Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1773/2025 17.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi ziyan” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia tələbi: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat pulun və iddia ərizəsinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 35 manatın tutularaq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi: İddiaçı Cavabdeh İddiaçı qarşı “maddi ziyan” tələbinə dair qarşılıqlı iddiası ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən ona vurulmuş ziyanın 3500 manat məbləğində pul vəsaitinin ondan tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X4 2024-cü ilin aprel ayınadək heç vaxt görməmiş və tanımamışdır. Onu bacısı X8 və onun qızı Günel Cavadovanın vasitəsi ilə tanımışdır. Belə ki, 2024-cü ilinin əvvəllərindinə o, 2010-cu ildə vəfat etmiş mərhum həyat yoldaşı X7 miras qalmış Bərdə rayonu Yenidəşkənd kəndində yerləşən fərdi yaşayış evini mərhumun qanun üzrə birinci növbə vərəsəsi kimi adına rəsmiləşdirilməsini etmək istəyir, ancaq bu işi bacarmamışdır. Tələb olunan sənədləri necə torplamağı və hara müraciət etməyi bilməmişdir. Həmin vaxtı bacısı Lətafət və qızı Günel ona bildirmişdir ki, onların nikahının pozulması və aliment işlərini tanıdıqları Cavabdeh yüksək səviyyədə həll etmişdir, əgər istəsə, onunla tanış etsinlər, miras məsələsini həll etsin. Odur ki, bacısı Lətafətin və onun qızı Günelin təklifi ilə razılaşmış və onlar onu Cavabdehlə tanış etmişlər. Cavabdeh bildirmişdir ki, ona 1500 manat pul versə, məhrum həyat yoldaşından miras qalmış evin onun adına rəsmiləşdirilməsini və həmin evə dair onun adına reyestr Çıxarışı verilməsini qısa müddətdə həll edə bilər. Onun təklifi ilə razılaşmışdır. Cavabdeh onun mobil telefonuna bank kartı şəkilini çəkib göndərmiş və bildirmişdir ki, ona verəcəyi pulu həmin kartın üzərində yazılmış 5239 1517 0490 9798 hesab nömrəsinə göndərməlidir. Odur ki, həmin hesaba: xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024cü il tarixdə 200 manat pul olmaqla, cəmi 1200 manat pul köçürmüşdür. Həmin məbləğin Cavabdeh verdiyi bank kartı hesab nömrəsinə köçürmək üçün pulları hər dəfə oğlu X5 vermişdir ki, aparıb ödəmə terminalı vasitəsi ilə köşürsün. Odur ki, oğlu həmin çəbləğləri MilliÖn elektron ödəmə sistemi vasitəsi ilə Bərdə rayonundakı ödəniş terminalından 5239 1517 0490 9798 hesab nömrəsinə ödəmişdir. 2024-cü ilin may ayının son günlərindən birində Cavabdeh Güloğlular kəndinə onların yaşadıqları evə gəlib ona bildirmişdir ki, miras evin onun adına rəsmiləşdirilməsin tam həll etmişdir, qalan 300 manat da ver aparıb ödənişi edim. Odur ki, inanaraq evində Cavabdeh əlbə-əl 300 manat pul vermişdir. Lakin Cavabdeh elə həmin gündən yoxa çıxıb və onu tapa bilmir. əvvəllər mobil telefonuna etdiyi zənglərə cavab vermişdir və hər dəfə ona demişdir ki, səbrli olun, iş bir neçə günə düzələcək, yaxud demişdir ki, Bakıdadır, gələn kimi reyestr Çıxarışını alıb gətirib verəcəkdir. Daha sonra isə Cavabdeh onun mobil telefon zənglərinə ümumiyyətlə cavabd verməmişdir və mobil nömrələrini blok etmişdir. Mahmud Ayakişiyevin özünü isə heç bir yerdə tapa bilməmişdir, ordan-burdan xəbər tutmuşdur ki, Bakıdadır, ancaq ünvanı heç kim bilmir. Hətta Cavabdeh bacısını və qardaşını tapıb onlarla görüşmşdür, qardaşları Mahmudu onu alddıb 1500 manat pulunu ələ keçirdiyini onlara söyləmişdir. Onlar isə demişdir ki, Mahmudla heç bir əlaqələri yoxdur, harada yaşadığını və nə işlə məşöul olduğunu da bilmirlər, ümumiyyətlə bir qardaş kimi onunla maraqlanmırlar. O, artıq tam əmindir ki, Mahmud Atakişiev onu aldadaraq 1500 manat pulunu ələ keçirmiş və qaçıb gizlənmişdir ki, pulunu ondan tələb edə bilməsin. Odur ki, ona qarşı hazır ki, iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcburdur. Qarşılıqlı iddia ərizəsində qeyd edilən işin halları: Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia tələbini əsassız hesab edir və onun verdiyi qarşılıqlı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Belə ki, ilkin iddia ərizəsindən görünür ki, guya o, cavabdehi aldadaraq həyat yoldaşı X7 miras qalmış Bərdə rayonu Yenidəşkənd kəndində yerləşən fərdi yaşayış evini mərhumun birinci dərəcəli qanuni vərəsəsi kimi onun adına rəsmiləşdirməyə söz versə də, bu işi görə bilməmiş və ondan 1200 manat pul almışdır. İlkin iddia ərizəsində göstərilənlər tamamilə böhtan, yalan və şərdir. Ziyafətdən həmin işi görmək üçün heç bir vəsait almamışdır, əksinə bir hüquqşünas kimi ona təmənnasız hüquqi xidmətlər göstərmiş, məsləhətlər vermiş, bununla bağlı ərizələr tərtib etmiş və aidiyyatı dövlət orqanlarına göndərilməsinə köməklik etmişdir. İlkin iddiaçını təxminən 1 il 6 aydır tanıyır, o, həmişə ona hüquqi məsləhət vermiş, hər hansı problemlərinin hüquqi həlli yollarını göstərmişdir. Bu faktı o, özü də məhkəməyə təqdim etdiyi iddia ərizəsində də təsdiqləyərək qeyd etmişdir ki, həqiqətən də o, onun bacısının həmkəndlisi olaraq bacısı qızı X14 aliment məsələsinə təmənnasız kömək edərək həmin problemi onun istəyinə uyğun müsbət həllinə nail olmuşdur. Onun rəsmi qeydiyyatı Bərdə rayonu, Cəyirli kəndi olmasına baxmayaraq Bakı şəhərində yaşayır. Cavabdeh isə Bərdə rayonunun Güloğlular kəndində yaşayır. O, cavabdehlə ona köməklik edəyəcəyini bildirdikdə onu da demişdir ki, sən naraht olma mənim sənədlərimi aldıqdan sonra sənin əlavə hörmətini edəcəm. Həmin vaxt eyni zamanda ona bildirmişdir ki, o, Vəkillər Kollegiyasının üzvü deyil, sadəcə olaraq bir kəndçi kimi, bir hüquqşünas kimi ona öz köməkliyini göstərəcəkdir. Beləliklə onun bu işinin həlli üçün müəyyən hərəkətlər etməyə başlamışdır. Yəni onun lkin sənədlərini toplmağa başlamışdır. Təssüflər olsun ki, apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki, əksinə ilkin iddiaçı X17 özü onu bilə-bilə aldatmış və almaq istədiyi sənəd onun mərhum həyat yoldaşına məxsus olmuş və həmin torpaq sahəsi də hələ 2013-cü ildə X1. Göründüyü kimi onu aldadaraq atıq onun həyat yoldaşının adına olmayan tamamilə kənar bir şəxsin adına olan torpaq sahəsini öz adına rəsmiləşdirmək istəmişdir. Daha sonra o, araşdırma aparmış və bir daha müəyyən olunmuşdur ki, ilkin iddiaçının öz adına rəsmiləşdirmək istədiyi torpaq Bələdiyyəyə aid torpaq sahəsidir və ümumiyyətlə onlara heç bir aidiyyatı yoxdur. Həmin vaxt ilkin iddiaçı ona demişdir ki, əri ölməmişdən qab aq aynı X23 3000 manata fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini onlara satmışdır. Lakin sonradan bunu da o, yoxlatdırmışdır ki, həqiqətən də Şabanın adına heç bir torpaq sahəsi olmamışdır. Hətta ona demişdir ki, o, qayını Şabanı məhkəməyə verib pulunu geri tələb edəcək. O, da bildirmişdir ki, o, sənin qayınındır, bu sizin şəxsi işinizdir, mən qarışa bilmirəm. Daha sonra ona izah etmişdir ki, siz torpağı öz adınıza keçirtmək üçün dövlət rüsumu var, onu ödəməlisiniz. Beləliklə ilkin iddiaçının bütün bu yalanları ortaya çıxdıqdan sonra ona öz iradlarını bildirmişdir və onlara heç bir aidiyyatı olmayan torpaq sahəsininin onun adına rəsmiləşdirilməsinin qeyri-mümkün olduğunu da demişdir. O, Bakı şəhərində yaşayır və ilkin iddiaçının bu işlərini görmək üçün öz xüsusi mülkiyyətində olan avtonəqliyyat vasitəsi ilə təxminən bu müddət ərzində təxminən 10 dəfə Bərdə rayonuna gəlmişdir və hər dəfə də lazım olaan yanacaq xərcləri və qalma xərclərini də öz vəsaitinin hesabına ödəmişdir. Belə ki, o, hər dəfə ilkin iddiaçının işi üçün və məhz onun dəvəti ilə hər dəfə Bərdə rayonuna gedib-gələrkən ümumilikdə 200 manat xərci çıxmışdır. Göründüyü kimi ümumilikdə onun yol-nəqliyyat xərci 2000 manat (200x10)=2000) təşkil etmişdir. Bundan əlavə o, ilkin iddiaçının işi ilə əlaqədar məhz onun dəvəti ilə 2024-cü ilin sentyabr ayında Bərdə rayonundan Bakı şəhərinə gələrkən avtonəqliyyat qəzası baş vermiş və nəticədə maşınında baş vermiş nasazlıqların aradan qaldırılması üçün 1500 manat xərci çıxmışdır. Beləliklə ilkin iddiaçının ona vurduğu maddi ziyanın məbləği ümumilikdə 3500 manat təşkil edir ki, hesab edir ki, həmin vəsait ilkin iddiaçının təqsiri ucbatından yarandığından ondan tutulara ona ödənilməlidir. İlkin iddiaçı ona maddi ziyan vurmaqla yanaşı, eyni zamanda mənəvi ziyan da vurmuşdur. İddiaçı onun barəsində onu yaxından tanıyan tanışlarına və qohumlarına həqiqətə uyğun olmayan, şərəf və ləyaqətinə toxunan təhqiramiz böhtan və yalan xarakterli məlumatlar verməkdən çəkinməmişdir. Belə ki, İddiaçı onu yaxından tanıyan insanlara açıq şəkildə bildirmişdir ki, o, dələduzdur, onun aldadır və nəinki onu, başqalarını da aldadır. Bu kimi sözləri ona yaxınları, tanışları bildirdik də o, mənəvi sarsıntı keçirmişdir. Tərəflərin iştirakı və izahatları: İlk iddia üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən eilmiş qaydada məlumat verilsə də məhkəməyə gəlməmişdir. Məhkəmə işə ilk iddia üzrə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk iddia üzrə İddiaçı məhkəmənin əvvəlki iclaslarında iştirak edərək, iddianı müdafiə etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini qəbul etməyərək, izahatında göstərmişdir ki, Cavabdeh ilə bacısıgilin vasitəsi ilə tanış olmuşdur, ona bildirilmişdir ki, cavabdeh hüquqşünsadır, Bakı şəhərində işləyir, onun mərhum həyat yoldaşından miras qalmış əmlakı onun adına rəsmiləşdirə bilər. Buna görə də Cavabdehlə danışmış, həyat yoldaşı mərhum X7 Bərdə rayonu Yeni Daşkənd kəndində torpaq sahəsi qalmışdır. Bu işi görməsinin qarşılığında ona ayrı-ayrı vaxtlarda Cavabdeh verdiyi kart hesabına 1200 manat pul vəsaiti köçürmüşdür. Əlavə 300 manat pulu isə əlbəəl vermişdir. Cavabdehə heç bir sənəd verməmişdir, iş üzrə əldə edilən sənədləri Cavabdeh özü əldə etmişdir. Lakin Cavabdeh onu aldatmışdır, 1500 manat pulunu almış, lakin söz verdiyi işi yerinə yetirməmişdir, dəfələrlə telefon vasitəsi ilə zəng etmiş, onunla əlaqə yaratmağa çalışmışdır. Cavabdeh onun zənglərinə cavab verməmiş, zəng etdiyi mobil nömrələri blok etmişdir. Cavabdeh onun işini görmək üçün Bərdə rayonuna gələndə avtoqəza törətdiyi üçün ondan ziyan tələb etməsini qəbul etməmişdir. Cavabdeh sənədləri toplayandan sonra torpaq sahəsini qaynı Şabana satdıqları, mərhum həyat yoldaşının adına torpaq olmadığı müəyyən olunmuş, bundan sonra Cavabdeh torpağı qayını Şabana 3000 manata satdıqlarını demişdir. Mahmuda verdiyi pulları istəyərkən o sənədləri düzəltdiyini, tamamlanmasına az qaldığını bildirmişdir. Əvvəllər özü “Asan Xidmət Mərkəzinə” müraciə etmiş, torpağı adına sənədləşdirmək üçün ondan 5000 manat pul istəmişdirlər. Cavabdeh verdiyi 1500 manat pulu rüşvət olaraq verməmişdir. Cavabdeh ona miras torpaqla bağlı çıxarış alıb verəcəyini əminliklə dediyinə görə ona pul vermişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabadeh Cavabdeh iddianı qismən qəbul edərək, qarşılıqlı iddianı müdafiə edərək qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, göstərdi ki, İddiaçı ona həyat yoldaşından torpaq sahəsi miras qaldığını, lakin adına sənədləşdirə bilmədiyini, miras qalmış torpaqla bağlı əlində heç bir sənədi olmadığını, sənədləşmə işlərinə ona kömək etməsini bildirmişdir. Ona kömək etmək qərarına gəlmişdir. Özü Bakı şəhərində yaşayır. İddiaçı tələbi üzrə dəfələrlə Bərdə rayonuna gəlib getmişdir, aidiyyatı orqanlara müraciət etmiş, İddiaçı mərhum həyat yoldaşının adına həqiqətən torpaq sahəsi olmuş, lakin həmin torpaq sahəsi başqa şəxsə satılmışdır. Bundan sonra İddiaçı torpağı qaynına 3000 manata satdıqlarını bildirmişdir. İddiaçı ona müxtəlif vaxtlarda verdiyi müxtəlif məbləğdə pul onun gedib-gəlmə xərcləri, yol pulu olmuşdur. İddiaçı ona 1200 manat pul vermişdir, ondan 1500 manat almamışdır. İddiaçı bu işinə görə avtoqəza keçirmişdir, buna görə də ona maddi ziyan dəymişdir. Qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin verdiyi suallara cavab olaraq Cavabdeh bildirmişdir ki, ixtisasca hüquqşünas deyil və hüquqi xidmətlər göstərən heç bir təşkilatda işləmir. Hazırda işsizdir. İş materiallarına istinad: Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1974-cü ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 16 sentyabr 2002-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 fevral 2025-ci il tarixli 305 saylı arayışından görünür ki, İddiaçı Bərdə rayonu Güloğlular kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayon Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 fevral 2025-ci il tarixli 304 saylı arayışından görünür ki, Bərdə rayonu Güloğlular kənd sakini İddiaçı ailə üzvüləri X9 2022-ci il oğlu, X6 2003-cü il oğlundan ibarətdir. Mülki işə əlavə olunmuş Bərdə rayon Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 fevral 2025-ci il tarixli 298 saylı arayışından görünür ki, X3 rayonu Güloğlular kəndində yaşayır. Mülki işə əlavə olunmuş qəbzlərdən görünür ki, 5239 1517 0490 9798 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, 15.05. 2024-cü il tarixdə 200 manat pul olmaqla, cəmi 1200 manat pul köçürülmüşdür. Mülki işə əlavə olunmuş Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı mülkiyyətinə Bərdə rayonu Yenidaşkənd kəndində 0.11 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Mülki işə əlavə olunmuş Bərdə rayonu Yenidaşkənd kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 iyun 2024-cü il tarixli 196 nömrəli arayışdan görünür ki, Bərdə rayonu, Yenidaşkənd kənd sakini İddiaçı adına Yenidaşkənd kənd İcra Nümayəndəliyinin 2021-2025-ci illərd üzrə təərrüfatbaşına uçot ktabıda Yenidaşkənd kəndinə aid kitabın 531 saylı vərəqində 0.11 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Mülki işə əlavə olunmuş Torpağın mülkiyyətə verilməinə dair JN 266A Kod 61000038 olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, X10 mülkiyyətinə Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1997-ci il tarixli 205 saylı qərarına əsasən Bərdə rayonu Yenidaşkənd kəndində 0.11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə olunmuş AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqısı müqaviləsinən görünür ki, İddiaçı mülkiyyətində olan, Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən 0.11 ha həyətyanı torpaq sahəsini X2. Mülki işə əlavə olunmuş diskə tərəflərlərin iştirakı ilə baxış keçirilmiş, tərəflər arasında olan telefon danışıqları zamanı cavabadeh Cavabdeh onun avtomobili ilə yaxın tanışının avtoqəza törətdiyini bildirir. Mülki işə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 35 manat dövlət rüsumu ödəmşdir. Mülki işə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, ilk iddia üzrə cavabadeh, qarşılıqlıı iddia üzrə iddiaçı Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün 54.60 manat dövlət rüsumu ödəmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Müki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə ilk iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlar məhkəməyə ilk iddia üzrə iddiaçı tərəfindən cavabdehə 1200 manat pul vəsaitinin verildiyini təsdiq edir. Eyni zamanda cavabdeh tərəfindən pul vəsaitinin geri qaytarılması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin əsassız varlanması nəticəsində əldə edilmiş pul vəsaiti geri qaytarılmalıdır. Belə ki, tərəflər arasında olan münasibətlər formal olaraq tapşırıq müqaviləsinə bənzəsə də faktiki olaraq tapşırıq münasibətlərindən irəli gələn mübahisə deyil. Mülki Məcəllənin 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Məhkəməyə təqdim edilən sübutların dairəsində bu cür səlahiyyətin verildiyini təsdiq edən heç bir sənəd təqdim edilmədi. İlk iddia üzrə cavabdeh məhkəmə iclasında ilk iddia üzrə iddiaçı ilə onun arasında hər hansı tapşırıq müqaviləsinin bağlanmadığını, onun hüquq xidmətləri göstərmədiyini, işsiz olduğunu, ilk iddia üzrə iddiaçıya bir tanış kimi kömək göstərmək istədiyini bildirmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmadığından ilk iddiaçı tərəfindən cavabdehə ödənilmiş vəsait cavabdehin əsassız varlanması ilə nəticələnmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, 1200 manat məbləğində vəsait cavabdehin kart hesabına hissə-hissə olmaqla 2024-cü ilin mart, aprel və may aylarında köçürülmüşdür. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Qanun əsassız varlanmadan əldə edilən gəlirin məhrum olana qaytarılması üçün kəsici müddət müəyyən etmişdir. Qeyd edilən müddət isə başa çatmamışdır. Məhkəmə qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, zərər anlayışı sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Qarşılıqlı iddia üzrə iddiaçının maddi zərər, fiziki və mənəvi sarsıntı keçirməsi müəyyən olunmamışdır və eləcə də iddiaçı hətta fiziki və ya mənəvi sarsıntı keçirmiş olsa da belə, bu cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizlikləri nəticəsində baş verməsi, yəni maddi və mənəvi ziyanla qanunsuz hərəkət və ya hərəkətsizliklər arasında səbəbli əlaqənin və bunda cavabdehin təqsirinin olması müəyyən olunmamışdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş ilk iddia üzrə İddiaçı təfərindən ödənilmiş 35 dövlət rüsumunun 32 manatı ilk iddia üzrə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İlk iddia üzrə qalan 3 manat dövlət rüsumu ilk iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə ödənilmiş 54.60 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh 1200 manat pul tutularaq ilk iddia üzrə İddiaçı xeyrinə ödənilsin. İlk iddia üzrə ödənilmiş 32 manat dövlət rüsumu ilk iddia üzrə Cavabdeh alınaraq ilk iddia üzrə İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin olunmasın. İlk iddia üzrə qalan 3 manat dövlət rüsumu İddiaçı aid edilsin. İlk iddia qalan hissədə təmin olunmasın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi ziyan” tələbinə dair qarşılıqlı iddiası təmin olunmasın. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-1773/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1773/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver