Məhkəmə qərarları › İş №2(021)-175/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-175/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-175/2021 13.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X10 oğlunun iclas katibliyi, İddiaçı X8 Cəmiyyətinin nümayəndəsi X4, Cavabdeh X1 iştirakı ilə, İddiaçı X8 Cəmiyyətinin cavabdehlər Cavabdeh, X2 qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi“ tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı X8 Cəmiyyəti cavabdehlər Cavabdeh, X2 qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X8 Cəmiyyətinin nümayəndəsi X7 verdiyi iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Cavabdeh X3 məhkəmə iclasında bildirdi ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, həmçinin məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdi. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən alınmış məlumatdan görünür ki, Cavabdeh oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, ********** nömrəli VÖEN-ə malikdir. 10.11.2015-ci il tarixli, SK019-15 saylı kredit müqaviləsindən görünür ki, X8 Cəmiyyəti tərəfindən cavabdeh Ramiz oğluna 36 ay müddətinə, 6 ay güzəşt dövrü müəyyən edilməklə illik 6% olmaqla heyvandarlığın inkişafı məqsədi ilə 12000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Məhkəmə hesab edir ki, iddiaçı X8 Cəmiyyətinin cavabdehlər Cavabdeh, X2 qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi“ tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 26, 44, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı X8 Cəmiyyətinin cavabdehlər Cavabdeh, X2 qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi“ tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. . Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar