Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-17/2022 07.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(021)-17/2022 saylı və iddiaçı "xxxx" ASC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(021)-8/2022 saylı mülkü işlərə 07 aprel 2022-ci ildə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər X1 və Cavabdeh2 "xxxx" İKB ASC-nin Bərdə filialının xeyrinə 32.943.33 manat məbləğində kredit, 10.460.94 manat kreditdən istifadəyə görə faiz borcu, həmçinin 1.736.17 manat faizlərin gecikdirilməsinə görə hesablanmış dəbbə pulu, cəmi 45.140.44 manat borcun ödənilməsi, həmçinin bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat xidmət haqqı və rüsumun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ilk növbədə X4 mülkiyyətindəki ipoteka predmeti olan, Bərdə rayonu, Balaqəcər kəndində mülkiyyətdə olan 0,3048 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 64.1 kv.m. yaşayış, 82.8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi olan daşınmaz əmlakına və digər Cavabdeh2 mülkiyyətində olan Bərdə rayonu Gərənə kəndində yerləşən 1.0 ha torpaq sahəsini olan daşınmaz əmlakına yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına cavabdeh X4 "xxxx" İKB ASC-nin Bərdə filialına olan borcunun, kreditdən istifadəyə görə faizlərin, öhdəliklərin lazımi qaydada icra olunmamasına görə penyanın, vurulmuş zərərin, dövlət rüsumunun ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 45 000 manat, digər ipoteka predmeti olan torpaq sahəsinin ilkin satış qiymətinin 50 000 manat müəyyən edilməsi, ipoteka predmeti olan fərdi yaşayış evi hərracda satıldıqdan bir ay sonra X4, X2, Cavabdeh2 və X3 istifadə hüquqlarına xitam verilərək evdən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada "xxxx" İKB ASC-nin xeyrinə 2015-ci il 23 iyun tarixli kredit müqaviləsi üzrə banka 13994.83 manat məbləğində kredit, 1754.74 manat faiz borcu, 2288.16 manat cərimə borcu olmqla, ümumilikdə 18037.73 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 İbrahim oğlunun mülkiyyətindəki Bərdə rayon Gərənə kəndində yerləşən 1.0 ha torpaq sahəsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və borcun Bərdə rayonu Gərənə kəndində yerləşən 1.0 torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Bərdə rayon Gərənə kəndində yerləşən 1.0 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 oğlunun Bərdə rayon Gərənə kəndində yerləşən 1.0 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi , həmin torpaq sahəsinin boşaldılması və banka təhvil verilməsi, X7 ilə Nikoyl İKB ASC arasında bağlanmış 25 fevral 2014-cü il tarixli əsas kredit müqaviləsinin ləğv barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı aydın olmuşdur ki, hər iki işdə iştirak edən tərəflər eynidir və işin ətraflı araşdırılması, tərəflərin məhkəməyə dəfələrlə gedib gəlməsinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hər iki mülki işin bir icraatda birləşdirilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsində qeyd olunmuşdur ki, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(021)- 17/2022 saylı mülki iş hakim X6 icraatında olan iddiaçı "xxxx" ASC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(021)-8/2022 saylı mülki iş üzrə tərəflər və predmetlər eyni olduğundan həmin işlər bir yerdə birləşdirilərək hakim X6 icraatına verilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 169-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(021)-17/2022 saylı mülki iş hakim X6 icraatında olan iddiaçı "xxxx" ASC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(021)-8/2022 saylı mülki işlə birləşdirilsin. İddiaçı "xxxx" ASC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(021)-17/2022 saylı mülki iş hakim X6 icraatına verilsin.
Məhkəmə qərarları › İş №2(021)-17/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-17/2022
07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver