Məhkəmə qərarları › İş №2(021)-1748/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1748/2021

02.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1748/2021 02.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı X2 iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı “ziyan” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilinə vurmuş olduğu 106 manat maddi ziyanın alınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı X6 iddia tələbini onunla əsaslandırmışdır ki, onun Bərdə şəhəri, Nizami küçəsi ev 116, mənzil 30 ünvanında xüsusi mükiyyətində mənzili var. Həmin mənzil 19 avqust 2010-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reystirindən Seriya MA ******* saylı Çıxarışda verilmişdir. Hazırkı iş üzrə cavabdeh qonşusu Cavabdeh yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Cavabdeh binanın yuxarısına qanunsuz olaraq su çəni qoydurub və cavabdeh həmin su çənini vaxtlıvaxtında söndürmədiyi üçün su çənindən axan su onun evinə axır. Su çənindən axan su evinin tavanını və divarlarını məhv edir, evdə nəmişlik iyindən dayanmaq qeyri mümkündür. Cavabdehin etdiyi hərəkət nəticəsində onun evinə ümumilikdə 106 manat ziyan dəyibdir. Mənzil Təmir İstismar sahəsinin 22 aprel 2021-ci il tarixli arayışından görünür ki, cavabdehin etdiyi hərəkət nəticəsində onun mənzilinə ziyan dəymişdir. Arayışda qeyd olunan digər şəxs X7 da qanunsuz olaraq binanın yuxarısına su çəni qoymuşdur. Lakin onlar Zəhra Rüstəmova ilə öz aralarında razılığa gəlmişər, Cavabdeh isə qanunsuz qoymuş olduğu su çəninin sökülməsi və yaxud həmin çəndən düzgün istifadə etməsini, onun mənzilinə dəymiş olan 106 manat ziyanın verilməsini tələb etməsinə baxmayaraq verməkdən imtina edir. Cavabdeh ona bildirir ki, get hara şikayət edirsən et. Cavabdehin bu hərəkətindən artıq cana doymuşdur. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam rayonu, Qiyaslı kəndində anadan olmaqla, həmin ünvanda qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Qaçqınlar və X5 üzrə Dövlət Komitəsinin Bərdə rayon bölməsi tərəfindən verilmiş 108 saylı, 23 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Rəsu oğlu Ağdam rayonundan köçkün olmaqla, Bərdə şəhəri, H.Əliyev prospekti 116 saylı ünvanda müvəqqəti məskunlaşıb. Mülki işə əlavə edilmiş Seriya MA ******* nömrəli X1 surətindən müyyən olunur ki, Bərdə şəhəri, Nizami küçəsi ev 116, 30 saylı ünvanda yerləşən mənzil İddiaçı Rəsu oğlunun mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Bərdə Mənzil Təmir istismar sahəsi tərəfindən verilmiş 196 nömrəli, 22 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, həqiqətən Bərdə şəhəri, H.Əliyev prospekti 116 saylı, 5 mərtəbəli yaşayış binasının 30 saylı mənzilinin sahibi İddiaçı mənzilinə 28 saylı mənzilin sahibi X3 və 33 saylı mənzilin sahibi Cavabdeh qanunsuz olaraq binanın damına qoyduqları su çənindən axıdılmaış su nəticəsində ümumilikdə 106 manat dəyərində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1098.2-ci maddəsinə müvafiq olaraq, əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 21.1-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakınm zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilinə həmin mənzilin üstündə yerləşən, cavabdehə məxsus su çənindən suyun su axıtma nəticəsində maddi zərər vurulması iş materialları və Bərdə Mənzil Təmir istismar sahəsi tərəfindən verilmiş 196 nömrəli, 22 aprel 2021-ci il tarixli arayış ilə təsdiq olunduğundan, su axıdılmasının nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulmasına dair iddiaçının tələbi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, dəymiş zərərin əvəzi olaraq 106 manat məbləğində pul Cavabdeh tutularaq Cəmilov Məhəbbət Rəsul oğluna ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 106 (yüz altı) manat alınaraq iddiaçı Cəmilov Məhəbbət Rəsul oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar