Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-163/2023 04.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 iclas katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə 04 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilinə vurmuş olduğu 1076 manat maddi ziyanın alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonar iddiaçı məhkəməyə ərizəsinin həcminin artırılmasına dair ərizə verərək, iddia tələbinin həcmini artıraraq Cavabdeh mənzilinə vurmuş olduğu ziyanın məbləğini 2194 manat olaraq yazılmasını qeyd edərək iddianının təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində ünvan 2 ünvanında mənzili var. Həmin mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən 14 sentyabr hazırki iş üzrə cavabdeh qonşusu Cavabdeh yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Onlar səhər saatlarından evdən çıxıb işə gedirlər. İşdən isə axşam saatları gəlirlər. Evə gəldikləri zaman isə evin bütün otaqlarının su olduğunu görürlər. Su olduğunu gördükləri zaman onlara məlum olurki, həmin hadisə cavabdeh tərəfindən baş verib. Suyun isə haradan gəldiyindən heç bir məlumatları yoxdur. Suyun axması nəticəsində onun evinin mətbəxi, yataq otağı, ayaqyolu və hamamı yararsız hala düşür. Evdə bir müddətdən sonra nəmişlik iyindən dayanmaq qeyri-mümkündür. Cavabdehin qanunsuz olaraq etdiyi hərəkət nəticəsində onun mənzilinə ümumilikdə 1076 manat ziyan dəyibdir. Mənzil Təmir İstismar sahəsinin 10 may 2022-ci il tarixli arayışındada görünür ki, cavabdehin etdiyi hərəkət nəticəsində onun mənzilinə 1076 manat ziyan dəymişdir. Cavabdeh isə qanunsuz qoymuş olduğu su çəninin sökülməsi və yaxud həmin çənin düzgün istifadə etməsini və onun mənzilinə dəymiş olan 1076 manat ziyanın verməsini tələb etməyinə baxmayaraq verməkdən imtina etmişdir cavabdeh ona bildirirki, get hara şikayət edirsən et. Cavabdehin bu hərəkətindən artıq cana doymuşdur. Bu səbəbdən də məcbur məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını təqdim edilmiş sübutlarla əlaqəli şəkildə araşdırıb ərizə tələbinə obyektiv hüquqi qiymət verib belə hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan AZE seryalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı – xx.xx.1988-ci ildə Ağdam şəhərində anadan olmuşdur. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh – xx.xx.1961-ci ildə Bərdə rayonu, Dəymədağlı kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 14128124 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 - xx.xx.1964-cü ildə Bərdə şəhərində anadan omuşdur. Ağdam şəhəri, C.Cabbarlı küçəsi, ev 35-də yaşayır. İş materiallarında olan AA 092260 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Ağdam rayon sakini kimi məcburi köçkündür. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsi tərəfindən Bərdə rayon Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-68/2-36087 nömrəli sorğuya cavabdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh Bərdə rayonu, Lənbəran kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Azər Mənzil Kompelkt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmin İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 08 nömrəli arayışdan görünür ki, Mənzil Təmir İstismar sahəsi onların xx.xx.2022-ci il tarixli, 149 saylı məktublarına cavab olaraq bildirirki, Ü.Hacıbəyov küçəsi 6 saylı mənzilə baxış keçirdik, baxış zamanı müəyyən etdik ki, 9 saylı mənzilin sahibi Cavabdeh mənzilindən 6 saylı mənzilin sahib İddiaçı mənzilinə yəni mətbəx yataq otaqına hamamına və dəhlizə ümumilikdə 1076 (bir min yetmiş altı )manat dəyərində ziyan dəymişdir. İş materiallarında olan Azər Mənzil Kompelkt layihə Təmir Birliyi Bərdə Mənzil Təmin İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 57 nömrəli arayışdan görünür ki, Cavabdeh yaşadığı və ya ona mıəxsus yaşayış sahəsinin mövcud olmaması həmin əmlakla bağlı məlumatların habelə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 1/9 saylı mənzil onlarda olan qeydiyyat kitablarına əsasən Cavabdeh məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 1, mənzil 6(sahəsi 76.6 kvadratmetr) X8 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 07 iyun 2023-cü il tarixli, 10/1946 nömrəli ekspert rəyindən görünür ki, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsindəki 1 nömrəli evin 6 saylı mənzilin tavanında və divarlarında su sızma ləkələrinin olduğunu nəzərə alaraq, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsindəki 1 nömrəli evin 6 saylı mənzilinə yuxarı mərtəbədəki 9 saylı mənzildən suyun sızması müəyyən olunur. 9 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xəttləri) gizli (malalati) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də, 6 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsindəki 1 nömrəli evin 6 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 2194,0 manat məbləğində müəyyən edilir. Rəyə tədqiq olunan mənzildə aparılmalı təmir-bərpa işlərinin dəyərinin müəyyən olunmasına dair smeta əlavə olunur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Bərdə rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-3805/2023 nömrəli məlumatın təqdim edilməsi barədə sorğuya cavabdan görünür ki, sorğuda qeyd olunan Cavabdeh adına Bərdə şəhəri, H.Əliyev prospekti 22/10 saylı mənzil xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh adına Bərdə rayonu, Lənbəran kəndində 4 nəfərlə 0,37 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. Habelə Cavabdeh adına olmuş Bərdə şəhəri, Ü.Hacıbəyov 1/9 saylı mənzil xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X3 adına özgəninkiləşdirilmiş və xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə dair JN – 227A, KOD 61000048 nömrəli Şəhadətnamədən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli qərarı ilə Bərdə rayon Lənbəran kəndində yerləşən 0.37 ha torpaq sahəsi X4, Cavabdeh oğlu, X9 və X2 adına rəsmləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə işin faktiki halları və sadalanan qanunvericilik normalarını qarşılıqlı təhlil edərək belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı mənzilinə su axıtması nəticəsində ona 2194 manat maddi ziyan vurması sübut olunur. Ona görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 42 manat dövlət rüsumu Cavabdehı qızından alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 191.3, 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair ərizəsi təmin edilsin. Cavabdeh 2194 manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 42 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-163/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-163/2023
04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver