Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-174/2021 30.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı qızının, Cavabdeh oğlunun nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı qızının cavabdehlər Cavabdeh oğluna və X9 qarşı “alqı-satqı müqaviləsinin etibarsız edilməsi və əmlak üzərinə ½ pay hüququnun tanıdılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı qızı cavabdehlər Cavabdeh oğluna və X9 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş 2013-cü il buraxılışlı “Kia Optima” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh oğlu ilə X10 arasında bağlanmış 09.05.2020-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsinə, avtomobilin real bazar dəyərinin ½ hissəsinin Cavabdeh oğlundan alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 17.11.2017-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından 17.02.2018-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə əvvəllər mehriban yaşasalar da, sonradan münasibətləri pisləşməyə başlamış və bu səbəbdən də Bərdə rayon Məhkəməsində nikahın pozulması tələbinə dair iddia qaldırmış, məhkəəmə onlara 3 ay vaxt vermişdir. Cavabdeh ilə birgə nikah dövründə olan zaman 22.000 manat dəyərində “Kia Optima” markalı , ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobil almışdırlar. Onların münasibəti pisləşməyə doğru gedən zaman 09.05.2020-ci il tarixdə cavabdeh həmin avtomobili formal bağlanmış alqı-satqı müqaviləsi əsasında guya 4000 manata tanışı X3. Həmin alqı-satqı müqaviləsi formal xarakter daşıyır. Onların arasında alqı-satqı müqaviləsi olmasına baxmayaraq həmin avtomobili Cavabdeh oğlu idarə etmişdir. Hesab edir ki, 09.05.2020-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsinə, avtomobilin real bazar dəyərinin ½ hissəsinin Cavabdeh oğlundan alınaraq ona verilməlidir. Daha sonra İddiaçı qızı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək , birgə nikah dövründə əldə edilmiş 2013-cü il buraxılışlı “Kia Optima” markalı , ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh oğlu ilə X10 arasında bağlanmış 09.05.2020-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız edilməsinə və əmlak üzərində ½ pay hüququnun tanınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X11 iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı qızı 01.03.1995-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 348 saylı 23.06.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı qızı Bərdə rayon Mollaəhmədli kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 2(021)1696/2020 saylı 25.09.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, ki, Cavabdeh ilə İddiaçı arasında 28.01.1987-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən Bərdə rayon Vəkil Bürosuna ünvanlanmış 09.06.2020-ci il tarixli , ********* saylı Məktubda qeyd olunur ki, DİN-in Baş X17 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə Cavabdeh Şükür oğlunun adına 28.01.2020-ci il tarixdə “Kia Optima” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, 09.05.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanı dəyişdirilmədən Bərdə şəhəri B.Hacıyev küçəsi ev 102 ünvanında qeydiyyatda olan 26.03.1993-cü il təvəllüdlü X7 adına rəsmiləşdirilmişdir. Mülki işə əlavə edilmiş 24.08.2020-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsindən görünür ki, Cavabdeh Şükür oğlu tərəfindən buraxılış ili 2012-cİ il olan “HYUNDİA ELANTRA” markalı, ** KV *** dövlət qeydiyyat nişanlı, Ban nömrəsi KMHDH41EBCU440484 olan minik avtomobili X1. Mülki işə əlavə edilmiş 09.05.2020-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı Müqaviləsindən görünür ki, Cavabdeh Şükür oğlu tərəfindən buraxılış ili 2013-cü il olan “Kia Optima” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı, Ban nömrəsi KNAGN419BE5458848 olan minik avtomobili X2. Mülki işə əlavə edilmiş AD № 698542 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2013-cü il olan “Kia Optima” minik markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı, Ban nömrəsi KNAGN419BE5458848 olan minik avtomobilin sahibi Cavabdehdur. Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş ƏQ-146/2021 sayli, 10.03.2021-ci il tarixli Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Mütəxəssis Rəyindən görünür ki, “KİA” markalı “Optima” modelli, ** GJ *** dövlət qeydiyyat nişanlı, qara rəngli, 2013-cü il buraxılışlı, Ban nömrəsi KNAGN419BE5458848, sedan tipli, minik avtomobilinin 10.03.2021-ci il tarixə real bazar dəyəri 12000 manat dəyərində qiymətləndirilmişdir. (Ekspertiza tədqiqatının dəyəri 250 manat təşkil etmişdir.) Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş ƏQ-151/2021 sayli, 12.03.2021-ci il tarixli Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Mütəxəssis Rəyindən görünür ki, “Hyundia” markalı “Elantra” modelli, ** KV *** dövlət qeydiyyat nişanlı, ağ rəngli, 2012-ci il buraxılışlı, KMHDH41EBCU440484 ban nömrəli, G4NBCU0535544 mühərrik nömrəli, sedan tipli, minik avtomobilinin 12.03.2021-ci il tarixə real bazar dəyəri 18000 manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı qızı ilə Cavabdeh oğlu ilə arasında ailə münasibətləri olmuş, birgə nikah dövründə Kia Optima” minik markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Sonradan həmin avtomobil X2. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bir çox qərarlarında qeyd etmişdir ki, beynəlxalq hüquqda (İnsan hüquqları haqqında ümumi Bəyannamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 9.1, 9.3 və 88-ci maddələri). Məhkəmə qeyd edir ki, tərəflərin nikahları 25.09.2020-ci il tarixdə pozulmuşdur. Nikah pozulmamışdan əvvəl, yəni 09.05.2020-ci il tarixdə sözügedən nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında Cavabdeh Şükür oğlu tərəfindən X9 satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.http://www.eqanun.az/alpidata/code/data/0/c_c_10.htm 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə sadalanan maddi hüquq normalarının işin mübahisəli hallarına tətbiq edərək qeyd edir ki, iddia təmin olunmalı alqı satqı müqaviləsi etibarsız hesab olunmaqla iddiaçının əmlak üzərində ½ pay hüququ tanınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh oğlundan alınaraq İddiaçı qızına ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı qızının cavabdehlər Cavabdeh oğluna və X9 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və əmlak üzərinə ½ pay hüququnun tanıdılması” tələbinə dair iddiası təmin olunsun. 2013-cü il buraxılışlı “Kia Optima” markalı , ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh oğlu ilə X10 arasında bağlanmış 09.05.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. İddiaçı qızının “KİA” markalı “Optima” modelli, ** GJ *** dövlət qeydiyyat nişanlı, qara rəngli, 2013-cü il buraxılışlı, Ban nömrəsi KNAGN419BE5458848, sedan tipli, minik avtomobilinin üzərində ½ pay hüququnun tanınsın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh və X8 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-174/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-174/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver