Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1551/2022 09.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ziyan tələbinə dair mülki iş üzrə Cavabdeh2 məhkəmənin sədrinə verdiyi etiraza açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 5920 manat əldən çıxmış fayda və qanunsuz olaraq evində yaşadıqları müddət ərzində istifadə etdikləri qaz pulu olan 225 manat, cəmi 6145 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5920 manat əldən çıxmış fayda və qanunsuz olaraq evində yaşadıqları müddət ərzində istifadə etdikləri qazın pulu olan 225 manat, cəmi 6145 manat pulun və mənəvi ziyana görə 3000 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə etiraz verərək Bərdə Rayon Məhkəməsində mülki işə baxılmasından imtina edərək işin digər rayon məhkəməsində baxılmasını istədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 etirazda göstərdiklərini təsdiq edərək etirazın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 etirazın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 etirazda göstərilənlərin əsassız olduğunu qeyd edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi etirazı və mülki işin materiallarını araşdırıb hesab edir ki, etiraz təmin edilməlidir. Məhkəmə hesab edir ki, işə baxan hakim onun sədrliyi ilə işə baxılacağı təqdirdə gələcəkdə çıxarılacaq hər hansı qərarın obyektivliyinə şübhələrin olmaması məqsədi ilə, cavabdeh tərəfindən məhkəmənin sədrinə verilmiş etiraz baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 19, 22, 264, 264-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ziyan tələbinə dair 2(021)- 1551/2022 saylı mülki iş üzrə Cavabdeh2 məhkəmənin sədri Allahverdiyev Məhərrəm Ələkbər oğluna vermiş olduğu etiraz baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(021)-1551/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1551/2022
09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver