Məhkəmə qərarları › İş №2(021)-1714/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1714/2024

09.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1714/2024 09.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X6 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı (iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 9000 (doqquz min) manat məbləğində dəymiş zərərin və ödənilmiş 110 (bir yüz on) manat məbləğində dövlət rüsumunun, cəmi 9110 (doqquz min bir yüz on) manat pul məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(002)-9/2023 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 69.3-cu maddəsinə əsasən Cavabdeh şübhəli şəxs kimi tutulduğu və həbsdə olduğu 03 (üç) ay 20 (iyirmi) günün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, iş üzrə zərərçəkmiş şəxslər İddiaçı və X1 dəymiş ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququnun izah edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-672/2023 saylı qərarı ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(002)-9/2023 nömrəli hökmündən təqsirləndirilən şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(002)-9/2023 nömrəli hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş İddiaçı Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən torpaq sahəsini sənədləşdirəcəyini yalandan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə iki dəfəyə ilk dəfə İddiaçı 2019-cu ilin aprel ayının ilk on günlüyündə metronun Elmlər Akademiyası stansiyası yaxınlığında 5000 manat pulunu, sonuncu dəfə 2019-cu ilin aprel ayının ilk on günlüyündə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən ev-alqı satqı ofisinin qarşısında 4000 manat alaraq zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 9000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Cavabdeh təkrarən özgənin xeyli miqdarda əmlakım etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş X1 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində torpaq sahəsi alıb sənədləşdirəcəyini yalandan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ilk dəfə Y.Mahmudzadəmim 27 aprel 2019-cu il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən ev-alqı satqı ofisinin qarşısında 5000 manatını İddiaçı vasitəsi ilə almış, ikinci dəfə 2019-cu ilin may ayının ikinci on günlüyündə Y.Mahmudzadənin ünvan 1 ünvanının qarşısında 3500 manat pulunu, daha sonra 2019-cu ilin may ayının ilk on günlüyündə zərərçəkmiş şəxs Y.Mahmudzadənin 1500 manatını İddiaçı vasitəsi ilə almış, sonuncu dəfə 18 may 2019-cu il tarixdə Qaradağ rayonu 28 May küçəsində Y.Mahmudzadənin 5000 manat pulunu alaraq zərərçəkmiş şəxs X1 ümumilikdə 15000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində istintaq zamanı əməlini etiraf etməyərək Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməməsi barədə ifadə versə də, həmin əməl işin faktiki halları ilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirmişdir. Belə ki, Cavabdeh həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı iclasında Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmədiyini bildirsə də, iş materiallarında olan ərizəsində zərərçəkmiş şəxslərə dəymiş ziyandan onların hərəsinə 500 manat ödəməsinin nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Ona görə də birinci instansiya məhkəməsi Cavabdeh ərizəsində qeyd etdiklərini qismən etiraf kimi qəbul etmişdir. Göründüyü kimi, apellyasiya baxışı zamanı məhkəmə iclasında çıxış edən zərərçəkən şəxslərin ifadəsi ilə də zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 9000 manat, zərərçəkmiş şəxs X1 ümumilikdə 15000 manat xeyli miqdarda maddi ziyan vurulmaqla Cavabdeh tərəfindən dələduzluq cinayəti törədilməsi bir daha sübuta yetirilmişdir. Göstərilənlərə əsasən Cavabdeh 9000 (doqquz min) manat məbləğində dəymiş zərər və ödənilmiş 110 (yüz on) manat dövlət rüsumunun, cəmi 9110 (doqquz min yüz on) manat pul məbləğinin alınaraq ona ödənilməsi zəruridir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərdiklərinə uyğun izahat verdi və iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək cəzaçəkmə müəssisəsindən yeni çıxmasını nəzərə alaraq məhkəmə prosesi ilə tanış olması üçün bir ay vaxt verilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin qeyd olunan teleqramını məhkəmə iclasını yubatmaq məqsədilə göndərilmiş teleqram kimi qiymətləndirərək işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İstinad olunan qanunvericilik normasında qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuşdur, Bərdə rayonu Otuzikilər kəndində qeydiyyatdadır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 1(002)- 9/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 69.3-cu maddəsinə əsasən Cavabdeh şübhəli şəxs kimi tutulduğu və həbsdə olduğu 03 (üç) ay 20 (iyirmi) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının əvvəlinin 12 noyabr 2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi, iş üzrə zərərçəkmiş şəxslər İddiaçı və X1 dəymiş ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququnun izah edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-672/2023 saylı qərarından görünür ki, məhkum edilmiş şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(002)-9/2023 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 110 (bir yüz on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki mübahisənin gerçək hallarından görünür ki, Cavabdeh dələduzluq yolu ilə iddiaçının 9000 manat məbləğində pulunu ələ keçirdiyinə görə Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, cavabdehin hüquqa zidd əməlinə görə iddiaçıya 9000 manat məbləğində ziyan dəymişdir. Cavabdeh iddiaçıya 9000 (doqquz min) manat məbləğində ziyan vurması qanuni qüvvəyə minmiş hökm ilə müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 82-ci maddəsinə görə (Sübut etməkdən azad olmaq üçün əsaslar): 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 21.2-ci maddəsinə görə, başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə hesab edir ki, cavabdehin təqsiri nəticəsində iddiaçıya 9000 (doqquz min) manat miqdarında maddi zərər dəyməsi sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İstinad olunan qanunvericilik normalarının tələbinə əsasən iddia təmin edildiyindən Cavabdeh 110 (bir yüz on) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat məbləğində maddi ziyan və 110 (bir yüz on) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9110 (doqquz min bir yüz on) manat məbləğində vəsait alınaraq İddiaçı verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar