Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1785/2021 20.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X3 iclas kаtibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qаrşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdehlər Cavabdeh1 və “Günay Sığorta “ASC-dən ona məxsus “Kia Cerato” markalı, ** GD *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh1 məxsus və Cavabdeh2 ASC tərəfindən “Avtonəqliyyat vaistəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Datsun ON-DO” markalı, 99 XH051 qeydiyyat nişanlı avtomobillə vurularaq qəza törədilməsi nəticəsində vurulmuş 3936 manat, hüquqi yardıma görə ödəmiş olduğu 250 manat və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16.03.2021-ci il tarixdə günorta nahar vaxtında Bərdə şəhəri Koroğlu küçəsi ilə özünə məxsus olan “Kia Cerato” markalı, ** GD *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən tam qanuna uyğun sola dönmə işığını vuraraq qarşıdan maşın gəlmədiyinə və yolun sol tərəfinin tam boş olduğuna görə avtomobili sola döndərmiş bu an Cavabdeh1 qayda pozuntusuna yol verərək idarə etdiyi və Cavabdeh2 ASC tərəfindən “Avtonəqliyyat vaistəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Datsun ON-DO” markalı, ** XH *** qeydiyyat nişanlı avtomobillə onun avtomobilinin arxa sol tərəfdən gəldiyi sürətlə vurmuşdur. Qəza nəticəsində ona məxsus avtomobilinə xeyli miqdarda ziyan dəymişdir. Hadisə yerinə DYP əməkdaşları baxış keçirmiş yol hərəkəti qaydalarının pozulmasına dair protokol tərtib etmişlər. Hadisə yerinə və onun avtomobilinə "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və ona dəymiş ziyanın tamamilə ödəniləcəyi bildirmişlər. Avtomobilə dəymiş zyanın müəyyən edilməsi üçün ilkin qiymətləndirilmə aktı tərtib edilmişdir ki, həmin akta əsasən avtomobilinə dəymiş ziyan 3936 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları ona 1250 manat təklif etsələrdə buna etiraz edərək həmin məbləğin dəymiş zərərin 3/1 hissəsindən də az olduğunu bildirmişdir. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları ona dəymiş ziyanın tam ödəcəklərinə söz versələrdə lakin ona dəymiş ziyanı ödəməmişdir. Bu barədə ərizə ilə "xxxx" ASC-yə ərizə ilə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspertizanın rəyinə heç bir etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, onun zərəri ödəməyə imkanı yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri bаrədə məlumаt verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Bərdə rayonu Tumaslı kəndində doğulmuş, Bərdə rayonu Tumaslı kəndində qeydiyyatdadır. Bərdə rayon DYP Bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 17.03.2021-ci il tarixli, İXP3844906 nömrəli X6 Protokolun surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. AC N 592289 nömrəli X2 Şəhadətnaməsinin surətindən görünür ki, “Kia Cerato” markalı, ** GD *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1997-ci ildə Bərdə şəhərində doğulmuş, Bərdə şəhəri H.Aslanov küçəsi döngə 25 ev 16-da qeydiyyatdadır. AD N 497469 nömrəli X2 Şəhadətnaməsinin surətindən görünür ki, “Datsun ON-DO” markalı, ** XH *** qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur. İlkin Qiymətləndirmə aktının surətindən görünür ki, İddiaçı məxsus “Kia Cerato”markalı, ** GD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 3936 manat dəyərində qiymətləndirilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, İddiaçı məxsus “Kia Cerato” markalı, ** GD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1250 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan İcbari Sığorta Müqaviləsinə dair məlumatın surətindən görünür ki, Cavabdeh1 məxsus “Datsun ON-DO” markalı, ** XH *** qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 5000 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06.09.2021-ci il tarixli, 9/4721 nömrəli ekspert rəyində göstərilmişdir ki, “X4” fiziki şəxsinin 17.03.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışı “Kia Cerato”markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtonəqliyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2500 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən ona məxsus “Kia Cerato” markalı, ** GD *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh1 məxsus və Cavabdeh2 ASC tərəfindən “Avtonəqliyyat vaistəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Datsun ON-DO” markalı, ** XH *** qeydiyyat nişanlı avtomobillə vurularaq qəza törədilməsi nəticəsində vurulmuş 3936 manat, hüquqi yardıma görə ödəmiş olduğu 250 manat və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə iclasında iddiaçı idda tələbini müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. MM-in 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmçinin, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Yəni, Cavabdeh1 istənilən davranışına görə İddiaçı dəyən zərərin əvəzinin ödənilməsi üçün ilk növbədə, cavabdehin davranışı hüquqa zidd olmalı, daha sonra həmin davranışla vurulmuş zərər arasında səbəbli əlaqə olmalı, son olaraq cavabdehin həmin davranışa görə təqsiri sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Cavabdeh1 mülki hüquqi məsuliyyəti, yəni öz hüquqa zidd davranışı ilə İddiaçı zərəri təqsirli olaraq vurması iş materiallarında olan Bərdə rayon DYP Bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 17.03.2021-ci il tarixli, İXP3844906 nömrəli X6 Protokolu ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan həmin protokoldan görünür ki, Bərdə rayon DYP Bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 17.03.2021-ci il tarixli, İXP3844906 nömrəli X6 Protokolun surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06.09.2021-ci il tarixli, 9/4721 nömrəli ekspert rəyində göstərilmişdir ki, “X1” fiziki şəxsinin 17.03.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışı “Kia Cerato” markalı, **-GD- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtonəqliyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2500 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı baş vermiş avtoqəza nəticəsində 2500 manat məbləğində zərər vurması və bu əməli təqsirli olaraq törətməsi işin mübahisələndirilməyən halı kimi qiymətləndirilməlidir. Odur ki, iddiaçı cavabdehdən həmin pulun əvəzinin qaytarılmasını tələb etməkdə tam haqlı olmuşdur. Məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş pul tələbi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, iş materiallarında hüquqi yardımla bağlı pul ödənilməsinə dair heç bir mötəbər sübut yoxdur, həmçinin iddiaçının özü də məhkəmə iclasında bu halla bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Belə olan halda iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən də vurulmuş zərərlə bağlı pulun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında heçbir şifahi və ya yazılı razılaşma olmamışdır. Bundan başqa, bu növ iddiaların təmin edilməsi üçün cavabdehin davranışı hüquqa zidd olmalı və hüquqa zidd hərəkətlə vurulmuş zərər arasında əlaqə olmalıdır. Lakin, hazırki iş materialları ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiaçıya qarşı heş bir hüquqa zidd hərəkəti olmamış və ümumiyyətlə cəmiyyət iddiaçı qarşısında heç bir məsuliyyət daşımamışdır. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə rəy verilmiş və rəyə “ekspertiza xərclərinə dair bildiriş” əlavə edilmişdir. Həmin bildirişdən görünür ki, Mərkəz tərəfindən mühasibatlıq ekspertizasının aparılması ilə əlaqədar tədqiqatın dəyəri 100 manat dəyərində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan 100 manat məbləğində pul cavabdehdən tutularaq Mərkəzin hesabına ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 2500 manat ziyan və 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1 tutulаrаq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən: imza var Əsli ilə düzdür. Hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №2(021)-1785/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1785/2021
20.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver