Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1742/2021 19.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı X22 oğlunun iştirakları ilə, İddiaçı X9 cavabdeh X10 qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Cəfərli Habil Aydın oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəmilov Ruslan Oktay oğlundan ona məxsus olan avtomobilidən oğurlanmış mobil telefonun və akumulyyatorun dəyəri olan 440 manat pulun alınıb ona verillməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X16 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X14 09 yanvar 2021-ci il tarixdə yaşadığı Bərdə şəhəri Meşəçilik İnstitunda ona məxsus olan VAZ-21011 markalı **-BZ- *** saylı qeydiyyat nişanlı avtomobildən 1 ədəd J2 markalı 365 manat dəyərində mobil telefon və avtomobilin 75 manat dəyərində 65-lik akumlyatoru oğurlayıbdır, bununla bağlı Bərdə rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir və cavabdeh Ruslan Şəmilov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək Bərdə Rayon Məhkəməsinin 17 yanvar 2021-ci il tarixli 3(021)-93/2021 saylı inzbati xəta haqqında iş üzrə qərarı ilə barəsində 03 ay müddətinəə inzibati tənbeh tətbiq edilmişdir. Ruslan Şəmilov 3 ay müddət ərzində cəzasını çəkib, hal-hazırda azadlıqdadır. İndi isə o cavabdehdən ona məxsus olan avtomobilindən oğurladığı mobil telefonun və akumlyatorun dəyəri olan 440 manatı tələb etdikdə verməkdən imtina edir. Dəfələrlə Ruslan Şəmilovdan ona ödəməli olduğu 440 manat pulu istəməyinə bamayaraq hər səfərində onu yubadaraq verməkdən imtina edir. O, da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh ona qarşı oğurluq etmişdir, o, zərərçəkmiş şəxsdir, odur ki, cavabdeh X4 440 mmanat pulun alınıb ona verilməsinə dair məhkəmə qətnaməsinə ehtyacı var. Məhkəmə iclasında iddiaçı Cəfərli Habil Aydın oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh X10 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Şəmilov Ruslan Oktay oğlunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE 14469027 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəfərli Habil Aydın oğlu 24 mart 1998-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburii köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bərdə rayon bölməsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1076 nömrəli, 22 aprel 2021-ci il tarixli arayışdan görünür ki, X17 Kəlbəcər rayonundan məcburi köçkün ollmaqla Bərdə rayonu, Meşəçilik İnstitunda yaşayır. Mülki işə əlavə edilmiş AA 343324 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki Cəfərli Habil Aaydın oğlu Kəlbəcər rayonundan məcburi köçkündür. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 3(021)-93/2020 saylı, 17 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən olunur ki, X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli biliinərək, barəssində üç ay müddətində inzibati tənbeh-həbs tətbiq edilməsi, inzibati həbs haqqında qərarın dərhal icra edilməsi, inzibati həbsdə saxlanılmanını əvvəli 16 yanvar 2021-ci il tarixdən, saat 20.00-dan hesablanması, X6 Azərbayycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılması qərara alınmışdır. Beləliklə, iddiaçı X7 cavabdeh X10 qarşı 440 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X4 iddiaçı Cəfərli abil Ayydın oğlunun xeyrinə 440 manat məbləğində pul tutulmalıdır. Belə ki, cavabdehin əməli mülki iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 3(021)- 93/2020 saylı,17 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlar-dan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh X4 440 (dörd yüz qırx) manat alınaraq iddiaçı X12 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-1742/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1742/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver