Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1636/2021 10.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı Lətif oğlunun iştirakları ilə, İddiaçı X6 cavabdehlər Cavabdeh1 Rövşən qızına və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Rövşən qızından və Cavabdeh2 Qasım oğlundan onun xeyrinə yanğın zamanı dəymiş ziyanın ümumi məbləği 8.000 manat və cari xərclər üçün 2000 manat olmaqla, cəmi 10.000 manat pul vəsaiti tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, 17 mart 1993-cü il buraxılışlı “Mersedes Benz-308 DKA” markal, ** BM *** dövlət qeydiyyat nişanlı avtobus almışdır. Sözügedən mikroavtobusu hər il olduğu kimi 03 fevral 2020-ci il tarixdə "xxxx" ASC-də sığortalamışdır. 03 aprel 2020-ci ildə avtobusda olan nasazlıqların aradan qaldırılması üçün Bərdə rayonu Həsənqaya kəndi ərazisində yerləşən Cavabdeh1 məxsus avtotəmir (avtotexniki qulluq) məntəqəsində təmirə vermişdir. Orada usta işləyən Cavabdeh2 ona bildirmişdir ki, iki günə mikroavtobusu təmir edib verəcəkdir. 14 aprel 2021-ci il tarixdə sözügedən avtotəmir məntəqəsində baş vermiş yanğın səbəbindən avtomaşını tamamilə yanmışdır. Yangın hadisəsi ilə bağlı Fövqaladə Hallar Nazirliyinin X9 Xidmətinin Bərdə rayon Dövlət X8nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və 28 aprel 2020-ci il tarixli “Yanğın haqqında akt” tərtib edilmişdir. Avtomobilə yanğın zamanı dəymiş ziyanın ümumi məbləği 28 aprel 2020-ci il tarixli “Yanğın haqqında akt”-dan da göründüyü kimi 8.000 manat təşkil edir. Cari xərcləri nəzərə alaraq dəymiş ziyanın həcminin daha da artıq olması müəyyən edilə bilər. Avtotəmir sexinin sahibi Cavabdeh1 Rövşən qızının məsuliyyətsizliyi və məntəqədə usta işləyən Cavabdeh2 səhlənkarlığı üzündən mikroavtobus yanmış və nəticədə xeyli miqdarda zərərə düşmüşdür. Dəfələrlə ona dəymiş ziyanı tələb və xahiş etsə də, ona heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında İddiaçı Ləttif oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 Rövşən qızına və Cavabdeh2 oğluna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Əkbərova Vüsalə Rövşən qızının və Cavabdeh2 oğlunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Lətif oğlu 02 avqust 1994-cü ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş 28 aprel 2020-ci il tarixli Yanğın haqqında aktın surətindən müəyyən olunur ki, Bərdə rayonu Həsənqaya kəndində Cavabdeh1 Rövşən qızına məxsus avtotəmir (avtotexniki) qulluq məntəqəsində və təndirxanada yanğın baş vermiş, yanğın zamanı Əmraslanov Lətif Əsgər oğluna məxsus mikroavtobusun tamamilə yanması səbəbi ilə 8000 manat ziyan dəymişdir. Mülki işə əlavə edilmiş İcbari Sığorta Müqaviləsinə dair məlumatın surətindən müəyyən olunur ki, Mersedes-Benz markalı, ** BM *** markalı mikroavtobus "xxxx" ASC-də sığortalanmışdır. Mülki işə əlavə edilmiş AZE 16276875 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 26 oktyabr 1966-cı il tarixdə Ağdam rayonu, Qalayçılar kəndində doğulmuşdur, Ağdam rayonu, Qalayçılar kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınlar və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bərdə Rayon Mənzil Komunal istismar Sahəsinin 722 nömrəli, 24 iyun 2020-ci il tarixdə arayışından müəyyən olunur ki, Əmiraslanov Lətif Əsgər oğlu Ağdam rayonu Qalayçılar kəndindən məcburi köçkündür, hazırda Bərdə rayonu 866 yerlik qəsəbə, bina 14, mənzil 10-da qeydiyyatdadır. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 Ağdam rayonundan məcburi köçkündür. Mülki işə əlavə edilmiş AC 147262 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 1993-cü il buraxılışlı Mersedes Benz-308 DKA markalı mikroavtobus İddiaçı mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi DYMX Bərdə Rayon Dövlət X8 tərəfindən verilmiş 37/34-217 nömrəli 31 may 2021-ci il tarixli məkrubundan müəyyən olunur ki, 14 aprel 2020-ci il tarixdə Bərdə rayonu Həsənqaya kəndi ərazisində Hacallı kənd sakini Əkbərova Vüsalə Rövşən qızına məxsus avtomobil təmiri sexlərində və 1 ədəd mersedes markalı **-BM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusda yanğın hadisəsi baş vermişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon X10 Bölməsinin müstəntiqi Cəbrayılov Rəcəb tərəfindən qəbul edilmiş qərar əsasında keçirilmiş ekspertizanın nəticəsində Azərbaycan Respublikası Məhkəmə Eksertizası Mərkəzi tərəfindən verilmiş 03 sentyabr 2020-ci il tarixli HK- 1/1721 nömrəli ekspert rəyinin surətindən müəyyən olunur ki, Bərdə rayonu Həsənqaya kəndində avtotəmir sexlərində baş vermiş yanğında Mersedes Benz 308 DKA markalı avtomobil yanmış, yanğın nəticəsində 8500 manat ziyan dəymişdir. Mülki işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli **********52 saylı məktubdan müəyyən olunur ki, Cavabdeh1 Rövşən qızının adına Bərdə rayonu, Saatlı kəndində yerləşən əmlak kompleksi kimi müəssisə (avtomobil təmiri binası) 10 iyul 2015-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat nömrəsilə qeydiyyata alınmışdır. Qasımov Elbəyi Qasım oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində əmlak kompleksi kimi müəssisə (avtomobil təmiri binası) qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Həmin Məcəllənin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə məhkəmədə müəyən edildi ki, 14 aprel 2020-ci il tarixdə Bərdə rayonu Həsənqaya kəndi ərazisində Hacallı kənd sakini Əkbərova Vüsalə Rövşən qızına məxsus avtomobil təmiri sexlərində və 1 ədəd mersedes markalı **-BM-*** dövlət qeydiyyat nişanlı mikroavtobusda yanğın hadisəsi baş vermiş və nəticədə İddiaçı Lətif oğluna 8.500 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa Cavabdeh2 Əkbərova Vüsalə Rövşən qızının tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməsi, eləcə də fəaliyyət göstərməli olmasını dəlillərini təkzib edəcək sübutları cavabdehlər məhkəməyə təqdim etmədiklərindən məhkəmə hesa edir ki, iddiaçı iddia tələbində haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Rövşən qızından və Cavabdeh2 Qasım oğlundan 8500 (səkkiz min beş yüz) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1636/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1636/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver