Məhkəmə qərarları › İş №2(021)-166/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-166/2024

07.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-166/2024 07.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 Üçüncü şəxs Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdeh X3 və üçüncü şəxs Cavabdeh2 qarşı qanunsuz çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi və cavabdehdən qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh X4 tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21 avqust 2019-cu il qeydiyyat tarixli, ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən onun xüsusi mülkiyyəti olan Bərdə şəhəri ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin bir hissəsinə çəkilmiş dəmir tordan ibarət hasarın söklüməsinə, hasarın sküntgüsünün cavabdehin öz vəsaiti hesabına həyata keçirilməsinə və cavabdeh X1 gələcəkdə bu cür hərəkətlərə son qohyulmasının tələb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə məskunlaşıb yaşayır. Cavabdeh1 xüsusi mülkiyyətində olmaqla Bərdə şəhəri, Fizuli küçəsi döngə 10 ünvanında 0,077 ha, (7.75 sot) torpaq sahəsi olmuşdur və həmin torpağın 0,40 hektar hissəsini X7 Xidmət Mərkəzinin Notariat Ofisi vasitəsi ilə rəsmiləşdirilmiş. 47-1491 reyestr nömrəli 10 avqust 2019-cu il tarixli Alqı satqı müqaviləsinə və həmin notariat ofisi tərəfindən təsdiqlənmiş 3M-1099 reyestr nömrəli 15 avqust 2019-cu il tarixli Bölgü sazişinə əsasən ona satmışdır. Odur ki, sözügedən 0,04 hektar torpaq sahəsinin onun xüsusi mülkiyyəti olmasına dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21 avqust 2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarış və DƏDRX-nin 7 Saylı Bərdə Ərazi İdarəsi tərəfindən ona 21 avqust 2019-cu il tarixli 419499 npmrəli Torpaq Sahəsinin planı və ölçüsü verilmişdir. Həm çıxarışa, həm də Torpaq sahəsinin planı və ölçüsünə əsasən sözügedən torpaq sahəsinin yerləşdiyi hüquqi ünvan Bərdə şəhəri, Fizuli küçəsi döngə 10,7C hesab edilir. Cavabdeh1 0,077 hektar torpaq sahəsinin qalan 0,037 hektar hissəsini isə bir neçə il bundan əvvəl Bərdə şəhər sakini Cavabdeh2 satmış, beləliklə də onun həmin ünvanda hər hansı bir ölçüdə torpaq sahəsi qalmamışdır. Buna baxmayaraq Cavabdeh1 təxminən 2 ay bundan əvvəldən başlayaraq ona satdığı torpaq sahəsinin təxminən 0,02 hektar hissəsinə dəmir tordan hündür hasar çəkmişdir. Bunu bildikdən sonra ona dəfələrlə demişdir ki, hasar çəkdiyi torpaq sahəsi ona məxsusdur və tələb etmişdir ki, hasarını söksün. Lakin Cavabdeh1 inadla bildirir ki, hasar çəkdiyi 0,02 hektar torpaq sahəsi onundur, hasarı sökməyəcək və heç bir məhkəmə və ya dövlət orqanı ona hasarı sökdürə bilməz, bu torpaq onundur. Beləliklə də Cavabdeh1 ona məxsus olan 0,02 hektar torpaq sahəsinə qanunsuz sahibləmərək ondan istifadə etməkdə davam edir. Odur ki, o, məcbur olub ərizə ilə Bərdə rayon Polis şöbəsinə müraciət edərək xahiş etmişdir ki, Cavabdeh1 qanunsuz çəkdiyi hasar sökülsün, həmçinin də ondan gələcək də bu cür qanunsuz hərəkətlər etməsinə son qoyulması tələb edilsin. Lakin Bərdə RPŞ-dən ona bildirilmişdir ki, məsələ mülki xarakterli mübahisə olduğu üçün o, aidiyyatı üzrə məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 izahatında bildirdi ki, iddia tələbi əsassızdır. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında üçünc şəxs Cavabdeh2 izahatında bildirdi ki, X4 torpaq sahəsinin ona və iddiaçıya satıb, cavabdehin artıq zəbti var və ondan istifadə edir. Həmin hasarın ona heç bir müdaxiləsi yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə ünvan 5ində anadan olmuşdur. ünvan 5i ünvanda qeydiyyatdadır. Mülki iş materiallarına əlavə olunmuş AA seriyalı 011214 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh2 xx xxxxxx 1985-ci ildə anadan olmuşdur, Bərdə şəhəri, Füzuli küçəsi 41 nömrəli evdə yaşayır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh1 xx xxxxxx 1966-cı ildə anadan olmuşdur, Bərdə rayonunda qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Azərbaycan respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bərdə rayon bölməsi tərəfindən verilmiş 1477saylı, 23 iyul 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Cəbrayıl rayonundan məcburi köçkün İddiaçı ünvan 6 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarına əlavə olunmuş 23 iyun 2023-cü il il tarixli aktdan görünür ki, ərizəçi İddiaçı 7 saylı ərazi idarəsinə etdiyi müraciət əsasında Bərdə şəhəri ünvan 7 ünvanında yerləşən ərizəçinin mülkiyyətində olan **********93 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış 0.04 ha həyətyanı torpaq sahəsinin künc döngə nöqtələrinin kordinatları naturada müəyyən edilərək özünə tanıdılması aktlaşdırılmışdır. İş materiallarından görünür ki, iş Bərdə Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(021)-3008/2023 saylı qərardadı ilə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 21 noyabr 2023-cü il tarixli, 3-21-3-46/2-5000/2023 saylı mütəxəssis rəyində göstərilmişdir ki, TEKUİS məlumat bazasına əsasən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsinin bir hissəsi metal torla hasarlanaraq cavabdeh X4 tərəfindən istifadə olunur. TEKUİS məlumat bazasına əsasən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsinin 0.0126 ha hissəsi Cavabdeh1 tərəfindən metal torla hasarlanaraq istifadə olunur. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh1 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Bərdə şəhəri Füzuli küçəsində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin 0.0126 ha hissəsini metal torla hasarlayaraq istifadə edir. Məhkəmə sadalanan işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, cavabdeh qanunsuz olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə edir ki, bu da iddiaçını hüquqlarına toxunur. Belə ki, iddiaçının iddia tələbi mülkiyyət hüququnu pozan hərəkətləri qanunsuz hesab edilməsi, qanunsuz inşa edilmiş hasarın sökülməsinə cavabdeh tərəfindən yaradılan maneələrin qadağan olunması barədədir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mülkiyyət hüququnu pozan hərəkətləri qanunsuz hesab edilməli, qanunsuz inşa edilmiş hasarın sökülməsinə cavabdeh tərəfindən yaradılan maneələr qadağan olunmalıdır. Belə ki, mübahisəli torpaq sahəsi cavabdehə məxsus deyil, həmin torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı isə öz növbəsində dəmir tordan inşa olunmuş hasarı sökmək və mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək istəyir ki, cavabdehlər ona maneələr yaradır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsaəsn, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh X3 qarşı qanunsuz çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi və cavabdehdən qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilsin. Bərdə şəhəri ünvan 8 ünvanda yerləşən İddiaçı məxsus 0.04 torpaq sahəsinin 0.0126 ha hissəsinə çəkilmiş hasar Cavabdeh X4 tərəfndən sökülsün, cavabdehin bununla bağlı qanunsuz hərəkətləri qadağan olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar