Məhkəmə qərarları › İş №2(021)-1748/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1748/2024

06.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1748/2024 06.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması və onun cavabdehin aylıq qazancından hissə olaraq müəyyən edilməsi” tələbinə dair mülki işə 06 iun 2024-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(017)-1495/2013 nömrəli qətnaməsinin, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-537/2021-ci il tarixli qətnaməsinin dəyişdirilməsinə, alimentin artıılmasına, yəni xx.xx.2012-ci il təvəllüdlü qızı Zəhranın və xx.xx.2017-ci il təvəllüdlü qızı Zeynəbin, xx.xx.2024-cü il təvəllüdlü qızı Mələyin saxlanması ücün Cavabdeh bütün qazancının ½ hissəsi hesabına alimentin tutularaq onun xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə həyatı qurmuşlar, nikahları xx.xx.2011-ci ildə rəsmən qeydiyyata alınmış, birgə yaşayış dövründə xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X10, xx.xx.2024-cü il təvəllüdlü X11 adlı övladları olmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban yaşasalar da sonradan ailə münasibətləri pozulmuş, Ağcəbədi rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Ağcəbədi rayon məhkəməsinin 2(017)- 1495/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən isə xx.xx.2012-ci il təvəllüdlü qızı Zəhranın saxlanılması üçün 30 manat, Cavabdeh alimentin tutularaq onun xeyrimə verilməsi qətt edilmişdir. Bir neçə il sonra həyat yoldaşı Cabirlə barışmış, xx.xx.2017-ci il təvəllüdlü Zeynəb adlı övladları doğulmuş, ailə həyatları uzun sürməmiş, ayrılmışlar. Bərdə rayon Məhkəməsinin 2(021 )-537/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən qızı Zeynəbin saxlanılması üçün Cavabdeh hər ay bir uşağın saxlanması üçün qazancının 1/4 hissəsi məbləğində alimentin tutularaq onun xeyrinə verilməsi qətt edilmişdir. Sonradan ailə münasibətləri bərpa olunmuş, xx.xx.2024-cü ildə isə 3-cü övladı Mələk doğulmuş, xeyli vaxdır ki, ayrılmışlar. Odur ki, 3-cü övladı Mələyin saxlanılması üçün də aliment tələb edirəm. Məlumat üçün bildirir ki,Cavabdeh 2-ci qrup əlilliyə görə pensiya alır.Hər üç övladı onun himayəsində yaşayır.Uşaqları saxlamaqda maddi çətinlik çəkirəm. Artıq onlar böyümüş, onların geyiminə, dərs ləvazimatına, yeməyinə kifayət qədər vəsait lazım olur ki, buna da onun maddi imkanım çatmır. Odur ki, Ağcəbədi rayon məhkəməsinin 2(017)- 1495/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinin,Bərdə rayon Məhkəməsinin 2(021 )- 537/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilməsinə, alimentin artırılmasına, yəni xx.xx.2012-ci il il təvəllüdlü qızı Zəhranın,xx.xx.2017-ci il təvəllüdlü qızı Zeynəbin, xx.xx.2024-cü il təvəllüdlü qızı Mələyin saxlanılması üçün Cavabdeh bütün qazancının 1/2 hissəsi hesabına alimentin tutularaq onun xeyrimə verilməsinə dair məhkəmə aktına ehtiyacı var. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərdi ki, iddianı qismən qəbul edirəm, belə ki, aliment ödənişini ¼ hissədə ödəyə bilər. Əmək haqqının ¼ hissəsinin tutulmasına, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1989-cu ildə Ağam rayonu Göytəpə kəndində anadan olmuşdur, Ağdam rayonu Göytəpə kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli 55 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Yenidaşkənd kəndində yaşayır. Ağcabədi Rayon Məhkəməsinin 24 dekabr 2023-cü il tarixli 2(017)-1495/2013 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, 29 iyun 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay 30 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 19 iyun 2013-cü il tarixli 2(017)-590/2013 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Ağcabədi rayonunun Qaraxanlı kənd icra nümayəndəliyi tərəfindən 25 fevral 2011-ci il tarixli nikahın bağlanması haqqında 03 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(021)-537/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, 12 mart 2017-ci il tarixdə doğulmuş X10 İddiaçı himayəsində saxlanılmış. 12 mart 2017-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə qət edilmişdir. Ağcabədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 dekabr 2013-cü il tarixli AZ- İ 158897 saylı Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah 98 nömrəli qeydi ilə pozulmuşdur. İddiaçı Hüseynova soyadı verilmişdir. Ağcabədi Rayon Qazaxlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş 25 iyul 2012-ci il tarixli AZ-İİ 893600 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 29 iyun 2012-ci ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Cavabdeh, “ana” qrafasında anası kimi İddiaçı qeyd edilmişdir. X21 Xidmət mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 aprel 2017-ci il tarixli AZ-İV 929129 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 12 mart 2017-cı ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Cavabdeh, “ana” qrafasında anası kimi İddiaçı qeyd edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli AZ-İV 929666 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 30 yanvar 2021-cı ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Cavabdeh, “ana” qrafasında anası kimi İddiaçı qeyd edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli AZ-İ 464695 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı doğulmuş X8 atasa hesab edilmişdir. 04 aprel 2024-cü il tarixli MŞB/MT039-2024-00192 nömrəli barışıq sazişindən görünür ki, birinci tərəf (İddiaçı) bildirdi ki, ikinci tərəfilə (Cavabdeh) rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 25 fevral 2011-ci il tarixdə Ağcabədi rayon Qaraxan kənd icra nümayəndəliyi tərəfindən №495-ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 29 iyun 2012-ci il təvəllüdlü X7, 12 mart 2017-ci il təvəllüdlü X10 və 30 yanvar 2024-cü il təvəllüdlü X11 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf, ikinci tərəfdən ayrılmış və Ağcabədi rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(017)-1495/2013 saylı qətnaməsi ilə aralarında bağlanmış 25 fevral 2011-ci il tarixdə Ağcabədi rayon Qaraxanh kənd icra nümayəndəliyi tərəfindən №495-li nikah pozulmuş, birgə nikahlarından olan 29 iyun 2012-ci il təvəllüdlü X7 birinci tərəfin himayəsində saxlanılmış və uşağın saxlanılması üçün hər ay 30 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. Tərəflər sonradan barışaraq birlikdə yaşamış və 12 mart2017-ci il təvəllüdlü X10 adlı övladları doğulmuş və ikinci tərəf xx.xx.2017-ci il tarixdə X21 Xidmət mərkəzinin Qeydiyyat Şöbəsində 159 nömrə ilə "Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə" verimişdir. Bərdə rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-537/2021 saylı qətnaməsi ilə hər ay qazancının və digər gəlirlərinin % hissəsi birinci tərəfin xeyrinə qət edilmişdir. Tərəflərin birgə nikahından 30 Yanvar 2024-cü il təvəllüdlü X11 adlı övladları dünyaya gəlmiş və ikinci tərəf könüllü olaraq övladına xx.xx.2024-cü il tarixdə Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən 21 nömrəli "Atalığın müəyyən olunması haqqında şəhadətnamə" verərək atalıq vermişdir. Birinci tərəf mediasiyaya müraciət edərək bildirdi ki, ikinci tərəf ilə birgə nikahlarından olan 12 mart 2017-ci il təvəllüdlü X4 Bərdə rayon məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(021)-537/2021 saylı qətnaməsi ilə qət edilmiş alimentin dəyişdirilərək hər ay 30 manat sabit pul məbləğinə keçirilməsi və 30 Yanvar 2024-cü il təvəllüdlü X5 onun himayəsinə verilməsini və uşağın saxlanılması üçün hər ay 30 manat sabit pul məbləğində alimentin təyin olunması ümumilikdə cəmi 60 manat sabit pul məbləğində alimentin onun xeyrinə ödənilməsi tələbi ilə təklif vermişdir. İkinci tərəf Mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildirmişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, Birinci tərəfilə birgə nikahlarından olan 12 mart 2017-ci il təvəllüdlü X1 üçün Bərdə rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-537/2021 saylı qətnaməsi ilə qət edilmiş alimentin dəyişdirilərək hər ay 30 manat sabit pul məbləğinə keçirilməsinə heç bir etirazı olmadığını və 30 Yanvar 2024- cü il təvəllüdlü X2 üçün hər ay 30 manat sabit pul məbləğində alimentin ümumilikdə cəmi 60 manat sabit pul məbləğində alimentin birinci tərəfin xeyrinə ödənilməsi təklifi ilə tam razılaşır və öz öhdəsinə götürür.Tərəflər qarşılıqlı razılaşaraq 12 mart 2017-ci il təvəllüdlü X10 və 30 Yanvar 2024-cü il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün 30 manat olmaqla ümumilikdə cəmi 60 manat sabit pul məbləğində alimentin birinci tərəfin xeyrinə ödənilməsinə tam razılaşırlar və 30 Yanvar 2024-cü il təvəllüdlü X5 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmadığını bildirdi və öz öhdəsinə götürür. Cavabdeh tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı ona qarşı alimentin artırılmasına qarşı qazancının ½ hissəsinin alimentin tutulmasına etirazı yoxdur. İddianın təmin olunmasına heç bir etirazı yoxdur. 04 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmə xidmətinə müraciət üçün 60 manat məbləğində rüsum ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. BMT-nin 12 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 75.1.-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.1 və 76.1.1. 1-ci maddələrinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə— qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” 30 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının AM-nin: 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, cavabdeh Emin Əsgərzadənin N nömrəli hərbi hissədə gizir işləməklə 820,86 manat əmək haqqı alması əsas tutulmaqla Bərdə Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2(021)-327/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək 21 aprel 2016-cı ildə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Emin Əsgərzadədən hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutularaq iddiaçı Lamiyə Rəhimovaya verilməsi qanuna və məqsədəuyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, alimentin dəyişdirilmiş məbləğdə tutulması “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmə xidmətinə müraciət üçün 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən mediasiya xidmətinə müraciət üçün ödənilmiş 60 manat məbləğində rüsum cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması və onun cavabdehin aylıq qazancından hissə olaraq müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(017)-1495/2013 nömrəli qətnaməsinin, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-537/2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2012-ci ildə anadan olmuş X3, xx.xx.2017-ci ildə anadan olmuş X4 və xx.xx.2024-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X6 hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Məhkəmə xidmətinə müraciət üçün ödənilmiş 60 (altmış) manat məbləğində rüsum Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar