Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1705/2021 01.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə iddia qaldıraraq, 28.10.2019-cu il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor və paltaryuyan üçün 1748 (min yeddi yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 511 (beş yüz on bir) manat dəbbə, 22.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********46634 Samsung Galaxy A50 markalı telefon üçün 615 (altı yüz on beş) manat ödənilməmiş hissə, 183 (yüz səksən üç) manat dəbbə, 22.12.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı soyuducu üçün 537.8 (beş yüz otuz yeddi manat, səksən qəpik) manat ödənilməmiş hissə, 128.2 (yüz iyirmi səkkiz manat, iyirmi qəpik) manat dəbbə miqdarında borc, ümumilikdə, 3723 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3753 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 28.10.2019-cu il, 22.12.2019-cu il, 22.12.2019-cıı il tarixli müqaviləsinə əsasən, Samsung LED markalı televizor və paltaryuyan, İMEİ kodu **********46634 Samsung Galaxy A50 markalı telefon və HOFFMANN markalı soyuducu almış və nəticədə 3723 (üç min yeddi yüz iyirmi üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2561 (iki min beş yüz altmış bir) manat (18 ay x 142 manat + 5 manat ilkin ödəniş) Samsung LED markalı televizor və paltaryuyan üçün ümumilikdə, 2259 (iki min iki yüz əlli doqquz) olmaqla ondan, 1748 (min yeddi yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 511 (beş yüz on bir) manat dəbbə, 22.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 738 (yeddi yüz otuz səkkiz) (12 ay x 61.5 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********46634 Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 798 (yeddi yüz doxsan səkkiz) manat olmaqla ondan, 615 (altı yüz on beş) manat ödənilməmiş hissə, 183 (yüz səksən üç) manat dəbbə, 22.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 604.8 (altıyüz dörd manat, səksən qəpik) manat (18 ay x 33.6 manat + 0 manat ilkin ödəniş) HOFFMANN markalı soyuducu üçün ümumilikdə, 666 (altı yüz altmış altı) manat olmaqla ondan, 537.8 (beş yüz otuz yeddi manat, səksən qəpik) manat ödənilməmiş hissə, 128.2 (yüz iyirmi səkkiz manat, iyirmi qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1003 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru İsrafilzadə H.F məhkəməyə teleqram göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına onların iştirakları olmadan baxılmasını, iddianı müdafiə etdiklərini qeyd edərək iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımi qaydada xəbərdar edilməsi barədə Cavabdeh qeydiyyatda olduğu Bərdə şəhəri, Natəvan küçəsi ev 40-a və faktiki yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi ev 2, mənzil 78-ə məhkəmə bildirişi göndərilsə də cavabdehin ünvanda yaşamaması səbəbindən bildirişin çatdırılması mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01148959 nömrəli 22 dekabr 2019-cu il tarixli müqavilədən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən sonuncuya HOFFMANN markalı soyuducu, cəmi 604,8 manat dəyərində xidmət göstərilmiş, Cavabdeh 18 ay müddətində borcunu qaytaracağını öhdəsinə götürmüşdür. İş materiallarında olan 01012874 nömrəli 28 oktyabr 2019-cu il tarixli müqavilədən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən sonuncuya Samsung LED markalı televizor və paltaryuyan, cəmi 2259 manat dəyərində xidmət göstərilmiş, Cavabdeh 18 ay müddətində borcunu qaytaracağını öhdəsinə götürmüşdür. İş materiallarında olan 01148912 nömrəli 22 dekabr 2019-cu il tarixli müqavilədən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən sonuncuya İMEİ kodu **********46634 Samsung Galaxy A50 markalı telefon, cəmi 738 manat dəyərində xidmət göstərilmiş, Cavabdeh 12 ay müddətində borcunu qaytaracağını öhdəsinə götürmüşdür. İş materiallarında olan müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrin müəyyən olunur ki, bu əlavələrin 2-ci bəndində qeyd edilmişdir ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikdirmələraşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmdə müştəri mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarında olan 09 aprel 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh 28.10.2019-cu il tarixli müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 2561 manat olan, Samsung markalı paltaryuyan və LED markalı televizora görə 813 manat ödəmiş, 1748 manat əsas və 511 manat dəbbə borcu olmaqla cəmi 2259 manat; - 22.12.2019-cu il tarixli müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 738 manat olan, İMEİ kodu **********46634 Samsung Galaxy A50 markalı telefona görə 123 manat ödəmiş, 615 manat əsas və 183 manat dəbbə borcu olmaqla cəmi 798 manat; - 22.12.2019-cu il tarixli müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 604,8 manat olan, HOFFMANN markalı soyuducuya görə 67 manat ödəmiş, 537,8 manat əsas və 128,2 manat dəbbə borcu olmaqla cəmi 666 manat, cəmi 3723 manat borcu qalmışdır. İş materiallarında olan ********* nömrəli 12.04.2021-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, iddianın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh 28.10.2019-cu il tarixli müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 2561 manat olan, Samsung markalı paltaryuyan və LED markalı televizora görə iddiaçıya 813 manat ödəmiş, 1748 manat əsas və 511 manat dəbbə borcu olmaqla cəmi 2259 manat, 22.12.2019-cu il tarixli müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 738 manat olan, İMEİ kodu **********46634 Samsung Galaxy A50 markalı telefona görə 123 manat ödəmiş, 615 manat əsas və 183 manat dəbbə borcu olmaqla cəmi 798 manat, 22.12.2019-cu il tarixli müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 604,8 manat olan, HOFFMANN markalı soyuducuya görə 67 manat ödəmiş, 537,8 manat əsas və 128,2 manat dəbbə borcu olmaqla cəmi 666 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Samsung markalı paltaryuyan və LED markalı televizora görə 1748 manat əsas və 511 manat dəbbə borcu olmaqla cəmi 2259 manat, İMEİ kodu **********46634 Samsung Galaxy A50 markalı telefona görə 615 manat əsas və 183 manat dəbbə borcu olmaqla cəmi 798 manat, HOFFMANN markalı soyuducuya görə 537,8 manat əsas və 128,2 manat dəbbə borcu olmaqla cəmi 666 manat borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh hər üç müqavilə üzrə ödənilməmiş cəmi 3723 manat borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 441.4-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış 28.10.2019-cu il tarixli müqavilə üzrə əsas borc 1748 manat məbləğinə mütənasib olmadığından 511 manat məbləğində cərimə pulunun 11 manat məbləğinə, 22.12.2019-cu il tarixli müqavilə üzrə əsas borc 615 manat məbləğinə mütənasib olmadığından 183 manat məbləğində cərimə pulunun 13 manat məbləğinə, 22.12.2019-cu il tarixli müqavilə üzrə əsas borc 537,8 manat məbləğinə mütənasib olmadığından 128,2 manat məbləğində cərimə pulunun 8,2 manat məbləğinə azaldılması məqsədəuyğundur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh 28.10.2019-cu il tarixli müqavilə üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürdüyü 2561 manat dəyərində Samsung markalı paltaryuyan və LED markalı televizora görə 1748 manat əsas və 11 manat dəbbə borcu, 22.12.2019-cu il tarixli müqavilə üzrə götürdüyü 738 manat dəyərində İMEİ kodu **********46634 Samsung Galaxy A50 markalı telefona görə 615 manat əsas və 13 manat dəbbə borcu, 22.12.2019cu il tarixli müqavilə üzrə götürdüyü 604,8 manat dəyərində HOFFMANN markalı soyuducuya görə 537,8 manat əsas və 8,2 manat dəbbə borcu yaranması sübuta yetirildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 28.10.2019-cu il tarixli müqavilə üzrə 1748 manat əsas və 11 manat dəbbə borcu, 22.12.2019-cu il tarixli müqavilə üzrə 615 manat əsas və 13 manat dəbbə borcu, 22.12.2019-cu il tarixli müqavilə üzrə 537,8 manat əsas və 8,2 manat dəbbə borcu, cəmi 2933 (iki min doqquz yüz otuz üç) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1705/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1705/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver