Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1686/2024 18.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə dair mülki işə 18 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22300 (iyirmi iki min üç yüz) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçınun iddia tələbi onunla əsaslandırılmışdır ki, atası X1 xüsusi mülkiyyətində ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 295.9 kv.m olan fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinə xx.xx.2011-ci il tarixli, MA ******* saylı çıxarış verilmişdir. Atası xx.xx.2017-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra cavabdehlə birgə mirası faktiki qəbul etmişlər və o evdə ailəsi ilə birlikdə yaşamışdır. Digər vərəsələrin öz evləri olduğuna görə mirası qəbul etməmişlər. Miras qalan evin bərpası və təmiri üçün bütün xərcləri o çəkmişdir (fotoşəkillər əlavə olunur). Himayəsində İ qrup əlil övladı var, özü isə İİİ qrup əlildir. Mərhum atası X3 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 295.9 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə ona 2/12 hissədə miras payı verilmişdir. Ən çox pay isə cavabdehə verilmişdir. Lakin, o həmin fərdi yaşayış evinin bərpasına və təmirinə 22300 (iyirmi iki min üç yüz) manat xərc çəkmişdir. Ona görə də cavabdeh onun çəkdiyi həmin xərci ona geri qaytarmalıdır. Hesab edir ki, onun sözügedən fərdi yaşayış evinin bərpasına və təmirinə xərclədiyi 22300 (iyirmi iki min üç yüz) manat pul vəsaiti məhkəmə qaydasında cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili X2 isə ərizə göndərərək işin baxılmasının başqa vaxta təxirə alınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və vəkilinin məhkəmə iclasına gəlməməsi məhkəməni yubatmaq məqsədi daşıdığından məhkəmə işə iddiaçının və vəkilinin iştrakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi döngə 2, ev 2-də qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 13 mart 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1952-ci ildə Bərdə rayonu Güloğlular kəndində anadan olmuşdur, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi məhəllə 1, ev 2də qeydiyyatdadır. “Qanun üzrə vərəsəlik haqqında” 28 fevral 2024-cü il tarixli şəhadətnamədən görünür ki, X1 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan oğlu İddiaçı miras əmlakdan 2/12 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: -ƏMDK-nin yanında DƏDRX-nin Bərdə ərazi idarəsi tərəfindən xx.xx.2011-ci tarixdə X3 verilmiş **********19-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 295.9 kv/m, yaşayış sahəsi 140.6 kv/m, yardımçı sahəsi 155.3 kv/m, 5 otaqlı olan fərdi yaşayış evindən və -ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə X3 verilmiş **********19-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsindən ibarətdir. -Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024cü il tarixli qeydiyyat nömrəsi **********TY33303 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Qeyd: Əmlakın 1/2 hissəsinə ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Miras payın 4/12 hissəsinə vərəsəlik şəhadətnaməsi verilmişdir. 19 mart 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 157 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, İddiaçı atası X4 xx.xx.2017-ci ildə ölmüşdür. Sonuncunun ölümündən sonra ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 295.9 kv/m, yaşayış sahəsi 140.6 kv/m, yardımçı sahəsi 155.3 kv/m, 5 otaqlı olan fərdi yaşayış evi və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsi miras qalmışdır. Həmin miras əmlaklara görə iddiaçıya 28 fevral 2024-cü ildə “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamə verilmiş və əmlaklara 4/12 hissə payı müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində atasından miras qalmış fərdi yaşayış evində yaşadığını, miras qalan evin bərpası və təmiri üçün bütün xərcləri o çəkdiyini qeyd etsə də bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bundan başqa miras əmlaka iddiaçının payı müəyyən edilmiş, həmin paydan istifadə etməsi üçün iddiaçıya hər hansı qaydada maneçilik törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 157 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 157 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 157 (bir yüz əlli yeddi) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-1686/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1686/2024
18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver