Məhkəmə qərarları › İş №2(021)-165/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-165/2021

17.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-165/2021 17.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı oğlunun və vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Yadigar oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Rüstəmov Beyrək Qəzənfər oğlundan avtomobilinə vurduğu maddi ziyana görə 2195 manatın, 35 manat mütəxəssis rəyinə, 30 manat dövlət rüsumuna, 300 manat isə 90 UA-207 dövlət nişanlı avtomaşının sürücüsünə ödədiyi pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 09 iyun 2020-ci il tarixdə Bərdə rayonu, H.Əliyev prospekti ilə hərəkətdə olan vaxtı cavabdedhin idarə etdiyi VAZ 2106 markalı ** MG *** dövlət qeydiyyat nişanlı avqtomaşına, onun idarə etdiyi VAZ 21074 markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomaşın toqquşmuşdur. Ona məxsus ** HN *** dvölət qeydiyyat nişanlı avtomaşın idarəetməni tirərək VAZ 21 074 markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymişdir. Göründüyü kimi cavabdehin sürücülük vəsiqəsi olmadığına görə Bərdə rayon DYP-nin YPX-nin baş insspektoru Mustafayev Valeh mamed oğlu gtərəfindən protokol tərtib edilərək Bərdə Rayon Məhkəməsinə gətirilmişdir. Bərdə Rayon Məhkəməsinin 09 iyun 2020-ci ildə işə baxaraq 2(021)-528 saylı inzibati xəta hqqında qərar qəbul edərək Rüstəmov Beyrək Qəzənfər oğlunu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi cavabdeh onun maşınına vurduğu zərərlər aşağıdakılardır və aşağıdakı addadır: Kapot qab 180 manat, krilo qab sol 35 manat, panel qab kom kapot altı 55 manat, bamper qab kom 45 manat, oblisovka nikkel 45 manat, fara qabqaq sol 55 manat, bakavina 70 manat, alın şüşəsi 40 manat, çaşka alt 18 manat, traves 55 manat, ramka 28 manat, zamok kapot 4 manat, qapı sağ qab 175 manat, qapı sağ arxa 165 manat, tarpet 110 manat, cəmi 1295 manat, hissələrin avtomobilin üzərinə quraşdırılması 600 manat, rənglənməsi 200 manat, elektirik və dülgər işləri 100 manat, cəmi 900 manat, ümumilikdə 2195 manat, 35 manat mütəxəssisin qiymətləndirilməsinə, 30 manat dövlət rüsumuna pul ödəmişdir. Hesab edir ki, həmin sözügedən 1295 manat maddi ziyanın, 35 manat mütəxəssis rəyinin, 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməlidir. Həmçinin cavabdehin onun idarə etdiyi maşını vuraraq idarəetməni itirərək ** UA *** dövlət qeydiyyat nişanlı avtomaşının da düzəlməsinə 300 manat o pul xəercləmişdir. Halbu ki, cavabdeh bunları etməli idi. Bu sadaladıqlarına əsasən cavabdeh maddi ziyanı ödəməyə borcludur. O, da məcbur olub məhkəməyə müraciət etmişdir ki, ona vurulan ziyan ödənilsin. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X7 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Şəmilov Ruslan Oktay oğlunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ********* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 01 oktyabr 1991-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, H.Aslanov küçəsi döngə 18, ev 6-da qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3051 saylı, 29 iyun 2020-ci il tarizli arayışından müəyyən olunur ki, İddiaçı Bərdə şəhəri, H. Aslanov küçəsi döngə 18, ev 6-da yaşayır. Mülki işə əlavə edilmiş 08 iyun 2020-ci il tarixli zərər dəymiş avtomobil barədə ilkin qiymətləndirmə aktından müəyyən olunur ki, VAZ 21074 markalı, 90 HN183 dövlət qeydiyyat nişanlı, butraxılış ili 2000 olan avtomobilin hissələrinə 1295 manat, hissələrin avtomobilin üzərinə quraşdırılması 600 manat, rənglənməsi 200 manat, elektirik və çilingər işləri 100 manat cəmi 900 manat, ümumilikdə 2195 manat qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 3(021)/2020 saylı, 09 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh vəsatətindən müəyyən olnur ki, iş üzrə texniki ekspertiza təyin edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2249/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021ci il tarixli, 9/411 nömrəli epskert rəyi ilə 2000-ci il buraxılışlı VAZ 21074 markalı, 90 HN 183 dövlət qeydiyyat nişamlı avotomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 1935,0 manat, o cümlədən dəyişilməli bhissələrin qiyməti 1285,0 manat, təmir bərpa işlərinin qiyməti 650 manat müəyyən edilmişdir. Beləliklə, İddiaçı cavabdeh Rüstəmov Beyrək Qəzənfər oğlundan avtomobilinə vurduğu maddi ziyana görə 2195 manatın, 35 manat mütəxəssis rəyinə, 30 manat dövlət rüsumuna, 300 manat isə 90 UA-207 dövlət nişanlı avtomaşının sürücüsünə ödədiyi pulun alınıb ona verilməsi barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Qəzənfər oğlundan İddiaçı xeyrinə 1935,0 manat avtomobilin təmir bərpa xərcinə görə, 35 manat mütəxəssis rəyinə, 30 manat dövlət rüsumuna görə alınıb verilməli, 100 manat ekspertiza xərci isə X1 ödənilməlidir. Belə ki, cavabdehin əməli mülki iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 3(021)-528/2020 saylı, 09 iyun 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə təsdiq edilmişdir. Beləliklə, iş materiallarından göründüyü ki, Cavabdeh Qəzənfər oğlu tərəfindən zərərçəkmiş şəxs İddiaçı ziyan vurulması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş bəzi sübutlarla qismən təsdiq edildiyindən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilin təmir bərpa xərcinə görə 1935,0 (min doqquz yüz otuz beş) manat, mütəxəssis rəyinə görə 35 (otuz beş) manat və 30 manat dövlət rüsumu alınaraq iddiaçı X2 verilsin. Cavabdeh Qəzənfər oğlundan Ekspert rəyinə görə 100 (yüz) manat tutularfaq X1 (Kod 21005, BÖEN **********, müxbir hesabı AZ41NABZ)**********0********) hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar