Məhkəmə qərarları › İş №2(021)-1680/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-1680/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-1680/2023 04.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Qasım oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı və ya "xxxx" KB ASC) Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" KB ASC məhkəmədə iddia qaldıraraq, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1870,24 manat əsas, 3,64 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 1873,88 manat borcun, 0,40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 38,74 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Türkan Piriyeva məhkəməyə ərizə göndərərək bankla cavabdeh arasında razılıq əldə olunduğundan iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Türkan Piriyevanın ərizəsinə qiymət verib belə hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanıldığından iş üzrə ödənilmiş 38,74 (otuz səkkiz manat 74 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-nə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114.1.5, 259 və 260-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və sənədlər iddiaçı "xxxx" KB ASC-yə qaytarılsın. İddiaçı "xxxx" KB ASC-nin 01 fevral 2023-cü il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə dövlət büdcəsinə ödədiyi 38,74 (otuz səkkiz manat 74 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-nə geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar