Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bərdə rayonu İş № 2(021)-1784/2021 29.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədov, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 5-də yaşayan X2nın Bərdə rayonu, Kələntərli kəndində yaşayan borclu Borclu oğluna qarşı alimentin alınması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək M ü ə y y ə n e t d i m: X2 məhkəməyə ərizə verərək 22 may 1997-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu, Kələntərli kənd ünvanında yaşayan Borclu hər ay bir uşağın saxlanılması üçün aliment tutulub onun xeyrinə verilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Teymurov Azər Sahib oğlu ilə 2019cu il tarixdə qeyri-rəsmi ailə həyatı qurub evlənmişlər. Birgə yaşayış dövründə 17 oktyabr 2020-ci ildə X6 adlı bir uşaqları anadan olmuşdur. Onlar aralarında olan narazılıqlara görə ayrı yaşayırlar. Həmin vaxtdan uşaq onun himayəsində yaşayır. O heç bir yerdə işləmir, maddi vəziyyəti pisdir. Borclu oğlu könüllü olaraq əlavə heç bir maddi yardım və ya köməklik etmir, özü isə uşağı təkbaşına saxlamaqda çətinlik çəkir. Respublikada hər şeyin qiyməti artır və tələbat çoxalır. Borclu Sahib oğlunun maddi imkanı olduqca yaxşıdır, hər ay aliment ödəyə bilər. Borclu oğlu xx xxx 1997-ci il tarixdə ünvan 1i ünvanda yaşayır. Onun hər ay bir uşağın saxlanılması üçün aliment ödəməyə imkanı var. Təqdim edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 noyabr 2020-ci il tarixli, AZ- İV 528856 nömrəli doğum haqqında şəhadətnamənin surətindən və Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 noyabr 2020-ci il tarixli, AZ-İ 402799 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə faktiki nikahlarından 17 oktyabr 2020-ci ildə X6 adlı uşağı anadan olmuşdur. 17 oktyabr 2020-ci ildə X3 atası Borclu oğlu, anası X7r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlərdən uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Belə hesab edirəm ki, Borclu könüllü olaraq uşağına maddi yardım göstərmədiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən uşaqların saxlanılması üçün ondan aliment tutulub Rəsulova Jalə Sahib qızına verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.2 və 276.2.4-cü maddələrinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Borclu Sahib oğlunun qazancın (başqa gəlirlərin) ikidə bir hissəsi miqdarında aliment tutulub X13 qızına verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275-276, 280-282, 284-cü maddələrini rəhbər tutaraq ƏMR EDİRƏM xx xxx 1997-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu, Kələntərli kəndində yaşayan Borclu 17 oktyabr 2020-ci ildə X1 üçün X4 xeyrinə uşağın yetkinlik yaşına çatana kimi 28 aprel 2021-ci ildən başlayaraq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(021)-1784/2021
Bərdə Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(021)-1784/2021
29.04.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver