Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1684/2024 24.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1 baş yan balalı inək üçün verdiyi 3300 manatın, əldən çıxmış gəlirə və məhkəmə xərcləri və gedişgəliş üçün çəkilmiş əlavə xərclər üçün 600 manatın, dövlət rüsumu kimi ödənilmiş 60 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Beyləqan rayonu Türklər qəsəbəsində yaşayır və heyvan saxlayaraq ailəsini dolandırır. Şifahi razılaşma ilə İmişli mal bazarında Cavabdeh yanı balalı sağılan inəyi 3300 manata bazardan almışdır. Evə gətirdikdən sonra baxdı ki, inək süd vermir, bundan sonra Cavabdeh zəng etdi və inəyin normal süd vermədiyini ona bildirdi. Sonradan Cavabdeh qardaşı olduğu dediyi Əhliman ad şəxs Qazel markalı ** BK *** dövlət nömrə nişanlı avtomaşınla gəlib kənddən həmi inəyi və balasını onlardan apardı. İnəyin balası ilə birlikdə aparılmasını şahidlər təsdiq edə bilərlər. İnəyin pulunu isə növbəti bazar İmişlidə qaytarmalı idi. Lakin qaytarmadı və zəng etdi ki, inəyi kənddə satmışam, Beyləqan bazarına çıxın orada pulu verim. Lakin telefonu həmin vaxt söndürdü. Cavabdeh dəfələrlə tələb etsə də onun pulunu qaytarmır. Bundan sonra Polisə müraciət etmişdir. Heç bir nəticəsi olmadı. Bir neçə neçə dəfə Bərdəyə və bir neçə dəfə İmişli bazarına, sonra kəndlərə gedərək soraqlayıb tapmaq istədi, lakin onu tapa bilmədi. Onu axtarmaq üçün tanış taksi və dostlarında gedərək axtarışlar aparmağına baxmayaraq heç bir nəticə olmadı. Cavabdeh 1 baş yanı balalı inək üçün verdiyi 3300 manatın, əldən çıxmış gəlirə və məhkəmə xərcləri və gediş-gəliş üçün çəkilmiş əlavə xərclər üçün 600 manatın , dövlət rüsumu kimi ödənilmiş 60 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirirək, təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında üzürlü səbəblərdən iştirak etməmələri barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qisimində dindirilmiş X3 bildirdi ki, İddiaçıla kirvədirlər. Asif mal bazarında Ziyad adlı şəxsdən bir baş yanı balalı inək almışdır. Lakin inək normal süd vermədiyindən X8ytardı. Ziyad inəyin pulun qaytarmağa söz versə də, pulu qaytarmamışdır. Əvvəlki məhkəmə iclasında şahid qisimində dindirilmiş X1 bildirdi ki, İddiaçıla dostudurlar. Asif mal bazarında Ziyad adlı şəxsdən bir baş yanı balalı inək almışdır. Lakin inək normal süd vermədiyindən X8ytardı. Ziyad inəyin pulun qaytarmağa söz versə də, pulu qaytarmamışdır. Məhkəmə iddiaçının və şahidlərin ifadələrin yoxlayıb, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İş materiallarında olan AZE seriyalı, 00****** kodlu şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. Beyləqan rayonu, Türklər qəsəbəsində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Beyləqan rayon,İcra Hakimiyyətinin Başçısının Türklər qəsəbəsi İnzibati ərazi dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli, 103 nömrəli arayışdan görünür ki, Xəlilov X4 rayon, Türklər qəsəbəsində yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1997-ci il tarixdə anadan olmuşdur. Bərdə rayon Kələntərli kəndində yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarxili, ********* nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 61 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Beyləqan Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 35/67/2-X-2348 nömrəli müraciətdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığı üçün müraciətinə baxılması mümkün olmamış və müraciətlə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 1 baş yanı balalı inək üçün verdiyi 3300 manatın əldən çıxmış gəlirə və məhkəmə xərcləri və gediş-gəliş üçün çəkilmiş əlavə xərclər üçün 600 manatın dövlət rüsumu kimi ödənilmiş 60 ödənilməsinə dair qətnamə çıxrılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə hesab edir ki, hazırki yaranmış borc məbləği tərəflər arasında aparılmış alqı-satqı, xüsusilə heyvan alqı-satqı müqaviləsinin bağlanması nəticəsində meydana gəlmişdir. Şahidlərin ifadələrindən məlum olur ki, iddiaçı cavabdehdən bir baş yanı balalı sağmal inəyi alıb gətirmiş, daha sonra inək normal süd vermədiyindən iddiaçı inəyi balası ilə birlikdə geri qaytarmış, lakin sonradan cavabdeh inəyə görə iddiaçıya verdiyi 3300 manat pulu geri qaytarmamışdır. Məhkəmə hesab edir ki, şahid ifadələrinə əsasən iddiaçının iddia tələbi qismən, yəni inəyə verilən 3300 manat pulun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi əldən çıxmış gəlirə və məhkəmə xərcləri və gediş-gəliş üçün çəkilmiş əlavə xərclər üçün 600 manatın tutulması hissəsində təmin edilməməlidir. Belə ki, həmin hissə ilə bağlı şahid ifadələri və digər mötəbər sübutlar iş materiallarında mövcud deyil və məhkəmə iclasında sübut edilməmişdir. MPM-in 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın təmin edilən hissəsinə münasib olaraq ödənilmiş 61 manat dövlət rüsumunun 56 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, geri qalan 5 manat hissə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1 baş yanı balalı inək üçün verdiyi 3300 manat pul və 56 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-1684/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1684/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver