Məhkəmə qərarları › İş №2(021)-1585/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1585/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1585/2021 26.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və Nəbiyev Azər Eyvaz oğlnun, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Qəribov Saleh Natiq oğluna qarşı “heyvanın alınmasına dair şifahi alqı-satqı müqaviləsinin ləğv edilməsi və inəyin dəyərinin, çəkilən xərclərin, cəmi 3700 manat pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçılar İddiaçı1 oğlu və Nəbiyev Azər Eyvaz oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qəribov Saleh Natiq oğlu ilə şifahi bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi, Qəribov Saleh Natiq oğlundan inək almağı üçün verdiyi 3300 manatın və gediş-gəliş üçün, inəyi saxlamaq üçün əlavə xərclər üçün çəkilmiş 400 manatın, dövlət rüsumu kimi ödənilmiş 30 manatın, cəmi 3730 manat pulun alnıb ona verilməsi və inəyin onun hesabına Beyləqan rayonundan aparılması, onun hesabına olmaqla inəyi təhvil alması, pulun və inəyin alınıb veriləsinin eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 oğlu və Nəbiyev Azər Eyvaz oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayonunun Dünyamalılar kəndində yaşayır və heyvan saxlayaraq ailəsini doandırır, Bərdə bazarında cavabdehdən 13 mart 2021-ci il tarixdə xarici cins inək almışdır, inəyi bazarda hamı kimi şifahi razılaşma ilə almışdırlar, həmin inəyi cavabdeh onlara sağlam adı ilə və 25 litr süd verəcəyi vədi ilə satmışdır. Lakin inəyi gətirdikdən sonra inək xəstə olduğundan şübhələniblər, süd vermədikdən sonra cavabdehə müraciət ediblər. Bundan sonra inəkdən analiz götürmüşlər, analiz nəticəsində məlum olmudur ki, inəkdə bürsülyoz xəstəliyi var. İnəyi cavabdehə vermək üçün Bərdə rayonuna gətirsə də, cavabdeh inəyi qəbul etməmiş və yenidən inəyi Beyləqan rayonuna qaytarıb aparmışdır. Hazırda inək ondadır, inəyi cavabdehə qaytarmağa hazırdır və inək üçün verdiyi 3300 manatı, heyvanın aparılıb gətirilməsi üçün ödədiyi 200 manatı, heyvanın saxlanılması üçün indiyə kimi yemləməyə verdiyi 200 manat da cavabdeh tərəfindən ona ödənilməlidir. O, inəyin xəstəliyinin müəyyən edilməsi üçün müraciət etdikdən sonra Azərbaycan Qida Təhlüksizliyi İnstitutu Bərdə regional Sınaq Laboratoriyasının əməkdaşları inəyə baxış keçirmişlər və 16 mart 2021-ci il tarixli sınaq protokolu ilə müəyyən edilmişdir ki, həmin inək bürsülyoz xəstəliyinin daşıyıcısıdır. Belə heyvanın südündən və ətindən istifadə edilə bilməzlər. Buna görə də onlar qazanclarından da məhrum olmuşlar. Cavabdehdən dəfələrlə tələb etsələr də, ondan aldığı heyvanın dəyərini vermək istəmir və heyvanı da qəbul etmir. Həmin inəyi bu gündə normal oaraq saxlayırlar və necə var eləcə də yaşayır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 oğlu və İddiaçı2 iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, iddiaçılar İddiaçı1 oğlu və Nəbiyev Azər Eyvaz oğlu ilə ralarında mal alveri olmuşdur, inəyi 3300 manata iddiaçılara satmışdır. İddia ərizəsində iddiaçıların göstərdikləri həqiqətə uyğun deyil. İş üzrə tərəflərin izahatını dinləyən, cavabdehin qismən etirafını və tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx xxxx 1955-ci il tarixdə Jdanov rayonunda anadan olmuşdur. Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx xxxxxxxx 1986-cı il tarixdə Beyləqan rayonunda anadan olmuşdur. Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Beyləqan rayonu Dünyamalılar kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Nəbiyev Eyvaz Mirzəli oğlu Beyləqan rayonu Dünyamalılar kəndində yaşayır. Mülki işə əlavə olunmuş 16 mart 2021-ci il tarixli aktın surətindən müəyyən olunur ki, İddiaçı1 Mirzəli oğluna məxsus bir baş inəkdən alınmış qan nümunəsi 16 mart 2021-ci il tarixli 141 nömrəli sınaq protokoluna əsasən bürsulyoz xəstəliyinin bakteriaysına qarşı anticinslər aşkar edilmişdir. Azərbaycan Qida Təhlüksizliyi İnstitutunun 141 nömrəli, 16 mart 2021-ci il tarixli sınaq protokolunun surətindən müəyyən olunur ki, mübahisə prdmeti olan inəkdə bürsülyoz xəstəliyi aşkar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, iddiaçılar 30 manat ödvlət rüsumu ödəmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-cı maddəsinə əsaən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə görə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 612-ci maddəsinə əsasən heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz. Bu halda alıcı cavabdeh olmadığı hallarla əlaqədar heyvanı, quşu və ya balığı qaytara bilmədikdə, o cümlədən başqasına satması, onun tələf olması, xəstələnməsi və ya kəsilməsi nəticəsində qaytara bilmədikdə də müqavilənin ləğvini tələb edə bilər. Heyvanın, quşun və ya balığın kəsildiyi halda alıcı onu qaytarmaq əvəzinə dəyərini ödəyir. Əgər müqavilə ləğv edilənədək alıcının cavabdeh olduğu hallar nəticəsində heyvanın, quşun və ya balığın vəziyyəti əhəmiyyətsiz dərəcədə pisləşmişdirsə, alıcı onun dəyərinin azalmasını kompensasiya etməlidir. Heyvandan, quşdan və ya balıqdan istifadə nəticəsində hər hansı faydanın əvəzini alıcı yalnız bu cür faydanı əldə etmiş olduğu halda ödəyir. Müqavilənin ləğv edildiyi halda satıcı alıcıya heyvanın yemlənməsinə və bəslənməsinə, baytarlıq müayinələrinə və qulluğuna çəkilmiş xərclərin, habelə heyvanın məcburən öldürülməsinə və uzaqlaşdırılmasına çəkilmiş xərclərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hazırki iddia ilə bağlı belə nəticəyə gəlir ki, iddiaçılar Nəbiyev Eyvaz Mirzəli oğlu və Nəbiyev Azər Eyvaz oğlu cavabdeh Cavabdeh bir baş inəyi satın almışlar. İddiaçılar Cavabdehə inəyi almaq üçün 3300 manat pul vermişlər. Bu fakt cavabdehin özü tərəfindən məhkəmə iclasında etiraf edilmiş və iddia tələbi bu hissədə mübahisələndirilmədiyindən məhkəmə iddianın qalan hissəsinə qiymət verməyi zəruri hesab edir. Belə ki, iddiaçılar tərəfindən yola sərf etdikləri vəsait, eləcə də inəyin yemlənməyi üçün çəkilən xərclərlə bağlı iddia tələbi verilsə də, həmin xərcləri təsdiqləyəcək hər hansısa bir sübut iş materialarında mövcud deyildir. Bundan başqa məhkəmə iclasında iddiaçılar iddia tələbinin həmin hissəsini müdafiə etsələr də, konkret dəlillərlə həmin hissəni əsaslandıra bilmədilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3300 (üç min üç yüz) manat və 30 manat ödənilmiş düövlət rüsumu alınaraq iddiaçılar İddiaçı1 oğluna və İddiaçı2 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar