Məhkəmə qərarları › İş №2(021)-1623/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1623/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1623/2023 10.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, İclas katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Unibank KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 77,57 manat əsas borc, 0,08 manat faiz borcu olmaqla, cəmi 77,65 manat borcun, 0,40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 30 manat vəsaitin tutularaq Unibank KB ASCnin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə mərhum cavabdeh mərhum Hüseynov Ədalət Əli oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 30 % olmaq şərtilə 12 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank” a qaytarmağı öhdəsinə götürüb. Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 11.10.222-ci il tarixli məktubu ilə Hüseynov Ədalət Əli oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 olduğu müəyyən edilmişdir. Bu isə borcalan Hüseynov Ədalət Əli oğlunun hüquqi varisinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 olması anlamına gəlir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X3 məhkəməyə elektron ərizə göndərərk onun iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək, izahatında göstərdi ki, hazırda kredit borcu az qalmışdır, borcu ödəyəcəklər. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul edərək, izahatında göstərdi ki, hazırda kredit borcu az qalmışdır, borcu ödəyəcəklər. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən cavabdehlərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 157nkBRD/20 saylı Kredit və X2 görünür ki, "xxxx" KB ASC tərəfindən cavabdeh mərhum Hüseynov Ədalət Əli oğluna istehlak məqsədləri üçün illik 30 % olmaq şərtilə 12 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 157nkBRD/20 saylı Kredit və X5 üzrə 16 yanvar 2023-cü il tarixli Proqramdan elektron qaydada çıxarılmış arayışdan görünür ki, cavabdeh mərhum Hüseynov Ədalət Əli oğlunun 77,57 manat əsas borc, 0,08 manat faiz borcu olmaqla, cəmi 77,65 manat kredit borcu yaranmışdır. Mülki işə əlavə olunmuş Seriya AZE № 16654257 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Hüseynov Ədalət Əli oğlu xx.xx.1966-cı il tarixdə ünvan 2ində anadan olmuşdur. Mülki işə əlavə olunmuş AZ-İİ № 120255 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, Hüseynov Ədalət Əli oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ölümün səbəbi şəkərli diabet olub. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş 11 oktyabr 2022-ci il tarixli, №2522/2022 saylı məktubdan görünür ki, xx.xx.2020-ci ildə ölmüş, ünvan 1i ünvanında qeydiyyatda olmuş, Hüseynov Ədalət Əli oğlunun vərəsələri: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Hüseynov Ədalət Əli oğluna kredit borcunun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Mülki işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit borcunun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Mülki işə əlavə olunmuş notarial qaydada təsdiqlənmiş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ərizələrindən görünür ki, Hüseynov Ədalət Əli oğlu xx.xx.2020ci il tarixdə vəfat etmişdir. Miras əmlakı ünvan 1ində yerləşən torpaq sahəsindən ibarətdir. Onlardan başqa vərəsələri yoxdur. Mülki işə əlavə olunmuş Bərdə RİHB-nın Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, Hüseynov Ədalət Əli oğlu vəfat edənə kimi Bərdə rayon Tağlar kəndində yaşayıb, vəfatından sonra təsərrüfatında onunla birgə yaşayanlar: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oğludur. Mülki işə əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X1 02 avqust 2010-cu il tarixdə, 382 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Kərimova Soyadı verilmişdir. Mülki işə əlavə olunmuş 05 sentyabr 2022-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Hüseynov Ədalət Əli oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Şəhadətnamə verilən miras əmlak ünvan 2i ünvanında yerləşən 1.65 ha olan torpaq sahəsindən ibarətdir. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2020-ci il tarixli, 157nkBRD/20 saylı Kredit və Bank Hesabı Kredit müqaviləsinə əsasən "xxxx" KB ASC tərəfindən cavabdeh mərhum Hüseynov Ədalət Əli oğluna istehlak məqsədləri üçün illik 30 % olmaq şərtilə 12 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank” a qaytarmağı öhdəsinə götürüb. Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 11.10.222-ci il tarixli məktubu ilə Hüseynov Ədalət Əli oğlunun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 olduğu müəyyən edilmişdir. Bu isə borcalan Hüseynov Ədalət Əli oğlunun hüquqi varisinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 olması anlamına gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Azərbaycan Respublikası MM-nin 1133.2-ci maddəsinə əsasən “qanun üzrə vərəsəlik “ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən “miras (miras əmlaka) mirasa qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Azərbaycan Respublikası MM-nin 1306.1-ci maddəsinə əsasən “vərəsələr miras qoyanın kreditorlarının mənafelərinin alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəyəməyə borcludurlar”. Azərbaycan Respublikası MM-nin 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin birgə borcları onlata məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər kredit müqaviləsi ilə öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşlar. Buna görə də onlar, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 77,57 manat əsas borc, 0,08 manat faiz borcu olmaqla, cəmi 77,65 manat borcun, 0,40 manat xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 77,57 manat əsas borc, 0,08 manat faiz borcu olmaqla, cəmi 77,65 manat, 0,40 manat xidmət haqqı və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar