Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1669/2021 31.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 nümayəndəsi X8, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə , İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Elxan qızının “Azəriqaz” İB-nə qarşı sağlamlığa dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçılar İddiaçı1 Mustar qızı, İddiaçı2 və İddiaçı3 Elxan qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh “Azəriqaz” İB-nin səhlənkarlığı və məsuliyyətsizliyi səbəbindən sağlamlıqlarına dəymiş zərərin əvəzi olan, hər birinə 10.000 manat olmaqla, ümumilikdə 30.000 manat məbləğində zərərin alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəmədinin 07 yanvar 2020-ci il tarixli, 2(021)-452/2020 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Bərdə Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(021)-452/2020 saylı qərardadı ilə Azəriqaz İB-nin Bərdə Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(021)-452/2020 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi təmin edilməmişdir. Bərdə Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(021)-452/2020 saylı qərardadı ilə Azəriqaz İB-nin Bərdə Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(021)-452/2020 saylı qərardadından verdiyi şikayət təmin edilərək, Bərdə Rayon Məhkəmədinin 07 yanvar 2020-ci il tarixli, 2(021)-452/2020 saylı qiyabi qətnaməsi ləğv edilərək, işə yenidən baxılması üçün məhkəmə baxışı təyin edilmişdir. İddiaçılar İddiaçı1 Mustar qızı, İddiaçı2 və İddiaçı3 iddia tələbini onunla əsaslandırmışdır ki, cənab Prezidentin Sərəncamına uyğun olaraq onlara Bərdə rayonu ərazisində qaçqın və məcburi köçkünlər üçün salınmış 866 saylı qəsəbədə mənzil verilmişdir. Sözü gedən mənzildə qaz borularının düzgün və tam quraşdırılmaması səbəbi ilə 2019-cu ilin yay aylarından mənzillərinə qaz sızmış və qaz sızmasından zəhərlənmiş, uzun müddət müalicə almışlar. Beləliklə onların həm səhhətinə ziyan dəymiş həm də onsuzda aşağı olan maddi vəziyyətləri olduqca aşağı düşmüşdür. Bunula bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə idarəsinin klinik tibbi mərkəzi tərəfindən hər birinə mənzildə baş vermiş qaz sızması nəticəsində səhhətlərində olan nasazlıq barədə diaqnoz verilmişdir. Həmin diaqnoz sənədlərini məhkəməyə təqdim ediblər, heç bir yerdə işləmirlər, maddi vəziyyətləri olduqca ağırdır. Hesab edirlər ki, sadalanlara əsasən cavabdeh “Azəriqaz” İB-nin işinə məsuliyyətsiz yanaşması səbəbindən onların sağlamlığına dəymiş zərərin əvəzi olaraq ümumilikdə 18.000 manat (on səkiz min) manat pul vəsaiti alınaraq onlara verilməlidir. Daha sonra iddiaçılar X3, İddiaçı2, İddiaçı3 Elxan qızı məhkəməyə iddia həcminin azaldılması barədə ərizə verərək, cavabdeh “Azəriqaz” İB-dən onların hər birinə dəymiş maddi və mənəvi zərərin əvəzinə 6.000 manat pul vəsaitinin adlınıb onlara verilməsinə dair qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı3 Elxan qızı, İddiaçı2 nümayəndəsi X11 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında izahatında cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X9 iddianı qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1980-ci ildə Kəlbəcər şəhərində doğulmuşdur, Kəlbəcər rayonu, Fətallar kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 29 avqust 1999-cu ildə, Bərdə rayonunda doğulmuşdur, Kəlbəcər rayonu, Fətallar kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əlimərdanova Fidan Elxan qızı xx xxxx 2002-ci ildə doğulmuşdur. Mülki işə əlvə olunmuş seriya AA 240376 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, Hətəmova X1 rayonundan məcburi köçkündür. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 3436 nömrəli, 09 oktyabr 2019-cu il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı1 Bərdə rayonu, 866 yerlik qəsəbə, bina 19, mənzil 40da müvəqqəti yaşayır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi DYMX Bərdə Rayon Dövlət X5 tərəfindən verilmiş 37/34-173 nömrəli, 19 aprel 2021 saylı məktubundan müəyyən olunur ki, 2019-cu il ərzində Bərdə rayonu, Həsənqaya kəndi ərazisində məcburi köçkünlər üçün salınmış 866 nömrəli qəsəbə bina 13, mənzil 40-da qaz sızması ilə bağlı hissəyə heç bir məlumat daxil olmamışdır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Prokurorluğu tərəfindən məhkəməyə təqdim edilmiş 233c-19 nömrəli toplanmış material üzrə qəbul edilmiş 20 oktyabr 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən müəhyyən olunur ki, Bərdə şəhəri 866 saylı qəsəbə, bina 13, mənzil 40 ünvanında yaşayan Əlimərdanova Fidan Elxan qızının 02 oktyabr 2019-cu il tarixdə dəm qazından zəhərlənmə diaqnozu ilə Bərdə rayonun Mərkəzi Xəstəxanasına daxil olması faktı üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən, cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 02 oktyabr 2019-cu il tarixli, HK-1-2816 saylı materiala əlavə edilmiş ərizənin surətindən müəyyən olnur ki, İddiaçı1 Muxtar qızı dəm qazından zəhərlənmələri, həmin dəm qazının hansı səbəblərdən yaranmasının aydınlaşdırılması barədə ərizə ilə Bərdə Rayon Polis Şöbəsinə müraciət etmişdir. İddiaçı1 Bərdə Rayon Polis Şöbəsinə verdiyi izahatın surətindən müəyyən olunur ki, təxminən 2019-cu ilin avqust ayının ortalarında yaşadıqları evdə olan zaman saat təxminən 12-13 radələrində o, oğlu Ramin, gəlini Fidan dəm qazından zəhərlənmişlər, buna görə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daxil olmuşlar. Buna görə bir neçə gün mərkəzi xəstəxanada, daha sonra Bakı şəhərinə taksikologiya instituna gedərək müalicə olunmuşlar. Rayon Polis Şöbəsində bu istiqamətdə araşdırma aparılmış, onlardan hər hansı şikayət və tələblərinin olub olmaması soruşulmuş, onlar isə hər hansı şikayət və tələblərinin olmadığını bildirmişlər. Lakin bu barədə qaz idarəsinə, mənzil istismar sahəsinə bildirməmişlər, hesab edirlər ki, ilk dəfə baş verən hadisə təsadüf nəticəsində olmuşdur. 02 oktyabr 2019-cu il tarixdə isə günorta saatlarında onlar evdə olmadıqları zaman gəlini Fidan evdə zəhərlənərək huşunu itirmişdir, bu barədə qonşuları onlara məlumat vermişlər. Fidanı təcili rayon xəsatəxanasına aparmışlar. Orada Fidana ilkin tibbi yardım göstərilmiş, zəhərlənmə əleyhinə sistem köçürüldükdən sonra vəziyyəti yaxşılaşdığı üçün onu evdə aparmışlar. Hazırda Fidanın vəziyyəti normaldır, onların tələbi həmin dəm qazının hansı səbəbdən yaranması və aydınlaşdırılması, həmçinin aidiyyatı qurumların barəsində tədbir görülməsidir. Bərdə Rayon Mərkəzi Xəstəxanasının 1/389 saylı, 08 oktyabr 2019-cu il tarixli arayışından müəyyən olunur ki, 02 oktyabr 2019-cu il tarixdə Bərdə rayonu 866 saylı qəsəbədə yaşayan İddiaçı3 Elxan qızının yaşadığı ünvanda dəm qazından zəhərlənmə diaqnozu ildə Bərdə RMX-na daxil olmuş, ilkin tibbi yardım göstərilərək, evə buraxılmmışdır. Mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(021)-452/2021 saylı qərardadı ilə tikinti texniki ekspertizası təyin edilmişdir. İş üzrə rəy verilmədən sənədər məhkəməyə qaytarılmışıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, iddiaçılar cavabdeh “Azəriqaz” İB-nin işinə məsuliyyətsiz yanaşması səbəbindən onların sağlamlığına zərərin dəyməsi ilə bağlı hər hansısa bir sübut və dəlil məhkəməyə təqdim edə bilməmişlər. Bu xüsusatı nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Elxan qızının “Azəriqaz” İB-nə qarşı sağlamlığa dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-1669/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1669/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver