Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-165/2024 20.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Əbilov Qamət Mehman oğlunun sədrliyi X2 iclas katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə , İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 998, 03 manat borc və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "Azərişıq” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "Azərişıq” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00031 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 998, 03 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 998,03 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "Azərişıq” ASC-nin əməkdaşları hər ay Cavabdeh oğlunun ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Daha sonra iddiaçı "xxxx" ASC –nin nümayəndəsi X3 iddia həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 831,41 manat borcun tutularaq iddiaçı "Azərişıq” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC –nin nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək, idddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş xx.xx.2023-cü il tarixli, 652557 nömrəli “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı satqısının birtipli Müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında elektrik enerjisinin alqısatqı müaviləsi bağlanmışdır. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli saylı R №201217 nömrəli Aktdan görünür ki, Abonent kodu: **********00031 olan abonent Cavabdeh adına olan fərdi yaşayış evinin sayğac uçot dəstinə EEİQ-nin tələbinə uyğun olaraq baxış aparılan zaman məlum olmuşdur ki, sayğacdan kənar elektrik enerjisindən istifadə olunur. Kənar xətdən keçən yük ampermaşa ilə ölçülmüşdür. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli saylı R №245695 nömrəli Aktdan görünür ki, Abonent kodu: **********00031 olan abonent Cavabdeh adına olan fərdi yaşayış evinin sayğac uçot dəstinə EEİQ-nin tələbinə uyğun olaraq baxış aparılan zaman məlum olmuşdur ki, sayğacdan kənar elektrik enerjisindən istifadə olunur. Kənar xətdən keçən yük ampermaşa ilə ölçülmüşdür. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli saylı R №259998 nömrəli Aktdan görünür ki, Abonent kodu: **********00031 olan abonent Cavabdeh adına olan fərdi yaşayış evinin sayğac uçot dəstinə EEİQ-nin tələbinə uyğun olaraq baxış aparılan zaman məlum olmuşdur ki, sayğacdan kənar elektrik enerjisindən istifadə olunur. Kənar xətdən keçən yük ampermaşa ilə ölçülmüşdür. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli saylı R №301478 nömrəli Aktdan görünür ki, Abonent kodu: **********00031 olan abonent Cavabdeh adına olan fərdi yaşayış evinin sayğac uçot dəstinə EEİQ-nin tələbinə uyğun olaraq baxış aparılan zaman məlum olmuşdur ki, sayğacdan kənar elektrik enerjisindən istifadə olunur. Kənar xətdən keçən yük ampermaşa ilə ölçülmüşdür. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli saylı R №289562 nömrəli Aktdan görünür ki, Abonent kodu: **********00031 olan abonent Cavabdeh adına olan fərdi yaşayış evinin sayğac uçot dəstinə EEİQ-nin tələbinə uyğun olaraq baxış aparılan zaman məlum olmuşdur ki, sayğacdan kənar elektrik enerjisindən istifadə olunur. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli saylı R №310423 nömrəli Aktdan görünür ki, Abonent kodu: **********00031 olan abonent Cavabdeh adına olan fərdi yaşayış evinin sayğac uçot dəstinə EEİQ-nin tələbinə uyğun olaraq baxış aparılan zaman məlum olmuşdur ki, sayğacdan kənar elektrik enerjisindən istifadə olunur. Kənar xətdən keçən yük ampermaşa ilə ölçülmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 25 nömrəli Pretenziyadan görünür ki, abonent kodu **********00031 olan abonent Cavabdeh eleketrik enerjisindən istifadəyə görə 998,03 manat borcun 7 güb müddətində ödənilməsi barədə xəbədarlıq edilmişdir. Mülki işə əlavə edilmiş abonent kodu **********00031 olan abonent Cavabdeh ünvanlanmış Bildirişdən görünür ki, ödəniləcək məbləğ 942,03 manat təşkil edir. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli Mədaxil qəbzindən görünür ki, "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh arasında 05. xx.xx.2023-cü il tarixli, 652557 nömrəli elektrik enerjisinin alqısatqı müaviləsi bağlanmşdır. Abonent Cavabdeh alqı-satqı müqaviləsinin tələblərini pozaraq kənar xətdən istifadə etmişdir. Hazırda abonent kodu **********00031 olan abonent Cavabdeh elektrik enerjisinə görə görə borcu 831,41 manat təşkil təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclular icranı gecikdirməklə üzərlərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyırlar. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış alqıstqı müqaviləsinə dair cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 131,60 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi tam təmin edildiyindən iddia verilməsi üçün ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,230, 233, 307-301 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 831,41 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "Azərişıq” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-165/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-165/2024
20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver