Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1668/2021 25.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı BOKT “X10” MMC-nin nümayəndəsi X4, Cavabdeh Məmmədov Habil Adil oğlunun iştirakları ilə, İddiaçı BOKT “X10” MMC-nin cavabdehlər Məmmədov Habil Adil oğluna, Cavabdeh2, Cavabdeh3 Kamal oğluna, Məmmədov Nuriyyə Barat qızına, Xəlilova Xatirə Zülfüqar qızına qarşı borcun tutulması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı «X10» MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Məmmədov Habil Adil oğlundan, Cavabdeh2, Cavabdeh3 Kamal oğlundan, Məmmədov Nuriyyə Barat qızından, Xəlilova Xatirə Zülfüqar qızından 1486.48 ABŞ dollar məbləğində əsas borc, 191.88 ABŞ dollar məbləğində hesablanmış faiz borcu, 0.00 ABŞ dollar cərimə borcu, 112.10 ABŞ dolları müqavilə şərtlərini pozduğuna görə dəymiş zərər (əldən çıxmış fayda), ümumi cəmi 1790.46 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 20.40 manat dövlət rüsumunun müştərək qaydada alınaraq BOKT “X10” MMCnə verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-1951/2018 nömrəli, 21 fevral 2018-ci il tarixli Məhkəmə Əmrinə əsasən Məmmədov Habil Adil oğlundan, Cavabdeh2, Cavabdeh3 Kamal oğlundan, Məmmədov Nuriyyə Barat qızından, Xəlilova Xatirə Zülfüqar qızından 1486.48 ABŞ dollar məbləğində əsas borc, 191.88 ABŞ dollar məbləğində hesablanmış faiz borcu, 0.00 ABŞ dollar cərimə borcu, 112.10 ABŞ dolları müqavilə şərtlərini pozduğuna görə dəymiş zərər (əldən çıxmış fayda), ümumi cəmi 1790.46 ABŞ dollar məbləğində kredit borcu Azərbaycan manatı məzənnəsi və 20.40 manat ödənilmiş dövlət rüsumu tutularaq BOKT “X10” MMC-nin hesabına keçirilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1951/2018 nömrəli, 29 mart 2018-ci il tarixli qərardadı ilə iş iddia icraatına keçirilmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-1951/2018 nömrəli, 29 aprel 2019-cu il tarixli qərardadı ilə isə mülki iş baxılmamış saxlanılmışdır. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1951/2018 nömrəli, 12 aprel 2021-ci il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-1951/2018 nömrəli, 29 aprel 2019-cu il tarixli qərardadı ləğv edilərək mülki işin icraatı təzələnmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı «X10» MMC iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Adil oğlu 29 aprel 2015-ci il tarixdə bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) “X10” MMC-nin Bərdə filialına kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla tələbkar təşkilat arasında 29 aprel 2015-ci il tarixli L-AG/0036894F saylı “kredit müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclu, illik 29% olmaqla 18 ay müddətinə 3000 ABŞ dollar məbləğində “maldarlıq” məqsədilə kredit almışdır. Həmin tarixdə kreditin ödənilməsinin təminatı məqsədilə borclunun Cavabdeh2, Cavabdeh3 Kamal oğlu, Məmmədov Nuriyyə Barat qızı, Xəlilova Xatirə Zülfüqar qızı ilə 29 aprel 2015-ci il tarixli L-AG/0036894-F saylı zaminlik və birgə borcluluq müaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, borclular tərəfindən 3000 ABŞ dolar məbləğində əsas borcdan 1513.52 ABŞ dollar, hesablanmış faiz borcu 993.54 ABŞ dollar, cərimə borcu 297.66 ABŞ dolları məbləğini, cəmi 2804.72 ABŞ dolları məbləğini təşkil edən hissəsinin ödənişini həyata keçirmişdir. Beləliklə, hal-hazırda borcluların təşkilata ödənilməmiş 1486.48 ABŞ dollar məbləğində əsas borc, 191.88 ABŞ dollar məbləğində hesablanmış faiz borcu, 0.00 ABŞ dollar cərimə borcu, 112.10 ABŞ dolları müqavilə şərtlərini pozduğuna görə dəymiş zərər (əldən çıxmış fayda), ümumi cəmi 1790.46 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Məhkəmə iclasında iddiaçı Bank Olmayan Kredit Təşkilatı “X10” MMC-nin nümayəndəsi X12 oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafə edib, iddia həcminin azaldılması barədə məhkəməyə ərizə verərək, 781.93 ABŞ dolları məbləğində əsas borc, 159.90 AABŞ dolları məbləğində faiz borcunun cəmi 941, 83 ABŞ dolları məbləğində kredit borcunun cavabdehlər Məmmədov Habil Adil oğlundan, Cavabdeh2, Cavabdeh3 Kamal oğlundan, Məmmədov Nuriyyə Barat qızından, Cavabdeh5 tutularaq iddiaçı təşkilata ödənilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Məmmədov Habil Adil oğlu izahatında iddianı qismən qəbul edərək, maddi problemləri ilə bağlı ödəniş edə bilmdiyini göstərdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 Kamal oğluna, Məmmədov Nuriyyə Barat qızına, Xəlilova Xatirə Zülfüqar qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 29 aprel 2015-ci il tarixli L-AG/0036894-F nömrəli kredit müqaviləsinin surətindən müəyyən olunur ki, bank Borcluya “Nağd ehtiyaclar” məqsədilə 18 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit verilmisinə, Borclunun isə kredit qəbul etməsinə, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanmış faizləri Kreditora qaytarmasına dair borc pul öhdəliyidir. İş materiallarında olan 29 aprel 2015-cci il tarixli L-AG/0036894-F saylı zaminlik və birgə borcluluq müqaviləsinin surətindən müəyyən olunur ki, bank olmayan kredit təşkilatı “X10” MMC tərəfindən verilən kreditlə bağlı Borclu müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək Cavabdeh2, Cavabdeh3 Kamal oğlu, Məmmədov Nuriyyə Barat qızı, Xəlilova Xatirə Zülfüqar qızı Kreditor qarşısında Borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını bilir və öhdəsinə götürür. İş materiallarında olan 29 aprel 2015-cci il tarixli L-AG/0036894-F birgə borcluluq müqaviləsi surətindən müəyyən olunur ki, BOKT “X10” MMC adından etibarnaməyə əsasən çıxış edən Bərdə Filial müdiri X6 şəxsində və digər tərəfdən isə bundan sonra “Birgə Borclular” adlandırılan Cavabdeh2, Cavabdeh3 Kamal oğlu, Məmmədov Nuriyyə Barat qızı, Xəlilova Xatirə Zülfüqar qızıdır. Bu müqavilə 29 aprel 2015-ci il tarixli L-AG/0036894-F saylı kredit müqaviləsi ilə birgə borcluların vəkili edilmiş nümayəndəsi Cavabdeh1 verilən 300 ABŞ Dolları məbləğində kreditə təminat olaraq “Kreditor” qarşısında borc məbləğinə birlikdə təminat verən birgə borcluların birgə borcluluq və zaminlik öhdəliyini tənzimləyir. İş materiallarında olan 10 yanvar 2018-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 29 aprel 2015-ci il tarixli L-AG/0036894-F saylı kredit müqaviləsi üzrə iddiaçıya 1486.48 ABŞ dollar məbləğində əsas borc, 191.88 ABŞ dollar məbləğində hesablanmış faiz borcu, 0.00 ABŞ dollar cərimə borcu, 112.10 ABŞ dolları müqavilə şərtlərini pozduğuna görə dəymiş zərər (əldən çıxmış fayda), ümumi cəmi 1790.46 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarında olan 24 yanvar 2019-cu il tarixli, 2180 nömrəli rəydən göünür ki, Cavabdeh1 iddiaçı “X10” BOKT MMC-nə 1.158,84 ABŞ dolları əsas, 342,04 ABŞ dolları faiz borcu almışdır. İş materiallarına əlavə olunmuş, iddiaçı təşkilatının nümayəndəsinin məhkəməyə verdiyi iddia həcminin azaldılması barədə ərizdə cavabdehlərdən 781.93 ABŞ dolları məbləğində əsas, 159,90 ABŞ dolları məbləğiində faiz borcu, cəmi 941,3 ABŞ dolları məbləğində kredit borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 3000 ABŞ dolları məbləğində kredit alması və həmin kredit üzrə 781.93 ABŞ dolları məbləğində əsas, 159,90 ABŞ dolları məbləğiində faiz borcu, cəmi 941,3 ABŞ dolları məbləğində borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdehlər Məmmədov Habil Adil oğlundan, Cavabdeh2, Cavabdeh3 Kamal oğlundan, Məmmədov Nuriyyə Barat qızından, Xəlilova Xatirə Zülfüqar qızından 29 aprel 2015-ci il tarixli L-AG/0036894-F saylı kredit müqaviləsi üzrə yaranmış 781.93 ABŞ dolları məbləğində əsas, 159,90 ABŞ dolları məbləğiində faiz borcu, cəmi 941,3 ABŞ dolları məbləğində cərimə borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zamin-birgə borclular Cavabdeh2, Cavabdeh3 Kamal oğlu, Məmmədov Nuriyyə Barat qızı, Xəlilova Xatirə Zülfüqar qızı kreditor «X10» MMC qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 20,40 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 oğlundan, Cavabdeh2, Cavabdeh3 Kamal oğlundan, Məmmədov Nuriyyə Barat qızından, Xəlilova Xatirə Zülfüqar qızımüştərək qaydada alınaraq iddiaçı Bank olmayan kredit təşkilatı «X10» MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 212-1-212-6, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ : İddiaçı BOKT “X10” MMC-nin cavabdehlər Məmmədov Habil Adil oğluna, Cavabdeh2, Cavabdeh3 Kamal oğluna, Məmmədov Nuriyyə Barat qızına, Xəlilova Xatirə Zülfüqar qızına qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Məmmədov Habil Adil oğlundan, Cavabdeh2, Cavabdeh3 Kamal oğlundan, Məmmədov Nuriyyə Barat qızından, Xəlilova Xatirə Zülfüqar qızından müştərək qaydada 781.93 ABŞ dolları məbləğində əsas, 159,90 ABŞ dolları məbləğiində faiz borcu olmaqla cəmi 941,3 ABŞ (doqquz qırx bir ABŞ dolları, üç sent) dolları məbləğində kredit borcu icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda və ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) tutularaq iddiaçı BOKT “X10” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1668/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1668/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver