Məhkəmə qərarları › İş №2(021)-1624/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1624/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1624/2021 24.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 2833 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Qazaxlar kəndində yaşayır. Cavabdeh onun qohumudur. 2020-ci il dekabr ayında cavabdeh Cavabdeh Bərdə rayon Şatırlı kəndində torpaq sahəsini almaq üçün müəyyən məbləğin olmadığını bildirərək, ondan 2833 manat məbləğində pul istəmiş, həmin pulu bir ay müddətində geri qaytaracağını, əgər borcunu qaytara bilməzsə, Bərdə rayon Şatırlı kəndində yerləşən aldığı pay torpaq sahəsinin 0.45 sotunu ona verəcəyini bildirmişdir. O, cavabdehin evində Gəncəliyev Bəxtiyar Mükafat oğlunun, X24 , X20 , X16 və arvadı X5 yanında 2833 manat pulu cavabdehə vermişdir. Dəfələrlə Cavabdeh pulu tələb edəndə, cavabdeh xoşagəlməz ifadələr işlədərək, onları təhqir edir, borcunu qaytarmaqdan imtina edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki , onun iddiaçıya borcu yoxdur, Gülbəniz Abbasovadan torpağı alıb pulunu vermişdir. Öz aramızda razılığa gəlmişlər ki, Namiq, Bəxtiyar və o hərə öz payına düşən pulu versin. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırı lmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə Bərdə rayon Qazaxlar kəndində anadan olmuşdur. Bərdə rayon Qazaxlar kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Ə № 000684 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı İİ qrup müharibə əlilidir. Mülki işə əlavə olunmuş Seriya AZE № 14257660 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 25.06.1959-cu il tarixdə Bərdə rayon Şatırlı kəndində anadan olmuşdur. Bərdə rayon Kürdborakı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 202 saylı, 30.03.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon Qazaxlar kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 08.02.2021-ci il tarixdə tərtib edilmiş № AA 551035 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayon Kürdborakı kəndində yerləşən 2.14 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi hüquq sahibi X26 olmaqla qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Bərdə regional Asan Xidmət Mərkəzində notariat ofisi tərəfindən 14.01.2021-ci il tarixdə təsdiq edilmiş və reyestr kitabında müvafiq olaraq 4Ə- 82 nömrə ilə qeydə alınmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 12.01.2021-ci il tarixli **********4 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X21 məxsus Bərdə rayonu Kürdborakı kəndində yerləşən 2.14 ha torpaq sahəsi X25 8000 manata satılmışdır. Mülki işə əlavə edilmiş Bərdə regional Asan Xidmət Mərkəzində notariat ofisi tərəfindən 04.02.2021-ci il tarixdə təsdiq edilmiş və reyestr kitabında müvafiq olaraq 4Ə- 82 nömrə ilə qeydə alınmış AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 04.02.2021-ci il tarixli **********11 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X7, X17, X18, X8, XXX Vaqif Nazim oğluna birgə mülkiyyət üzrə məxsus olan Bərdə rayonu Kürdborakı kəndində yerləşən 1 ha torpaq sahəsi X15 oğluna 4000 manata satılmışdır. Mülki işə əlavə edilmiş Bərdə regional Asan Xidmət Mərkəzində notariat ofisi tərəfindən 22.02.2021-ci il tarixdə təsdiq edilmiş və reyestr kitabında müvafiq olaraq 4Ə- 380 nömrə ilə qeydə alınmış AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 11.02.2021-ci il tarixli **********33 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X22, X19, X11 , Abbasova Sevinc Qalib qızına , X13, X14 birgə mülkiyyət üzrə məxsus olan Bərdə rayonu Kürdborakı kəndində yerləşən 3.2 ha torpaq sahəsi X9 4000 manata satılmışdır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 2(021)-147/21 saylı 02 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X6 cavabdeh Əvəzov Namiq Abış oğluna qarşı “torpaqdan çıxarılma ” tələbinə dair iddia təmin olunmamış, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əvəzov Namiq Abış oğlunun cavabdehlər X10 və X23 qarşı “pul” tələbinə qarşılıqlı iddia ərizəsi qismən təmin edilməklə, qarşılıqlı iddia üzrə cavabdeh X3 1950 manat alınaraq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əvəzov Namiq Abış oğluna ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon Polis Şöbəsinin məktubundan görünür ki, tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan məhkəmə müraciət etmələri tövsiyyə olunmuşdur. İş üzrə şahid qismində ifadə verən X15 oğlu bildirdi ki, İddiaçı Cavabdeh pul verməsini görməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh pul verməsinə dair hər hansı bir hal sübut olunmur. Odur ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göstərilənləri və MPM-nin 213, 214, 216-220, 227, 233.1-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçının Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar