Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-180/2021 11.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4767,92 manat əsas, 849,08 manat faiz, 12,73 manat cərimə, cəmi 5629,73 manat borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07.12.2018-ci il tarixli kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 12% ödəmək şərti ilə 7385 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin 07 iyul 2020-ci il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 4767,92 manat əsas, 849,08 manat faiz, 12,73 manat cərimə, cəmi 5629,73 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qərarına gəlmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2399/2020 saylı 10 sentyabr 2020-ci il tarixli qərardadına əsasən iddia "xxxx" KB ASC-nin Cavabdeh oğluna qarşı borc tələbinə dair mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/4390 saylı 24 dekabr 2020-ci il tarixli rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 07.12.2018-ci il tarixli 2256nkBRD/18 saylı kredit müqaviləsi üzrə Cavabdeh 07 iyul 2020-ci il tarixə (iddia ərizəsinin verildiyi tarixə) banka olan kredit borcu və kreditə hesablanmış faiz borcu ümumilikdə 5660,04 manat məbləğində müəyyən olunur. O cümlədən: əsas borc üzrə 4938,95 manat, faiz borcu üzrə 721,09 manat. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, 2018-ci ildə "xxxx" KB ASC-dən 7385 manat kredit götürmüş, kredit borcundan bir hissəsini ödəsə də sonradan maliyyə vəziyyəti ilə əlaqədar olaraq borcunu ödəyə bilməmişdir. Borcunu birdəfəyə ödəməyə imkanının olmadığını qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin qismən olunmalıdır. Belə ki, iş materiallarında olan 07 dekabr 2018-cı il tarixli 2256nkBRD/18 nömrəli kredit və bank hesabı müqaviləsindən müəyyən edilir ki, "xxxx" KB ASC Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 12% ödəmək şərti ilə 7385 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 07 iyul 2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 2256nkBRD/18 saylı kredit müqaviləsinə əsasən 07 iyul 2020-ci il tarixə 4767,92 manat əsas, 849,08 manat faiz, 12,73 manat cərimə, cəmi 5629,73 manat borcu vardır. İş materiallarında olan 07 iyul 2020-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddia ərizəsində Cavabdeh 2256nkBRD/18 saylı kredit müqaviləsinə əsasən 07 iyul 2020-ci il tarixə 4767,92 manat əsas, 849,08 manat faiz, 12,73 manat cərimə olmaqla, cəmi 5629,73 manat məbləğində borcu olduğu göstərilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/4390 saylı 24 dekabr 2020-ci il tarixli rəyində isə əsas borcu 4938,95 manat, faiz borcu 721,09 manat məbləğində olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borc tələbinə dair hissədə iddia ərizəsinə uyğun qaydada, faiz borcu tələbinə dair hissədə isə ekspert rəyinə uyğun qaydada təmin edilməlidir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh 07 dekabr 2018ci il tarixli, 2256nkBRD/18 saylı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 7385 manat məbləğində kredit alması və həmin kredit üzrə 4767,92 manat əsas, 721,09 manat faiz, cəmi 5489,01 manat məbləğində kredit borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh 07 dekabr 2018-ci il tarixli, 2256nkBRD/18 saylı müqavilə üzrə yaranmış 4767,92 manat əsas, 721,09 manat faiz, cəmi 5489,01 manat məbləğində əsas kredit borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh 7385 manat məbləğində kredit alması və həmin kredit üzrə 4767,92 manat əsas, 721,09 manat faiz, cəmi 5489,01 manat məbləğində kredit borcu yaranması sübuta yetirildiyindən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 24 dekabr 2020-ci il tarixli 9/4390 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəməmühasibat ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 4767,92 manat əsas, 721,09 manat faiz, cəmi 5489,01 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-180/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-180/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver