Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1646/2022 19.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 oğlunun iclas katibliyi ilə, İddiaçı Həsənova Nurı̇ də Allahverdi qızının Cavabdeh Famı̇ l oğluna qarşı pozulmuş qonşuluq hüququnun qorunması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə şəhərində açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Həsənova Nurı̇ də Allahverdi qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona və ailə üzvlərinə qarşı qonşuluq hüquqlarının pozulmasına yönəldilmiş qeyri qanuni hərəkətlərinə Bərdə rayon Əmirli kəndində yerləşən eni 4 metr uzunluğu 25 metr olan ümumi istifaddə olan yoldan sərbəst gediş -gəlişə cavabdeh tərəfindən törədilən maneəçiliyə son qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmətə görə ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasına çağırılmasına baxmayaraq gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, İddiaçı Həsənova Nurı̇ də Allahverdi qızının Cavabdeh qarşı pozulmuş qonşuluq hüququnun qorunması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iş materiallarını araşdırarkən müəyyən etdi ki, iddia ərizəsi İddiaçı etibarnamə üzrə nümayəndəsi tərəfindən imzalanmaqla verilmiş, lakin işə əlavə olunmuş etibarnamədə İddiaçı tərəfindən X2 verilmiş səlahiyyətlər sırasında “iddia ərizəsinin imzalanması” səlahiyyətinin verildiyi göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pozulmuş qonşuluq hüququnun qorunması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasi Mulki Prossesual Məcəlləsinin 259.0.3, 260.4, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı Cavabdeh oğluna qarşı pozulmuş qonşuluq hüququnun qorunması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-1646/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1646/2022
19.05.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver