Məhkəmə qərarları › İş №2(021)-1796/2021

Bərdə Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(021)-1796/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1796/2021 24.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh Vaqif oğluna qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Nizami qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, caabdeh Cavabdeh 16 yanvar 2021-ci il tarixli etribrasız alqı-satqı əqdi üzrə ödəmiş olduğu 1000 manat, hüquqi hyardıma görə ödəmiş olduğu 200 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1230 manat pul vəsatinin alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Nizami qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 16 yanvar 2021-ci il tarixdə Cavabdeh ilə öz aralarında razılaşmışdır ki, Bərdə rayonu, Alaçadırlı kəndi ərazisində yerləşən ona məxsus 0.02 ha həyətyanı torpaq sahəsini 2100 manata ona satsın. O, cavabdehə əvvəlcə 1000 manat ödəmiş, pulu ondan alan zaman qəbz yazaraq imza etmiş, bildirmişdir ki, torpağı verməsə pulu kredit kimi geri qataracaqdır. Şərtləşmişdirlər ki, 10 aprel 2021-ci il tarixədək alqı-satqını notarial qaydada etməklə pulun qalan 1100 manatını ödəsin. Lakin sonradan cavabdeh aralarında olan alqı-satqını rəsmiləşdirməkdən imtina etdiyindən pulun qalan hissəsini ödəməkdən imtina etmiş, ödəmiş olduğu 1000 manatı isə geri tələb etmişdir. Halhazırda cavabdeh deyir ki, sənin pulunu qaytarmıram, hara istəyirsən şikayət et sənə pul qaytarası deyiləm, cavabdehdən pulunu geri almaq üçün məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını və yazılı ərizəsini məhkəməyə təqdim edərək cavabdeh gəlmədiyinə görə işə qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. Cavabdeh Rüstəmov Elman Vaqif oğluna məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Bəhrəmov Elman Vaqif oğlunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Nizami qızı xx xxxxxx 1984-cü ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2523 nömrəli, 21 aptrel 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Nizami qızı Bərdə şəhəri, Fizuli küçəsi ev 14-də yaşayır. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, “ Alaçadırlı kənd sakini Elman mən öz torpağımı satdım İddiaçı olaraq həhyət torpağımı satdım 2 sot torpağımı satdım, mən İddiaçı 1000 manat aldım, 2110 torpaq qalıq 1100 İddiaçı mənə 1100 manat borcu qalaraq aprel ayının 10 qaldı borcu, mən sabah məhləni qaytarmasam pulu kreditlə ödəyəcəm” sözləri qeyd edilmişdir. Belə ki, iş materiallarında olan 16 yanvar 2021-ci il tarixli qəbzdən görünür ki, cavabdeh iddiaçıya 2 sot torpaq sahəsini 2100 manata satmış, iddiaçı pulun 1000 manatını cavabdehə vermiş qalan 1100 manatını isə alqı-satqı notarial qaydada təsdiq edildikdən sonra verəcəklərinə razılaşsalarda, cavabdeh alqı-satqının rəsmiləşdirilməsindən imtina etmişdir. İddiaçı hüquqi yardıma görə 200 manat ödəməsini isə sübut edə ilməmişdir. Azərbaycan Respublikası Müki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə müvafiq olaraq, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki işin materialları ilə tərəflərin borcun faizlər ilə verilməsini şərtləşdirirməsi təsdiq olunmur. Bundan başqa məhkəmədə onu da xüsusi olaraq vurğulamaq istəyir ki, iş materiallarında olan qəbz cavabdeh tərəfindən borcun etiraf edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə müvafiq olaraq, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.5-ci maddəsinə əsasən iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə qismən təmin edilməsi üçün yetərlidir. Belə ki, iddiaçı iddia tələbində 1000 manatlıq borc faktının möcvudluğunu sübuta yetirə bilsə də, hüquqi yardımla bağlı şəkdiyi xərclərlə bağlı iddia tələbinin dəlillərini sübut edə bilmədi. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın qismən təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (min) manat və dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 1030 (min otuz) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qiyabi qətnamə rəsmi qaydada verildiyindən sonra 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar