Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1595/2022 27.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İş № 2 (021)-1595/2022 Məhkəmə baxış iclasının Protokolu 27 iyul 2022-ci il Bərdə şəhəri Bərdə Rayon Məhkəməsi Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Sədrlik edən məhkəmə iclasını açaraq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kreditin, kredit fazinin və cərimənin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxılmasını elan edir. İclas saat 10:15-də başlandı. Sədrlik edən məhkəmə iclas katibinə məhkəmə iclasına gəlmiş tərəflər barədə məlumat verilməsinə dair göstəriş verir. Məhkəmə iclas katibi Orxan Bayramov: Hörmətli məhkəmə, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəməyə teleqram göndərərək, işi ərazi aidiyyatı üzrə onun yaşadığı yerə göndərilməsini xahiş etmişdir. Məhkəmə yerində müşavirə edərək Qərara alır: Tərəflər məhkəməyə gəlmədikləri üçün məhkəmə iclası onların iştirakı olmadan, iş materiallarında olan sənədləri araşdırmaqla keçirilsin. Sədrlik edən, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı kreditin, kredit fazinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsini və işdəki sənədləri nəzərdən keçirir. Sədrlik edən müşavirə otağına gedir, müşavirə otağından qayıdaraq qərardadı və qətnaməni oxuyub elan edir. Qərardadın və qətnamənin məzmununu, şikayət vermək, müddəti və qaydasını, habelə tərəflərin iclas protokolu ilə tanış olub qeydlər vermək hüququnun olmasını izah edir. Sədrlik edən saat 10:25-də məhkəmə iclasını bağlı elan edir. Protokol 27 iyul 2022-ci il tarixdə tərtib olundu. Sədrlik edən Elsun Əhmədov Məhkəmə iclas katibi Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(021)-1595/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1595/2022
27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver