Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1779/2024 04.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X14 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Bərdə rayonu Mustafaağalı kənd sakini Cavabdeh dələduzluq yolu ilə ələ keçirdiyi 6000 (altı min) manat məbləğində pulun və ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kimi qeyd etdiyi Cavabdeh onun qonşusudur. Uzun zamandır ki, ağır xəstəlikdən əziyyət çəkdiyinə görə, müalicə olunmaq üçün tez-tez Bakı şəhərinə gedib-gəlir. Ailəsinin tələbatları üçün malqara saxlayaraq gəlir əldə edir. Bakıya mütəmadi gedib-gəldiyi üçün günlərlə mal-qarasına baxmağa bir şəxs tapa bilmir. Bu səbəbdən təxminən 2023-cü ilin sentyabr ayında 18 (on səkkiz) baş xırda buynuzlu heyvanı, bunlardan ikisi qoç olmaqla qonşusu Cavabdeh oğlu X7 vermişdir. Rəşad Əsədzadə onun ağır xəstə olduğunu və tez-tez Bakı şəhərinə həkimə getdiyini bildiyi üçün onun heyvanlarına baxacağını demişdir. O da qonşusunun oğlu olduğu üçün onun sözlərinə inanmış və 18 (on səkkiz) baş xırda buynuzlu heyvanı bunlardan ikisi qoç olmaqla X5 və X1 yanında qoyunlarını Rəşad Əsədzadəyə vermişdir. Rəşad isə onun qoyunlarını öz heyvanları olan tövləyə salmışdır. Bakı şəhərində müalicə alan vaxtlarda vaxtaşırı Rəşadla əlaqə saxlamış və Rəşad ona qoyunlarında heç bir problemin olmadığını və narahat olmamasını demişdir. Hətta qoyunlarından 10 başının balaladığını və digərlərinində o gələn vaxta qədər balalayacağını demişdir. Nəhayət, yanvar ayının ortalarında eşitmişdir ki, Rəşad Bakıda keçmiş arvadını ov tüfəngi ilə güllələyib. Rəşad polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail rayon prokurorluğunda barəsində cinayət işi açılaraq həbs edilmişdir. Hazırda istintaq müddəti getdiyi üçün Rəşad Əsədzadə cəza çəkmə müəssəsisindədir. Bu hadisələrdən bir neçə gün sonra özünü rahat hiss etdiyi vaxt yaşadığı kəndə gəlmişdir. Rəşad Əsədzadənin evi onların evinin yanında olduğundan gələn kimi Rəşadın yaşadığı evə getmişdir. Rəşad həbsdə olduğu üçün evdə sadəcə atası Cavabdeh olmuşdur. Murad həyətdə olduğu üçün tövləyə yaxınlaşmış və qoyunlarının orada olmadığını görmüşdür. Muraddan qoyunlarının harada olduğunu soruşduqda sonuncu “Mən bilmirəm qoyun haradadır, get problemini Rəşadla həll et” demişdir. Halbuki, Murad onun 18 baş qoyunundan 10 başını satmışdır. Rəşadın keçmiş qayınanası X8 baxması üçün heyvan vermiş, lakin həmin heyvanlarda tövlədə olmadığı üçün Validə Firudinova ilə birlikdə Muradın qardaşı keçmiş polis işçisi olan X6 evinə getmişlər. Həmin vaxt İldırım Əsədov qardaşı Cavabdeh başa salmağa çalışaraq ona bildirmişdir ki, onun heyvanlarını qaytarıb versin. Lakin Murad qardaşının sözlərinə əhəmiyyət verməmişdir. Həmin vaxt İldırım onlara 3-4 gün möhlət vermələrini və bu işi həll edəcəyini demişdir. Lakin deyilən vaxtda onunla əlaqə saxlamış və İldırım artıq bu işin onluq olmadığını demişdir. Dəfələrlə cavabdehdən onlara verdiyi 18 baş xırda buynuzlu heyvandan satılan 10 baş qoyunun qaytarılmasını və yaxud onun dəyəri olan 6000 manat pulu tələb etsə də, verməkdən imtina imtina etmişdir. Cavabdehlər pulunu vermədikləri üçün Bərdə Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Onunla birlikdə Validə Firudinova da ərizə ilə müraciət etmiş və şikayətlərinə Bərdə RPŞ-də baxılmamış, mülki qaydada məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Bu vaxta qədər hər dəfə cavabdehdən borclu olduğu 6000 manat pulun verilməsini tələb etməsinə baxmayaraq, cavabdeh pulunu verməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, iddiaçı ondan tələb etdyi 18 baş qoyunlarını, hansı ki, onlardan ikisi damazlıq qoç olmuşdur, ona deyil, oğlu Rəşada həvalə etmiş və otarmaq üçün vermişdir. Səbəb isə iddiaçı xəstə olduğundan və Bakı şəhərində müalicə aldığından Bakı şəhərinə gedərkən, onun oğlu Rəşad Əsədzadə ilə razılaşaraq verib ona ki, müalicədən qayıdana qədər otarsın. X11 birinci nikahdan olan övladına aliment borcu yaranmış və ödəyə bilməmişdir. Keçmiş qayınanası Rəşada xırda buynuzlu heyvan alıb vermişdir ki, həm otarsın, həm təsərrüfat olaraq artırıb aliment borcunu ödəsin. Rəşad özünün qoyunlarını otardığından, qonşusu, hazırkı mülki iş üzrə İddiaçı Talib oğlu da Bakı şəhərinə müalicəyə gedərkən qoyunlarını Rəşada həvalə etmişdir. O, özü iri buynuzlu heyvan saxlayır və özü öz heyvanlarını otarmaq üçün pul müqabilində otlaq yeri alır. Oğlu Rəşad saxladığı qoyunları və iddiaçının ona həvalə etdiyi qoyunları da həmin otlaq yerində otardığından otlaq yeri tez tükənmişdir. Bu səbəbdən öz saxladıqları qoyunlardan bir başını və iddiaçının qoyunlarınin içində olan iki illik damazlıq qoçun birini sataraq heyvanların otarılması üçün otlaq (xam) sahəsi almışdır. İddiaçının digər heyvanlarının satılmasına gəldikdə isə, həmin heyvanları o deyil, oğlu Rəşad Əsədzadə satmışdır. Belə ki, oğlunun birinci arvadı Cəmilə Bakı şəhərindən kəndə gəlmiş və Rəşadla birgə yaşayaraq gəzmişdir. Birgə yaşadıqları dövrdə isə Cəmilənin anasının alıb verdiyi xırda buynuzlu heyvanlardan və eyni zamanda iddiaçının Rəşada həvalə etdiyi 18 baş heyvanlardan sataraq özləri üçün xərcləmişlər. Etiraf edir ki, iddiaçının bir qoç heyvanını satmışdır. Həmin pulu da heyvanların otarılması üçün otlaq (xam) sahəsinə vermişdir, hansı ki, həmin otlaq sahəsində iddiaçının da heyvanları otlamışdır. Özü iri buynuzlu heyvan saxlamaqla məşğul olur. İddiaçının iki illik damazlıq qoç heyvanını 330 manata satmışdır. İddiaçının digər heyvanlarını isə oğlu Rəşad satmışdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Bərdə rayonu Mustafaağalı kəndində anadan olmuşdur, Bərdə rayonu Mustafaağalı kəndində qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1963-cü ildə Bərdə rayonu Mustafaağalı kəndində anadan olmuşdur, Bərdə rayonu Mustafaağalı kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mustafaağalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli, 120 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Mustafaağalı kəndində yaşayır. Bərdə Rayon Polis X3 baş təhqiqatçısı X4 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 fevral 2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan X2 və Bərdə rayonu Mustafaağalı kəndində yaşayan İddiaçı müraciəti əsasında toplanmış və törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında HK-1-388 sırasında qeydə alınmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məktubundan görünür ki, 2023-cü ilin oktyabr-noyabr aylarında iki illik damazlıq qoçun qiyməti 400-450 manat, hazırda isə qiyməti 700-750 manat civarındadır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 80 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki mübahisənin gerçək hallarından görünür ki, iddiaçı 2023-cü ilin sentyabr ayında özünə məxsus 18 (on səkkiz) baş xırda buynuzlu heyvanlarını saxlamaq üçün cavabdehin oğlu X7 vermişdir. Sonuncu cinayət hadisəsi törətdiyinə görə həbs olunmuş, iddiaçı heyvanlara baxmaq üçün Rəşad Əsədzadənin yaşadığı evə gəlmiş, lakin heyvanların saxlanc yerində olmadığını görmüşdür. İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldırsa da, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçının qoyunlarını saxlamaq üşün ona deyil, oğlu Rəşada təhvil verdiyini, həmin heyvanlara görə məsuliyyət daşımadığını, lakin otlaq yeri almaq üçün öz heyvanları ilə yanaşı iddiaçının da bir baş iki illik damazlıq qoçunu 330 manata satdığını və həmin pula heyvanları otarmaq üçün otlaq yeri aldığını, iddiaçının heyvanlarının da həmin otlaqda otladığını bildirmişdir. Göründüyü kimi, iddiaçı 18 baş xırda buynuzlu heyvanlarını Cavabdeh deyil, cavabdehin oğlu Rəşad Əsədzadəyə etibar edərək təhvil vermiş, belə olan halda həmin heyvanların salamat vəziyyətdə qaytarılmasına görə də Rəşad Əsədzadə məsuliyyət daşımışdır. Heyvanların cavabdeh tərəfindən satılması barədə iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, cavabdeh isə həmin heyvanlardan yalnız bir baş iki illik damazlıq qoçu 330 manata satdığını və həmin pulla heyvanları otarmaq üçün otlaq sahəsi aldığını, qalan heyvanların isə oğlu Rəşad tərəfindən satıldığını bildirmişdir. Belə olan halda, iddiaçı cavabdehin oğluna verdiyi heyvanların qaytarılmasını cavabdehdən tələb edə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2-ci maddəsinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notariat) formada bağlanır. 329.3-cü maddəsinə görə, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, Cavabdeh ilə iddiaçının arasında heyvanların saxlanılması barədə razılaşma olmamışdır. Lakin cavabdeh iddiaçıya məxsus bir baş iki illik damazlıq qoçu satdığını etiraf etmişdir. Azərbaycan Respublikasının MM-nin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə görə, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus bir baş iki illik damazlıq qoçu satması onun özünün etirafı ilə təsdiq olunur. Bununla yanaşı, cavabdeh iddiaçıya məxsus bir baş iki illik damazlıq qoçun satılmasından əldə etdiyi pul vəsaitini iddiaçıya ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən cavabdeh həmin məbləğdə pulun iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Cavabdeh məhkəmə iclasında 1 baş iki illik damazlıq qoçu 330 manata satdığını bildirsə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məktubundan müəyyən olunur ki, 2023-cü ilin oktyabr-noyabr aylarında iki illik damazlıq qoçun qiyməti 400 (dörd yüz) - 450 (dörd yüz əlli) manat, hazırda isə qiyməti 700 (yeddi yüz)-750 (yeddi yüz əlli) manat civarındadır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda istinad olunan hüquq normalarının göstərişlərinə əsasən hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin qismən haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası qismən təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 730 (yeddi yüz otuz) manat məbləğində vəsait alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-1779/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1779/2024
04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver