Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1618/2022 17.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunla qorunan şərəf, ləyaqətinin və işgüzar nüfuzumun müdafiəsi ilə əlaqədar ona vurulmuş mənəvi ziyana görə 1000 (bir min) manat, borclu olduğu 1450 (bir min dörd yüz əlli) manat, hüquq xidmətə sərf etdiyi 110 (bir min yüz on) manat və dövlət rüsumuna ödədiyi 55 (əlli beş) manat olmaqla, cəmi 2615 (iki min altı yüz on beş) manat miqdarında pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Bərdə şəhərində Təzə bazarda müxtəlif meyvə alqı-satqısı ilə məşğul olur. Cavahdeh Cavabdeh da meyvə alveri ilə əlaqədar tanımışdır. Cavabdeh dəfələrlə ondan mal götürmüş, normal münasibətdə olmuşlar və vaxtlı-vaxtinda hesablaşmışlar. Lakin 2020-ci ilin dekabr ayında 1450 (bir min dörd yüz əlli) manatlıq müxtəlif adda müyvələr götürmüş, pulunu isə yaxın vaxtlarda ödəyəcəyini vəd etmişdir. Qeyd olunan meyvələrin cavabdehə nisiyə verilməsində onunla işləyən X5 və X6 da iştirak etmişdirlər. Cavabdeh nisiyə götürdüyü meyvələrin pulunu vəd etdiyi müddətdə ödəmədiyinə görə ona dəfələrlə müraciət etsə də nəticəsi olmamışdır. Növbəti dəfə cavabdehə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə bazar” adlanan bazarın ərazisində müraciət edərkən aralarında mübahisə yaranmış, nəticədə cavabdeh ona qarşı zor işlədərək vurmuş, nəticədə xəsarət almış və cavabdeh barəsində cinayət işi açılmışdır. Həmin cinayət işinə Bərdə Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli iclasında baxılaraq, 1(021)-154/2021 saylı hökm elan olunmuşdur. Cavabdehin ona qarşı cinayət hərəkəti bazarda – insanların arasında baş verdiyindən ona eyni zamanda mənəvi ziyan yetirilmiş, işgüzar nüfuzuna xələl yetirmişdir. Cəmiyyət qarşısında törədilmiş hərəkətlər nəticəsində mənəvi sarsıntı kecirmişdir. Mənəvi iztirab və mənəvi təhqirə məruz qalmış, nəticədə mənəvi və maddi zərər çəkmişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək , iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd olunmasını xahiş etdi. İşdə iştirak edən şəxslərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 7371 saylı xx.xx.20221-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon C.Məmmədquluzadə küçəsi ev 155 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 1(021)154\2021 saylı xx.xx.2021ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Həmin hökmdən müəyyən olunur ki, Cavabdeh 06 may 2021-ci il tarixdə səhər saat 11-radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə bazar” adlanan bazarın ərazisində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əli ilə bir dəfə İddiaçı üz nahiyyəsinə qəsdən vuraraq İddiaçı alt çənənin sol yarısının İİİ dişin laxlaması ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur Həmin hökmdən müəyyən olunur ki, Cavabdeh ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayından 2021-ci ilin mart ayına qədər hissə hissə olmaqla İddiaçı 15000 manatlıq tərəvəz alaraq satış edib borcunun çox hissəsini geri qaytarmışdır. Hazırda İntizara 1400 manat borcu qalmışdır. Lakin, bir qədər ziyanlıq etdiyi üçün İntizarın pulunu vaxtında qaytara bilməmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hüquqi xidmət göstərilməsinə görə vəkil Canahgir Nəsibovun hesabına 110 manat ödəmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 55 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Nəzərov X2 Həsənovadan 15000 manatlıq tərəvəz alaraq satış edib borcunun çox hissəsini geri qaytarmış, 1400 manat borcu qalmışdır. Onlarin arasında 06 may 2021-ci il tarixdə səhər saat 11-radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə bazar” adlanan bazarın ərazisində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əli ilə bir dəfə İddiaçı üz nahiyyəsinə qəsdən vuraraq İddiaçı alt çənənin sol yarısının İİİ dişin laxlaması ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bərdə rayon Məhkəməsinin 1(021)154\2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Cavabdeh məhkəmə iclas zalında da idiaçı İddiaçı olan borcunu etiraf etmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə cavabdehin iddiaçıya 1400 manat borcu olmasını işin mübahisəsiz halı kimi qəbul edir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərəzisində cavabdehin ona 1450 manat borcu olduğunu əsaslandırsa da yuxarıda göstərilənlər və Bərdə rayon Məhkəməsinin 1(021)154\2021 saylı xx.xx.2021-ci il tarixli hökmü nəzərə alınmaqla, Cavabdeh 1400 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin şərəf, ləyaqətinin və işgüzar nüfuzunun müafiəsi ilə əlaqədr vurulmuş mənəvi ziyan tələbi hissəsinə münaibətdə qeydir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Nəzərov X1 İntizar Səttar qızını cəmiyyət içərisində, işlədikləri Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə bazar” adlanan bazarın ərazisində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı İddiaçı üz nahiyyəsinə qəsdən vuraraq İddiaçı alt çənənin sol yarısının İİİ dişin laxlaması ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı cəmiyyət içərisində fiziki zor tətbiq edərək şərəf və ləyaqətini alçaltdığından, onu nüfuzdan salınmasına və onun bundan mənəvi əziyyət çəkməsinə səbəb olduğundan iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, MM-in 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Beləliklə məhkəmə hesb edir ki, Cavabdeh borclu olduğu 1400 (bir min dörd yüz) manat, mənəvi ziyana görə 300 (üç yüz) manat alınaraq İddiaçı ödənilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.6 -ci maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən iş üzrə ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu və hüquqi ya5dım üçün ödənilmiş 110 (bir yüz on) manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1400 (bir min dörd yüz) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh mənəvi ziyana görə 300 (üç yüz) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 110 (bir yüz on) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1618/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1618/2022
17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver