Məhkəmə qərarları › İş №2(021)-1602/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1602/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1602/2021 28.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ”Yelobank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması tələbinə»nə dair mülki işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 (bundan sonra "xxxx" ASC) məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 14 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8991.22 manat əsas borc, 6031.76 manat faiz borcu,399,96 manat cərimə borcu və kredit müqaviləsi üzrə 14 oktyabr 2018-ci il tarixdən 15 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış 1091.25 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 16514.19 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 cavabdehlə barışıq sazişi bağladıqlarını bildirərək, bu haqda barışıq sazişini təqdim edib, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir.. Məhkəmə barışıq sazişini müzakirə edib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialarına əlavə olunmuş və tərəflərin imzaları ilə təsdiq edilmiş 28 sentyabr 2021-ci il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər razılığa gəlmişlər ki, aşağıdakı şərtlərlə barışıq sazişi bağlanılsın:

1. Borclu Cavabdeh bu barışıq sazişi bağlanan tarixdən ilkin olaraq 2400 AZN ödəniş etməsini və qalıq 7000 AZN məbləğin isə 25 ay, aylıq hər ay 280 AZN olmaqla ödəmək öhdəsini üzərinə götürməklə cəmi 9400 AZN məbləğində borcun olmasını qəbul edir.

2. Borclu Cavabdeh ilkin olaraq 2400 AZN məbləğində ilkin ödənişi ödədikdən sonra qalıq 7000 AZN məbləğində borcu 25 ay olmaqla hər ay aylıq 280 AZN məbləğində ödədiyi zaman, ilkin ödənilmiş 2400 AZN məbləği ilə birgə ödənilmiş pul vəsaitinin cəmi olan 9400 AZN məbləğinin 8899.22 AZN məbləği əsas məbləğdən, 500.78 AZN məbləği isə faiz borcundan silinir. Cəmi ilkin ödənişlə birlikdə ödənilmiş 9400 AZN məbləği ödənildikdən sonra kredit öhdəliyi tam icra olunmuş hesab olunur və bank kredit razılaşması üzrə sistem üzrə hesablanmış və ödənilməmiş faiz və cərimə borcunu güzəşt etməyi öhdəsinə götürür.

3. Bank, Barışıq sazişində qeyd edilən qaydada və tarixdə Cavabdeh tərəfindən banka olan borc məbləği tam ödənildiyi təqdirdə borcun olmadığı haqqında arayış verməyi öhdəsinə götürür.

4. Ödənişlərin vaxtında icra edilməməsi halında Cavabdeh 14 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8991.22 manat əsas borc, 6031.76 manat faiz borcu , 399.96 manat cərimə və kredit müqaviləsi üzrə 14 oktyabr 2018 il tarixdən, 15 mart 2021 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 1091.25 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 16514.19 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun.

5. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

6. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

7. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

8. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

9. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. Azərbaycan Respublikasının MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikasının MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq öz aralarında mövcud mübahisəni həll etdiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur. Bundan başqa - tərəflərin barışıq sazişi hər iki tərəfin arzusuna uyğun olub, onların iradələrini ifadə edir və onların barışıq sazişi hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Mövcud iddia tələbi, yalnız iş üzrə tərəflər olan, prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ”Yelobank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması tələbinə»nə dair mülki iş üzrə

1. Borclu Cavabdeh bu barışıq sazişi bağlanan tarixdən ilkin olaraq 2400 AZN ödəniş etməsini və qalıq 7000 AZN məbləğin isə 25 ay, aylıq hər ay 280 AZN olmaqla ödəmək öhdəsini üzərinə götürməklə cəmi 9400 AZN məbləğində borcun olmasını qəbul edir.

2. Borclu Cavabdeh ilkin olaraq 2400 AZN məbləğində ilkin ödənişi ödədikdən sonra qalıq 7000 AZN məbləğində borcu 25 ay olmaqla hər ay aylıq 280 AZN məbləğində ödədiyi zaman, ilkin ödənilmiş 2400 AZN məbləği ilə birgə ödənilmiş pul vəsaitinin cəmi olan 9400 AZN məbləğinin 8899.22 AZN məbləği əsas məbləğdən, 500.78 AZN məbləği isə faiz borcundan silinir. Cəmi ilkin ödənişlə birlikdə ödənilmiş 9400 AZN məbləği ödənildikdən sonra kredit öhdəliyi tam icra olunmuş hesab olunur və bank kredit razılaşması üzrə sistem üzrə hesablanmış və ödənilməmiş faiz və cərimə borcunu güzəşt etməyi öhdəsinə götürür.

3. Bank, Barışıq sazişində qeyd edilən qaydada və tarixdə Cavabdeh tərəfindən banka olan borc məbləği tam ödənildiyi təqdirdə borcun olmadığı haqqında arayış verməyi öhdəsinə götürür.

4. Ödənişlərin vaxtında icra edilməməsi halında Cavabdeh 14 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8991.22 manat əsas borc, 6031.76 manat faiz borcu , 399.96 manat cərimə və kredit müqaviləsi üzrə 14 oktyabr 2018 il tarixdən, 15 mart 2021 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 1091.25 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 16514.19 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun.

5. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

6. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

7. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

8. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.

9. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir-məzmunda barışıq sazişi təsdiq edilsin. Mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar