Məhkəmə qərarları › İş №2(021)-1636/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1636/2022

16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1636/2022 16.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Mehdiyev Müşviq Mürşüd oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4370 manat və ödənilmiş 64 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 2010-cu il tarixdən etibarən hazırki iş üzrə cavabdeh X7 oğlu ilə ailə həyatı qursa da, rəsmi nikaha 2019-cu ildə daxil olmuşdurlar. Onların bu nikahdan övladları olmamışdır. 2020-ci ilin avqust ayında Hidayət Mansurovla rəsmi olaraq ayrılmışlar. Ancaq münasibətləri yenə də, normal olmuşdur. xx.xx.2022-ci il tarixdə cavabdeh Hidayət Mansurov ona zəng edərək dostunun övladının toyu olduğunu, qızıl komplekt lazım olduğunu bildirmişdir. Ondan tanışının olub-olmadığını soruşmuş, o da tanışının olduğunu və kömək edə biləcəyimi ona bildirmişdir. xx.xx.2022-ci il tarixdə Hidayət Mansurov işlədiyi “Laçın Ticarət" mərkəzinə gəlmiş və orada Hidayətə 2 dəst, ümumi dəyəri 11.600 manat təşkil edən qızıl komplekt vermişdir. Cavabdeh qızılları götürən zaman pulları xx.xx.2022-ci il tarixdə toydan sonra verəcəyini bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə cavabdeh Hidayət Mansurova zəng vurmuş, o, bildirmişdir ki, qızılları lombarda qoyaraq 4200 manat pul götürmüşdür. Onun əmlakını xəbəri olmadan lombarda qoymasını özbaşınalıq kimi qiymətləndirərək, DİN-nin 102 xidmətinə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə Hidayətlə görüşüb Memar Əcəmi metrostansiyasının yaxınlığına getmiş və 4370 manat pulu özüm ödəyərək qızıllarını lombarddan çıxartmışdır. Cavabdeh Mansurov Hidayət ona verməli olduğu 4370 manat pulu yaxın zamanda qaytaracağını bildirsə də, ancaq bu günədək qaytarmamışdır. Həmçinin qeyd etmişdir ki, verdiyi şikayət üzrə Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə şikayətim araşdırılmış və mülki iş olduğundan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək etiraf etdi ki, onun İddiaçı 4370 manat borcu vardır və ödəyəcəkdir. İşdə iştirak edən şəxslərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA № ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Seriya AA № 08366150 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bakı şəhər Nizami RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X1 xx.xx.2022-ci il tarixdə ərizə ilə Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət edərək heçmiş həyat yoldaşı X2 ondan 2 dəst qızıl komplekt götürdüyünü lakin pulunu qaytarmadığını bildirmiş və daxil olmuş müraciətə əsasən araşdırma aparılmışdır. Araşdırma zamanı izahatı alınmış X4 bildirmişdir ki, 2010-cu ildən etibarən X1 ilə ailə həyatı qursada 2019-cu ildə rəsmi nikaha daxil olduqlarını, 2020-ci ilin avqust ayında münasibətləri normal olmadığı üçün rəsmi surətdə ayrıldıqlarını, Gülnarla ayrılsada arabir telefon əlaqələrinin olduğunu, xx.xx.2022ci il tarixdə Gülnara zəng edərək dostunun övladının toyu olacağı üçün ondan borca 2 dəst qızıl komplekt istədiyini, həmin qızıl komplektlərin pulunu isə toydan sonra verəcəyini bildirdiyini, bu sözündən sonra Gülnarın onunla razılaşdığını, xx.xx.2022-ci il tarixdə Gülnarın işlədiyi Laçın Ticarət mərkəzinin yanına gedərək Gülnarla görüşdüyünü, Gülnarla görüşən zaman o qızıl komplektlərin birinin 6200 manat, digərinin isə 5400 manat təşkil etdiyini ona bildirdiyini, bundan sonra həmin pulun xx.xx.2022-ci il tarixdə toydan sonra qaytaracağını ona bildirdiyini, həmin gün yəni xx.xx.2022-ci il tarixdə qızılları Gülnardan götürdüyünü, sonradan toy alınmadığı üçün qızılı özündə saxladığını, 2 gün sonra qızılı Memar Əcəmi metrostansiyasının yaxınlığında Lombarda qoyaraq 4200 manat pul götürdüyünü, xx.xx.2022 ci il tarixdə Gülnarın ona zəng edərək qızılın pulu istədiyini, o Gülnara pulu yaxın zamanda qaytaracağını bildirdiyini, onun bu sözündən sonra Gülnarın qızılları geri istədiyini ona dediyini, o, xx.xx.2022-ci il tarixdə qızılları qoyduğu lombardı ona göstərdiyini və birlikdə həmin yerə gedərək Gülnarın 4370 manat pul ödəyib qızılları götürdüyünü bildirərərək hal-hazırda Gülnara 4370 manat borcu olduğunu etiraf etmişdir. Toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, tələb mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 64 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı 4370 manat borcu vardır. O, borcunu bu günə qədər geri qaytarmamışdır. İddiaçı bu barədə Bakı şəhər Nizami RPİ-nə müraciət etmiş, aparılmış araşdırma zamanı Cavabdeh izahatında borcunu etiraf etmiş və Bərdə RPŞ–nin xx.xx.2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Həmçinin Cavabdeh məhkəmə iclasında İddiaçı olan borclarını etiraf etmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının MPM-nin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla, Cavabdeh 4370 (dörd min üç yüz yetmiş) manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən iş üzrə ödənilmiş 64 (altmış dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 4370 (dörd min üç yüz yetmiş) manat və ödənilmiş 64 (altmış dörd) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar