Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1694/2025 09.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dələduzluq yolu ilə ələ keçirtdiyi 1500( min beş yüz) manat pulun və ödənilmiş 35 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamənin qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun zamandır tanıyır. Hər zaman aralarında yaxşı münasibət olmuşdur Razu Ağayev uzun zamandır ondan satmış olduğu çolpaları ödəniş edərək ondan alır. 2024-cü ildə cavabdeh ondan 1500 manat dəyərində nisyə çolpa almışdır. Lakin Cavabdeh pulu olmadığından həmin pulu hissə-hissə ödəyəcəyini demişdir. O, uzun zamandır cavabdehi tanıdığı üçün Cavabdehlə razılaşmış və ona 1500 manat dəyərində çolpa vermişdir. Cavabdeh 1500 manatlıq çolpanı nisyə götürdüyü üçün öz əl yazması ilə ona olan 1500 manat borcunu hər ayın 15i 15 yanvar 2025-ci il tarixdən 100 manat ödənişlər edəcəyini yazmışdır. Həyya Cavabdeh özünə məxsus olan ABB-nin **********854860 və **********777692 saylı tam kartını ona veərərək hər ay həmin kartdan 100 manat çıxartsın .Lakin cavabdehin vermiş olduğu kartdan pul çıxaran zaman kartda pul olmadığını görmüşdür. Cavabdehlə əlaqə saxladığı zaman cavabdeh onun telefon zəngələrini açmamışdır. Cavabdehin vermiş olduğu sözdən bir neçə ay keçməsinə baxmayaraq hər dəfə pulu verməkdən imtina edərək onu yubatmışdır. Hazırda cavabdeh ona borclu olduğu 1500 manat puıu geri vermədiyi üçün məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 01 iyul 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq göstərmişdir ki, Cavabdeh bir neçə ay əvvəl ona 1500 manat borcu əvəzində 800 manat dəyərində kondinsioner vermişdir. Hazırda cavabdehin ona 700 manat borcu vardır. Daha sonra iddiaçı bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı 1500 manat dəyərində nisyə çolpa almışdır. İddiaçıya borclu olduğu məbləğin əvəzində iddiaçıya 800 manat dəyərində kondinsioner vermişdir. Hazırda iddiaçıya 700 manat borcu vardır. İddia tələbinin qismən təmin edilməsini xahiş edir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, damalı vərəqdə “Mən Ağayev X1 Namik Namaz oğlundan götürdüyüm çolpalara görə 1500 manat borcum var. Namiklə razılaşaraq borcu ayda 100 manat ödəməyə razıyam. Hər ayın 15i 100 manat ödəyəcəm, ödəniş vaxtı xx.xx.2025-ci ildə başlayacaq. Yazdıxlarımı imzamla təsdiq edirəm. xx.xx.2024-cü il razinin aylıq ödənişi ilə razıyam” yazısı əks olunmuş və imza çəkilmişdir.xx.xx.2024 tarixi qeyd edilmişdir. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 16.03 1967-ci ildə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri K. Cabbarov küçəsi ev 21-də qeydiyyatdır. İş materiallarına əlavə edilmiş Bərdə rayonu İcra Hakimiyyəti Başçsının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 756 nömrəli arayəşdan görünür ki, İddiaçı Bərdə şəhəri K.Cabbarov küçəsi ev 21-də yaşayır. İş materiallarına əlavə edilmiş 04 mart 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 35 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, tərəflərin izahatlarını dinləyib, müəyyən etmişdir ki, İddiaçı özünə məxsus olan çolpanı cəmi 1500 manat hər ay 100 manat ödəmək şərti ilə Cavabdeh satmışdır. Cavabdeh aldığı malın pulunu hər ay hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürüb, bununla bağlı tərəfindən yazılı qəbz tərtib olunub, imzalanmışdır. Cavabdeh tərəfindən yaranmış borc məbləğindən 800 manat iddiaçıya ödənilib, bu, tərəflərin ifadələri və məhkəməyə təqdim olunmuş ərizə ilə təsdiq edilmişdir. Odur ki, İddiaçı qalan 700 manat borc məbləğini Cavabdeh tələb etməyə haqlıdır, həmin məbləğ cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 35 manat dövlət rüsumunun 30 manat hissəi Cavabdeh İddiaçı xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 5 manatı isddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-1694/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1694/2025
09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver