Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1627/2023 11.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən mərhum X3 iddiaçıdan 20000 manat məbləğində kredit almışdır. Kredit alan müqavilənin şərtlərini pozmuş və nəticədə onun iddiaçıya 384.89 manat əsas borc, 6.3 manat faiz borcu olmaqla, cəmi 391.19 manat borcu yaranmışdır. Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 11 oktyabr 2022-ci il tarixli cavab məktubu ilə X1 vərəsələrinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan iddialar (kiçik iddialar) üzrə işlərə ... sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan 19 aprel 2019-cu il tarixli müqavilədən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə mərhum X3 arasında bağlanmış və müqaviləyə əsasən mərhum X3 "xxxx" ASC-dən kredit götürmüşdür. İş materiallarında olan 19 aprel 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, mərhum X2 120 ay ərzində ödəmək şərti ilə kreditor tərəfindən borc alana illik 35 % ödənilməsi şərti ilə verilmiş 20000 manat məbləğində krediti "xxxx" ASC-yə ödəməli idi. İş materiallarında olan maliyyə arayışlarından və ödəniş cədvəlindən görünür ki, mərhum X1 "xxxx" ASC-yə 384.89 manat əsas borc, 6.3 manat faiz borcu olmaqla, cəmi 391.19 manat borcu mövcuddur. İş materiallarında olan 17 fevral 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. İş materiallarında olan AZE 09535622 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 25 yanvar 1961-ci ildə Ağdərə rayonu Umutlu kəndində doğulmuşdur, Bərdə rayonu, Yeni Əyricə kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ 120050 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 16 sentyabr 2020-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 11 oktyabr 2022-ci il tarixli, 2528/2022 saylı məktubunun surətindən müəyyən olunur ki, X1 vərəsələrinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 olduğu müəyyən edilmişdir. İş materiallarında olan 14 noyabr 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 384.89 manat əsas borc, 6.3 manat faiz borcu olmaqla, cəmi 391.19 manat borcu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 384.89 manat əsas borc, 6.3 manat faiz borcu olmaqla cəmi 391.19 manat (üç yüz doxsan bir manat on doqquz qəpik) borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1627/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1627/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver