Məhkəmə qərarları › İş №2(021)-1667/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1667/2024

29.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1667/2024 29.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlu, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahlarından xx.xx.2013-cü il tarxidə anadan olmuş X1 adlı 1 övladları üçün Laçın rayon məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli 2(047)-364/2014 saylı qətnaməsi ilə Cavabdeh hər ay bir uşağın saxlanması üçün tutulan 70 manat məbləğində miqdarının artırılmaqla hər ay bir uşaq üçün 235 manat müəyyən edilməsinə dair dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, cavabdeh Ağcabədi rayonu, Sarıcalı kəndində yaşayır. İddiaçı isə Xocalı rayonu, Meşəli kəndində qeydiyyatdadır və iddiaçının Bərdə rayonunda yaşamasını təsdiq edən hər hansı bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaya Bərdə Rayon Məhkəməsində baxılması mümkünsüzdür. Belə olan halda məhkəmə hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən ərazi aidiyyəti ilə bağlı MPM-in tələbləri pozulmuşdur və hazırki iddia iddiaçı yaxud cavabdehin yaşadığı yer üzrə rayon məhkəməsinə təqdim edilməlidir. Belə ki, MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Hazırkı ərizədən isə görünür ki, iddia ərizəsi tərəflərin rəsmi qeydiyyatda olduğu yerə görə verilməmiş, iddiaçının isə Bərdə rayonunda yaşamasını təsdiq edən arayış və ya digər sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar