Məhkəmə qərarları › İş №2(021)-1752/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1752/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1752/2022 28.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 700 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışlar ki, Bərdə şəhəri Cavadxan küçəsində ona məxsus 0,04 ha.torpaq sahəsi vardır. Həmin torpaq sahəsində özünə yeni ev tikdirir. 2021ci ilin yay ayında yeni tikdirdiyi həmin evdə Cahid adlı ustaya təmir işləri gördürmüş, həmin vaxt Cahid özündən başqa evinin təmir edilməsi üçün oğlu Rövşəni və baldızı oğlu Vüsalı da gətirmişdir. Cahid və oğlu Rövşən onun evində döşəmə işləri görmüş, Cahid ona demişdir ki, “biz döşəməni və tavanı vurub qutardıqdan sonra Vüsal gəlib divarda üzlük və astar işləri görər”. Bundan bir neçə gün sonra Cahid Bakı şəhərinə müalicəyə getmişdir. Həmin vaxt Vüsal ona demişdir ki, “ailəmizdə heç kəs işləmir,mənim pulumu qabaqcadan ver,mən öz işimi görəcəyəm”. O, da sözünə inanıb əvvəlcədən Cavabdeh 1150 manat pul vermişdir. Vüsal onun evində cəmi 300 manatlıq iş gormüş, onun qalan pulumu mənimsəmişdir. Sonralar məlum olmuşdur ki, usta Cahid vəfat etmişdir. Bu səbəbdən evinin işləri dayanmışdır. Evinin açarı usta Cahidin ölümündən sonra onun oğlu Rövşən və Vüsalda olmuş, aldığı materialların bir hissəsi yoxa çıxmış, bu barədə Bərdə rayon polis şöbəsinə müraciət etmiş, şöbədə araşdırmalar aparılmış, oğurluq faktı sübuta yetirilməmiş,cinayət işinin başlanılması rədd edilmiş,məhkəməyə müraciət etməyim tövsiyyə edilmişdir. Bundan sonra Cavabdeh pulunu tələb etmiş, yəni verdiyi 1150 manat pulun 300 manatını təmirə çıxmış, həmin puldan Vüsalın anası 150 manat qaytarmış, 700 manat pulum isə hələ də qalmışdır. Dəfələrlə pulunu Vüsaldan tələb etsə də bir nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə iştirak edən şəxsin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2318 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə şəhər Bakı küçəsi ev 3, mənzil 16 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı ona məxsus evdə usta işləyən şəxslərin oğurluq etməsi barədə müraciəti əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı izahatı alınmış X1 göstərmişdir ki, o Tofiqənin evində usta işləmiş, Tofiqədən 1000 manat pul almış, hal-hazırda isə gördüyü iş yarımçıq qalmışdır, evindən heç vaxt oğurluq etməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı müraciətin oğurluq olunmasına dair göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, tələb mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı evinin təmiri üçün Cavabdeh 1000 manat pul vermiş, cavabdeh iddiaçının evində 300 manatlıq təmir işləri görmüş, qalan 700 manat pulun 150 manatını Cavabdeh anası iddiaçıya qaytarmış, cavabdehin İddiaçı 550 manat borcu qalmışdır. O, borcunu bu günə qədər geri qaytarmamışdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində cavabdehə 1150 manat pul verdiyini və cavabdehin ona 700 manat borcu olduğunu əsaslandırsa da, yuxarıda göstərilənlər və Bərdə rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarını nəzərə alınmaqla, Cavabdeh 550 manat alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Bərdə rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış X1 göstərmişdir ki, o Tofiqənin evində usta işləmiş, Tofiqədən 1000 manat pul almış, halhazırda isə gördüyü iş yarımçıq qalmışdır. İddiaçı isə iddia ərizəsində qeyd etmişdir ki, cavabeh Alişov Vüsal onun evində 300 manatlıq iş görmüş, 150 manat pulu cavabdehin anası qaytarmışdır (1000-300-150=550) Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla, Cavabdeh 550 (beş yüz əlli) manat alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 550 (beş yüz əlli) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar