Məhkəmə qərarları › İş №2(021)-1788/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1788/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1788/2021 23.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı Məmmədov Hüseyin Əhməd oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Yusifov Həci Qurban oğluna qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh HCavabdeh 1000 manat pulun alınıb ona verillməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bərdə rayonu, Aqrar İslahat Komissiyasının 11 may 2002-ci il tarixli 4ə-140 saylı alqı-satqı müqaviləsi ilə X12 oğluna Bərdə rayonu Qarağacı kəndində yerləşən cizgidə göstərilən sərhəd daxilində 1.33 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istyehsalı üçün verilmişdir. Həmin torpaq sahəsinə JN 0505 KOD 61014028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı da verilmişdir. O, isə həmin torpaq sahəsini 2002-ci il tarixdə Qurban Yusifovun yazdığı ərizə əsasında 1.33 ha torpaq sahəsini almışdır. Bərdə rayon Qarağacı kəndində yerləşən 1.33 ha torpaq sahəsini almaq üçün o vaxtın pulu ilə 500 (beş yüz) şirvan pul ödəmişdir. Torpaq sahəsini alan zaman ödədiyi pulun qəbzi də onda var. Həmin torpaq sahəsini aldığı müddətdən bu vaxta qədər torpaq sahəsində təmizlik işləri apararaq torpaq sahəsini kənd təsərrüfatlarının məhsulu üçün istifadə etmişdir. Hal-hazırda həmin torpaq sahəsini istifadə edir. Dəfələrlə mərhum Qurban Yusifova və ailə üzvlərinə onunla birlikdə notariat ofisinə gedərək, Bərdə rayonu Qarağacı kəndində yerləşən 1.33 ha torpaq sahəsini rəsmi olaraq onun adına sənədləşdirmələrini bildirsə də, hər səfərində bir bəhanə edərək onunla birlikdə notariat olfisinə getməkdən boyun qaçırdıblar. Bunun üçün də torpaq sahəsi rəsmi olaraq onun adına sənədləşdirilməyib. Yusifov Qurban Nadir oğlu vəfat etmişdir. İndi isə bu il 2001-ci il tarixdə mərhumun oğlu hazırkı iş üzrə cavabdeh Cavabdeh onun aldığı torpaq sahəsini ondan geri tələb edir. Bildirir ki, həmin torpaq sahəsi atasına məxsusdur. O, isə cavabdehə həmin torpaq sahəsini 500 manat pul verərək aldığını bildirsə də, heç bir nəticəsi olmamışdır və onun həmin torpaq sahəsindən çıxmağını tələb edir. Cavabdehin tanışı olan X15 oğlu Cavabdeh məcbur edir ki, ondan həmin torpaq sahəsini alsın və ona satsın. Bunun üçün də ondan cavabdehdən torpaq sahəsini almaq üçün vermiş olduğu 500 şirvan pulu, indiki pula ola 1000 manat pulu tələb edir. Çünki o neçə illərdir ki, həmin torpaq sahəsini istifadə edir. Mərhum vəfat etdikdən sonra o, həmin torpaq sahəsini istifadə etmişdir. Cavabdeh torpaq sahəsini qeyri rəsmi aldığını bildiyi üçün ondan həmin torpaq sahəsini tələb edir. Bunun üçündə məcbur olub, məhkəməyə müraciət edərək, torpaq sahəsinə vermiş olduğu pulu tələb etməli olmuşdur. Daha sonra İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barıdı ərizə verərək, cavabdeh Yusifov Həci Qurban oğlundan 5000 manat pul alınıb onda verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ziddiyyətli izahatlar verərək, gah 1000 manat pulu, gah da 5000 manat pulu alınıb verilməsini xahiş etdi. Cavabdeh Cavabdeh Qurban oğluna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Qurban oğlunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Əhməd oğlu xx xxxxxx 1953-cü ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Asan-Bərdə tərəfindən verilmiş ******* nömrəli, 30 aprel 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu, Qaaarağacı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş X7 tərəfindən Bərdə rayon Torpaq Şöbəsinə yazılmış ərizənin surətindən müəyyən olunur ki, ozünə, həyat yoldaşına və uşaqlarına məxsus olan pay torpaq sahəsini İddiaçı Əhməd oğluna satmışdır. Mülki işə əlavə edilmiş JN 0505 Kod 61014028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən müəyyən olunur ki, X5, Hüseynova Afaq Ağabala qızına, Yusifov Nicat Qurban oğluna, Cavabdeh 1.33 ha pay torpaq sahəsi verilmişdir. Beləliklə, İddiaçı Cavabdeh qarşı 5000 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı həm iddia ərizəsində, həm məhkəmə iclasında izahatında torpağı qeyri rəsmi aldğını, həmçinin həmin torpaq sahəsini alması barədə pulu cavabdehə deyil atası Qurban Yusifova verdiyini bildirmişdir. Lakin iddiaçının təqdim etdiyi “ərizədə” torpağın satın alınma qiyməti müəyyən edilməmiş, o cümlədən də ərizənin yazıldığı tarix mövcud deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Resublkasının Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlar-dan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddiaçı cavabdeh Yusifov Həci Qurban oğluna qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar