Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1760/2022 03.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı əmlakına (maddi qiymətlərlə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 10852 AZN, mediasiya xərci üçün ödənilmiş 50 (əlli) AZN, dövlət rüsumuna görə ödənilmiş 30 AZN və 73 AZN məbləğin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlannmış 21 avqust 2018-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X11 haqqında müqavilə imzalanmışdır. 25 sentyabr 2-18-ci il tarixli 424 K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X11” haqqında müqavilə imzalanmışdır. 28 iyun 2019-cu il tarixli 269-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 05 mart 2019-cu il tarixində İddiaçı MMC-nin OBA NZS 6 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 05 mart 2019-cu il tarixində “İnvertarizasiya Nəticələrinə” dair Aktla əsasən yekun ziyan məbləği 12147 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmamazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq dövriyyə güzəşti (0,5%) tətbi edildikdə qalıq kənarlaşma məbləği birinci əskikgəlməyə görə 10852 (12147-258808*0,5%) manat, yəni ümumilikdə 10852 manat qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 10852 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddianı müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx xxxxxx 1998-ci ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh ərizəsinin surətindən müəyyən olunur ki, X7 satıcı kassir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiaallarında olan 21 avqust 2017-ci il tarixli 368-K saylı əmrdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh X7 21 avqust 2017-ci il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə Satıcı-Kassir vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı ştat cədvəlinə əsasən 153 manat olmaqla ödənilmişdir. İş materiallarında olan 21 avqust 2017-ci il tarixli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, həmin müqavilə Cavabdeh ilə Oba Market MMC arasında bağlanmışdır və həmin müqaviləyə əsasən Cavabdeh Satıcı-Kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 21 avqust 2017-ci il tarixli X11 haqqında müqavilənin surətindən müəyyən olunur ki, həmin müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmışdır. İş materiaallarında olan 25 sentyabr 2018-ci il tarixli 424-K saylı əmrdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh X7 25 sentyabr 2018-ci il tarixdən administrator vəzifəsinə keçirilmiş, əmək haqqı ştat cədvəlinə əsasən 175 manat olmaqla ödənilmişdir. İş materiallarında olan 25 sentyabr 2018-ci il tarixli əmək müqaviləsinin surətindən müəyyən olunur ki, həmin müqavilə Cavabdeh ilə Oba Market MMC arasında bağlanmışdır və həmin müqaviləyə əsasən Əsgərov X2 vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh ərizəsinin surətindən müəyyən olunur ki, OBA X1 vəzifəsinə keçirilməsinə etiraz etməmişdir. İş materiallarında olan 25 sentyabr 2018-ci il tarixli X11 haqqında müqavilənin surətindən müəyyən olunur ki, həmin müqavilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmışdır. İş materiallarında olan 28 iyun 2019-cu il tarixli 269-K saylı Əmrdən Çıxarışdan müəyyən olunur ki, Cavabdeh ilə əmək müqaviləsinə 28 iyun 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi) ilə xitam verilməsi, son haqq hesab: istifadə edilməmiş 32.98 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi göstərilmişdir. İş materiallarında olan Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən müəəyyən olunur ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə 269-K, 28 iyun 2019-cu il tarixli əmrlə xitam verilmişdir. İş materiallarında olan 28 yanvar 2021-ci il tarixli xəbərdarlığın surətindən müəyyən olunur ki, Cavabdeh 10852.90 manat qalıq borcunu 7 gün müddətində ödənilməsi təmin etməsi, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçirilməsi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan 08 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, 05 mart 2019-cu il tarixdə X6 ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 12147 AZN çatışmamazlıq müəyyən edilmişdir, çatışmamazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 258808 AZN dövriyyəsinə uyğun olaraq dövriyyə güzəşti 0.5% (12147- 258808*0.5%) AZN qalmışdır. Beləliklə Cavabdeh 08 aprel 2021-ci il tarixinə, İddiaçı MMC-nə olan ümumi borcu 10852 AZN təşkil edir. İş materiallarında olan mediasiya şurasının arayışından müəyyən olunur ki, tərəflər arasında razılıq əldə olunmamışdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat və 73 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh kassir-satıcı vəzifəsinə təyin edilmişdir. Daha sonra administrator vəzifəsinə keçirilmişdir. Cavabdeh işə təyin edilərkən vəzifə təlimatları ilə tanış olmuşdur. Həmçinin X11 haqqında müqavilə bağlanılmışdır. Cavabdehin cəmiyyətə 10852 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həçmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinə görə tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü maddəsinin görə ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 202-ci maddəsinin görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər iddia tələbi təmin olunmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə mediasiya xərci üçün ödənilmiş 50 (əlli) AZN, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) AZN və 73 (yetmiş üç) AZN Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı MMC- nin Cavabdeh qarşı “maddi zərər” tələbinə dair iddia tələbi təmin edilsin. Cavabdeh 10852 (on min səkkiz yüz əlli iki) AZN, iş üzrə mediasiya xərci üçün ödənilmiş 50 (əlli) AZN, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) AZN və 73 (yetmiş üç) AZN tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-1760/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1760/2022
03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver