Məhkəmə qərarları › İş №2(021)-157/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-157/2021

20.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-157/2021 20.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı oğlunun, Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 4500 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat olmaqla cəmi 4530 manat məbləğində vəsaitin alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı oğlu iddia tələbini belə əsaslandırmışdır ki, Bərdə şəhər “Köhnə Bazar” adlandırılan ərazidə özünə məxsus “Mebel satış Mərkəzi” vardır. Təxminən 4 ildir ki, Cavabdeh oğlu onun mağazasında satıcı işləmişdir. X2 mebellerə nağd və ya pul formasında satmaqla ailəsini dolandırmışdır. O, 2019-cu ilin dekabr ayında özünə məxsus mebel sexində olarkən Cavabdeh oğlu onu etibarından sui-istifadə edərək müxtəlif şəxslərə kredit formasında satdığı mebel əşyalarının dəyəri olan ümumilikdə 4500 manat pulu onlardan tələb edərək mənimsəmişdir. Onun bundan xəbəri olmamışdır. Cavabdeh oğlunun onu aldatmağından alıcılardan mebelin dəyərini tələb etdikdə xəbəri olmuşdur. Bundan sonra pulu cavabdehdən tələb etsə də, o pulu verməyəcəyini bildirmişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı oğlu iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlu İddiaçı oğluna cəmi 1270 manat borcu olduğunu etiraf edərək bildirdi ki, borcunu ödəyəcəkdir. İş üzrə iddiaçının və cavabdehin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 13190481 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu 19.08.1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2777 saylı 10.06.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş Cavabdeh oğlunun etiraz ərizəsindən görünür ki, o, İddiaçı oğlunun ona qarşı qaldırdığı iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, ona cəmi 1270 manat borcu vardır. İddiaçı ona olan borcu şişirdilmiş məbləğ yazmışdır. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh oğlu İddiaçı oğlunun mebel mağazasında satıcı olaraq işləmişdir. Həmin müddətdə o, müştərilərin mağazaya olan borcunu alıb mənimsəmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 157-ci maddəsinə əsasən iddiaçı öz əmlakını tələb etməkdə haqlıdır. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 191.3- cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və cavabdehin etirafı nəzərə alınmaqla iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh öz etirafında iddiaçıya 1270 manat borcu olduğunu etiraf etmiş, iddiaçı isə onun ifadəsi ilə razılaşmışdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh oğluna aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan 1270 manat pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar