Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1793/2021 08.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı oğlunun iştirakları ilə, İddiaçı oğlunun cavabdeh Sərvəri Seymur Sabir oğluna qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Cəbi oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Sabir oğlunun "xxxx" MMC ilə 23 iyul 2015-ci il tarixli 0203-036447-01 saylı kredit müqaviləsi üzrə onunla bağlanmış 23 iyul 2015-ci il tarixli 0203-036447—01/01 saylı Zaminlik müqaviləsi əsasən onun əvəzinə ödədiyi 1785.9 manat məbləğində pulun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Cəbi oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh Sabir oğlu "xxxx" MMC ilə bağlamış olduğu 23 iyul 2015-ci il tarixli 0***-*******-01 saylı kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün cavabdehin xahişi ilə ona zamin duraraq, sözügedən təşkilatla 23 iyul 2015-ci il tarixli 0203-036447-01/01 saylı zaminlik müqaviləsi bağlamışdır. Cavabdehin səmimiliyinə inanmış, zaminlik müqaviləsi bağlayarkən hesab etmişdir ki, cavabdeh öz məsuliyyətini dərk edərək borcu vaxtında ödəyərək onu pis vəziyyətdə qoymayacaqdır. Bu beş il ərzində cavabdehin borcuna görə heç yerdən özünə lazım olan kredit ala bilməmişdir. Cavabdeh bir müddət borcunu ödəmiş, lakin sonradan kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməmişdir. Borcverən "xxxx" MMC-nin borcalandan pulu almadıqda borcun qalmış 1785.9 manat məbləğində olan hissəsini qeyd etdiyi 23 iyul 2015-ci il tarixli 0203-036447-01/01 saylı zaminlik mqaviləsinə əsasən 30 dekabr 2020-ci il tarixdə tam olaraq ondan tutulmuşdur. Cavabdehə müraciət edərək onun əvəzində banka ödəmiş olduğu məbləği ona qaytarmasını xahiş etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. O, müxtəlif bəhanlərlə pulu qaytarmamışdır. Göstərilən səbəblərdən məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır. Daha sonra iddiaçı Cəbrayılov Namiq Cəmi oğlu məhkəməyə iddia həcminin azaldılması barədə ərizə verərək, cavabdehin borclu olduğu məbləğin 485 manatını ödədiyindən, qalan 1300 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş eetdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Sərvəri Seymur Sabir oğluna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Sərvər Seymur Sabir oğlunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəbrayılov Namiq Cəmi oğlu xx xxxxxx 1963-cü ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Bərdə şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 aprel 2021 –ci il tarixli, 2628 saylı arayışdan müəyyən olunur ki, Cəbrayılov Namiq Cəbi oğlu Bərdə şəhəri, H.Əliyev prospekti 26 nömrəli ünvanda yaşayır. Mülki işə əlavə olunmuş 1 nömrəli qəbsdən müəyyən olunur ki, zamin Cəbrayyılov Namiq Cəbi oğlu 1.785, 90 manat kredit ödənişi etmişdir. Mülki işə əlavə edilmiş 23 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə olunmuş Molbulak BOKT MMC tərəfindən GM 1201 nömrəli, 30 dekabr 2020-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, "xxxx" MMC ilə Sərvəri Seymur Sabir oğlu arasında baölanmış 0203-036447-01 saylı 23 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcalana 12 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təmin edilməsi məqsədi ilə İddiaçı Cəbi oğlu ilə 0203-036447-01/01 saylı 23 iyul 2015-ci il tarixli zaminik müqaviləsi bağlanılmışdır. 30 dekabr 2020-ci il tarixində zamin İddiaçı Cəbi oğlu 1785.9 manat məbləğində ödəniş edib. Qeyd olunan zaminlik müqaviləsinə 30 dekabr 2020-ci il tarixində xitam verilmişdir. İddiaçı Cəbi oğlu ilə 0203-036447-01/01 saylı 23 iyul 2015ci il tarixli zaminik müqaviləsi üzrə 30 dekabr 2020-ci il tarixinə heç bir öhdəliyi qalmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin, (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir. Məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcudan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüququ şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-c maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında iddiaçı X5 cavabdeh Sərvəri Seymur Sabir oğlunun kredit müqaviləsi üzrə "xxxx" MMC-yə 1.785.9 manat kredit ödəməsi özünün ifadəsi və mülki işə əlavə edilmiş ödəniş qəbzi ilə təsdiq edilmiş, iddiaçı məhkəməyə ərizə verərək, cavabdehin ona borclu olduğu pulun 485 manatını ödədiyi, qalan 1 300 manatın borcludan tutulmasını xahiş etmişdir. Bu xüsusatı nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və təmin edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı oğlunun cavabdeh Sərvəri Seymur Sabir oğluna qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Sabir oğlunun 1.300 (min üç yüz) manat borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı Səbrayyılov Namiq Cəbi oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-1793/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1793/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver