Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-1617/2021 12.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə rayon məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlu Bərdə şəhəri B.Hacıyev küçəsi ev 13-də yaşayan X1nın Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 16-də yaşayan Borclu qarşı alimentin alınması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: X1 məhkəməyə ərizə verərək xx xxxxxx 1961-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 16-da yaşayan Borclu hər ay 09 avqust 2007-ci il təvəllüdlü X2 üçün aliment tutulub onun xeyrinə verilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 2006-cı ildə Borclu ilə qeyri-rəsmi ailə qurmuşlar. Birgə yaşadıqları dövürdə 09 avqust 2007-ci il təvəllüdlü X10 adlı bir uşaqları anadan olmuşdur. Onlar aralarında olan narazılıqlara görə 2015-ci ildən ayrı yaşayırlar. Həmin vaxtdan uşaq onun himayəsində yaşayır. Heç bir yerdə işləmir, maddi vəziyyəti pisdir, borclu könüllü olaraq əlavə heç bir maddi yardım və ya köməklik etmir. O isə uşağı təkbaşına saxlamaqda çətinlik çəkir. Respublikada hər şeyin qiyməti artır və tələbat çoxalır. Borculunun hər ay hər uşağın saxlanılması üçün aliment ödəməyə imkanı vardır. Təqdim edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ110430 nömrəli, 17 iyun 2008-ci il tarixli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu 09 avqust 2007-ci ildə X3 doğulmuş Borclu Vüsal oğlunun atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 17 iyun 2008-ci il tarixdə 49 nömrə ilə qeyd edilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 iyun 2008-ci il tarixli AZ-İİ 106802 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 (ata Borclu, ana X6) 09.08.2007-ci il tarixdə Bərdə rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 17 iyun 2008-ci il tarixdə 707 nömrə ilə qeyd edilmişdir. AZE 08933678 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 30.05.1974-cü ildə Bərdə şəhərində doğulmuş,Bərdə şəhəri B.Hacıyev küçəsi ev 13-də qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 1839 nömrəli, 05.03.2021-ci il tarixli arayışdan görünür ki, Borclu Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 16-da yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlərdən uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Belə hesab edirəm ki, Borclu könüllü olaraq uşaqlarına maddi yardım göstərmədiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən uşaqların saxlanılması üçün ondan aliment tutulub X5 verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası MPM-nin 276.2 və 276.2.4-cü maddələrinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Borclu qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulub X5 verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 275-276, 280- 282, 284-cü maddələrini rəhbər tutaraq ƏMR EDİRƏM: xx xxxxxx 1961-ci ildə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 16-da yaşayan Borclu 09 avqust 2007-ci il təvəllüdlü X2 üçün X4 xeyrinə uşaqlar yetkinlik yaşına çatana kimi 12 aprel 2021-ci ildən başlayaraq qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulsun. Məhkəmə əmri dərhal icra olunsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(021)-1617/2021
Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-1617/2021
12.04.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver