü ildə Bərdə rayonu Şorəlli kəndində anadan olmuşdur, Bərdə rayonu Şorəlli kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli 1735 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda Bərdə rayon Güloğlular kənd İƏD üzrə nümayəndəliyinin Gərənə kəndində yaşayır. Bərdə Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 noyabr 2019-cu il tarixli AZ-İV 375244 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 27 sentyabr 2019-cu ildə Günay adlı uşaqları anadan olmuşdur. 27 sentyabr 2019-cu il təvəllüdlü X1 atası Cavabdehdur. Bərdə Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(021)-301/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Haqverdizadə (Mahmudzadə) Mədinə Mürşüd qızına qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh Haqverdizadə (Mahmudzadə) Mədinə Mürşüd qızı arasında Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 27 noyabr 2018-ci ildə bağlanmış və 1381 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 27 sentyabr 2019-cu ildə anadan olmuş X1 cavabdeh Haqverdizadə (Mahmudzadə) Mədinə Mürşüd qızının himayəsində qalması, 27 sentyabr 2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 12 oktyabr 2020-ci ildən başlayaraq ayda 130 (bir yüz otuz) manat miqdarında aliment alınaraq Haqverdizadə (Mahmudzadə) Mədinə Mürşüd qızına verilməsi, Cavabdeh dövlət rüsumu hesabına 30(otuz) manat alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 mart 2021-ci il tarixli AZ-İ 375120 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Mahmudzadə soyadı verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X7 haqqında 11 aprel 2023-cü il tarixli ********** nömrəli arayışından görünür ki, Cavabdeh 08 fevral 2023-cü il tarixdə işsiz statusu verilmişdir. 06 dekabr 2022-ci il tarixli Ambulator Kitabçadan çıxarış və digər tibbi sənədlərin surətlərindən görünür ki, Cavabdeh “Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş idiopatik (mənşəyi bilinməyən) epilepsiya” diaqnozu qoyulmuşdur. 17 fevral 2023-cü il tarixli MŞG1/MT023/2023-00378 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. 21 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı mediasiya xidmətinə müraciət üçün 50 manat məbləğində rüsum ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. BMT-nin 12 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 75.1.-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa görə, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının AM-nin: 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquqa malik olmaqla və bərabər vəzifələr daşıyırlar. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, alimentin tutulması barəsində məhkəmə qətnaməsi qəbul edilməsindən 2 ildən artıq müddət keçməklə uşağın tələbatlarının artmasını, bununla yanaşı Cavabdeh qazancının qeyri-müntəzəm olmasını, iddiaçının cavabdehin işləməsi və ya gəlirlərinin artması haqqında sübut təqdim etməməsini, cavabdehə məşğulluq orqanları tərəfindən 08 fevral 2023-cü il tarixdə işsiz statusu verildiyini, cavabdehin xəstə olmasına görə (06 dekabr 2022-ci il tarixli Ambulator Kitabçadan çıxarış və digər tibbi sənədlərə əsasən, Cavabdeh “Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş idiopatik (mənşəyi bilinməyən) epilepsiya” diaqnozu qoyulmuşdur) əmək qabiliyyətinin məhdud olmasını, cavabdehin sabit pul məbləğində ayda 300 manat miqdarında aliment ödəməsinin real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddia alimentin miqdarının artırılması hissədə qismən təmin edilməli, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla Bərdə Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(021)- 301/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək 27 sentyabr 2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 manat məbləğində alimentin sabit pul məbləğində tutularaq İddiaçı verilməsi qanuna və məqsədəuyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, alimentin tutulması “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının AM-nin: 81.1-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə görə, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə iddia tələbinin uşağın müalicəsinə görə hər ay 200 (iki yüz) manat əlavə pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı uşağın xəstəliyi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmiş, məhkəməyə təqdim etdiyi tibbi sənədlər isə 2020-2021-ci illəri əhatə etməklə hazırkı dövrü əhatə etmir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı mediasiya xidmətinə müraciət üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin: 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən mediasiya xidmətinə müraciət üçün ödənilmiş 50 manat məbləğində rüsum cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması və müalicə xərci” tələbinə dair iddiası qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(021)-301/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəsini aldıqdan sonra 27 sentyabr 2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat miqdarında aliment sabit pul məbləğində tutularaq İddiaçı verilsin. Mediasiya xidmətinə müraciət üçün ödənilmiş 50 (əlli) manat məbləğində rüsum Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1550/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1550/2023
12.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver