Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1658/2021 19.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı Bulud oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh Kamil oğluna qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, caabdeh Cavabdeh 24.700 manat əsas borc və məhkmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 24.730 manat məbləğində pul vəsatinin alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, taksi şirkətində işləyib, ailəsini dolandırmışdır. 2018-ci il tarixdə cavabdeh Cavabdeh Kamil oğlu ilə həmin şirkətdə tanış olmuşdur, münasibətləri yaxşı olduğundan 2020-ci ilin noyabr ayından başlayaraq qızıl alveri etmək məqsədi ilə ondan hissə-hissə olmaqla, ümumilikdə 24.700 manat pul almışdır. Cavabdeh ondan aldığı borcu 18 fevral 2021-ci il tarixdə qaytaracağına söz vermiş, ancaq qaytarmamışdır. Bundan sonra cavabdeh qəbz yazıb imzalayaraq sözügedən məbləğin 2.000 manat hissəsinin 22 fevral 2011-ci il tarixdə, yerdə qalan 22.700 manat hissəsini isə 3 ay müddətində qaytaracağını bildirmişdir. Pulunu geri qaytarması üçün Cavabdeh Ramil oğlunun yaşadığı ünvana bir neçə dəfə gedərək, ona məxsus yuxarıda göstərilən ünvana zəng edərək pulunu verməsini tələb etsə də pulunu müxtəlif bəhanələrlə verməkdən imtina etmişdir. Onlar əvvəl müxtəlif işlər görmüşlər və aralarında etibar yaranmışdır. Lakin cavabdeh etibardan sui istifadə etmişdir. Ona görə də məcbur qalıb, məhkəmədə iddia qaldırmalı olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, onlar əvvəl müxtəlif işlər görmüşlər və aralarında etibar yaranmışdır. Lakin cavabdeh etibardan sui istifadə etmişdir. Hal-hazırda iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X3 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1962-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Cavabdeh Ramil oğlu xx xxx 1995-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1880 nömrəli, 10 mart 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsi 8-də yaşayır. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh İddiaçı 24.700 manat borc pul almışdır. Mülki işə əlavə edilmiş və 5 nəfəri iştirakı ilə tərtib edilmiş qəzbzdən görünür ki, Cavabdeh Ramil oğlu İddiaçı 24.700 manat pulu borc olaraq almış, 03 fevral 2021-ci il tarixdə söz vermişdir ki, pulun 2000 manat hissəsini 18 fevral 2021-ci il tarixdə, qalan hissəsini isə 3 ay müddətinə qaytarcaqdır. Əvəzində isə şəxsiyyət vəsiqəsini girov qoymuşdur. Məhkəmə iddiaçının cavabdehlə aralarında qarşılıqlı etibarın və inamın yaranmasına dair məhkəmə iclasında gətirdiyi dəlilləri inandırıcı və əsaslı hesab edir. Belə ki, iş materiallarında olan 02 oktyabr 2020-ci il tarixli qəbzdən görünür ki, cavabdeh iddiaçıdan 02 fevral 2021-ci il tarixdə qaytarmaq şərtilə 8.700 manat, 02 yanvar 2021-ci il tarixli qəbzdən görünür ki, cavabdeh iddiaçıdan 12 yanvar 2021-ci il tarixədək qaytarmaq şərtilə 2960 manat, 21 dekabr 2020-ci il tarixli qəbzdən görünür ki, cavabdeh iddiaçıdan 26 dekabr 2020-ci il tarixədək qaytarmaq şərtilə 1250 manat borc pul almışdır. Azərbaycan Respublikası Müki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müki Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Müki Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Müki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki işin materialları ilə tərəflərin borcun faizlər ilə verilməsini şərtləşdirirməsi təsdiq olunmur. Bundan başqa məhkəmədə onu da xüsusi olaraq vurğulamaq istəyir ki, iş materiallarında olan qəbz cavabdeh tərəfindən borcun etiraf edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, İddiaçı Cavabdeh oğluna qarşı 24.700 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh oğlundan İddiaçı xeyrinə 24.700 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlar-dan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh Kamil oğlundan 24.700 (iyirmi dörd min yeddi yüz) manat və dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 24.730 (iyirmi dörd min yeddi yüz otuz) manat alınaraq İddiaçı verilsin. Qiyabi qətnamə rəsmi qaydada verildiyindən sonra 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1658/2021
Bərdə Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(021)-1658/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver