Məhkəmə qərarları › İş №2(021)-180/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-180/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-180/2025 06.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “reqress qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “reqress qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 749,43 manat, Cavabdeh2 284,29 manat, Cavabdeh3 924,57 manat, Cavabdeh4 177,57 manat və Cavabdeh5 564,14 manat olmaqla cəmi 2700 manat pulun və ödənilmiş 47 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nikoyl İKB ASC ilə X3, X15 ,X16, X21, Cavabdeh3, İddiaçı,Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, X17 və subsidar zamin X22 arasında xx.xx.2010-cu il tarixli xx-xx-2822 saylı kredit müqaviləsi bağlanmış və onlara müqavilənin şərtlərinə görə illik 30% olmaqla 12 ay müddətinə 8000 manat kredit verilmişdir. Ödənişlərdə gecikmələr olduğundan Nikoyl İKB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X4 və qeyriləri ilə Nikoyl İKB ASC arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Əmralıyev Əmralı Bəndalı oğlundan və qeyrilərindən 3762,24 manat məbləğində əsas kredit borcu, 2460,49 manat əsas məbləğə hesablanmış faiz borcu, 1866,82 manat dəbbə pulu, cəmi 8089,55 manat və 20 manat dövlət rüsumunun tutularaq, "xxxx" KB ASC-nin hesabına ödilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bərdə rayon Məhkəməsinin 2(021)-870/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamə əsasında tərib edilmiş icra sənədi Bərdə rayon İcra və probasiya şöbəsinə göndərilmiş, bir neçə illər ərzində onun pensiyasından tutulmalar aparılmışdır. Onun pensiyasından cavabdehlər Cavabdeh1 əvəzindən 749.43 manat, X5 əvəzindən 289,29 manat, Cavabdeh3 əvəzindən 924,57 manat, Cavabdeh4 əvəzindən 177,57 manat və Cavabdeh5 əvəzindən 564,14 manat Nikoyl İKB ASC-nin hesabına pul ödənmişdir. Ancaq qeyd edilən cavabdehlər onun pulunu qaytarmamış, hətta qaytarmaq fikirləri də yoxdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)2269/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" ASC İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “reqress qaydasında pul” tələbinə dair 2(021)2269/2024 saylı mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələrinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs"xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X10 bildirmişdir ki, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 "xxxx" ASC-yə borcları qalmamışdır. Hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 banka olan borclarının İddiaçı təqaütü hesabına ödənilməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilmir. Növbəti məhkəmə iclasında bu kredit üzrə ödənişlərin hesabatı və cavabdehlərin borclarının İddiaçı təqaütü hesabına ödənilməsini təsdiq edəcək sənədləri aşkar ediləcəyi təqdirdə həmin sənədləri məhkəməyə təqdim edəcəkdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, iddia tələbini qəbul etmir. Onların kredit götürən zaman qrup rəhbəri X22 olmuşdur. Onlar kredit borcunu ona vermişdirlər. İddiaçıya borcu yoxdur. Yelo Bank ASC tərəfindən onlara sənəd verilsin ki, onların həqiqətən borcları yoxdur və borc İddiaçı tərəfindən ödənilmişdir. Əks halda iddiaçıya borcunun olduğunu qəbul etmir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X18 məhkəməyə sənədlər göstərərək, kredit borclarını qrup rəhbəri X13 ödədikllərini bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh5 bildirmişdir ki, iddiaya etiraz edir, banka borcunu ödəmişdir, borcu qalmamışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh4 bildirmişdir ki, iddiaya etiraz edir, banka borcunu ödəmişdir, borcu qalmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 793 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Qaradəmirçi kəndində yaşayır. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 1-21/1178-24 nömrəli məktubda qeyd olunmuşdur ki, Bank ilə İddiaçı və Birgə borclular (X4, X15, X16, X21, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, subsidiar zamin X22) arasında bağlanmış xx.xx.2010-cu il tarixli, RBB(M) 12142822 saylı Kredit müqaviləsinə əsasən Birgə Borclulara illik 30% olmaqla 12 ay müddətinə 8 000 AZN (səkkiz min manat) məbləğində kredit verilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(021)- 870/2011 saylı Məhkəmə Əmrinə əsasən İddiaçı və digər Birgə borclulardan müştərək qaydada cəmi 8 089.55 AZN (səkkiz min səksən doqquz manat 55 qəpik) borcun və 20 manat dövlət rüsumun tutularaq Banka ödənilməsi əmr edilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində tərəfinizdən son ödənilən 2700 AZN məbləğində vəsaitin, 749.43 AZN Cavabdeh1, 284.29 AZN məbləğində vəsait Cavabdeh2, 924.57 AZN Cavabdeh3, 177.57 AZN Cavabdeh4, 564.14 AZN Cavabdeh5 xx.xx.2010-cu il tarixli, RBB(M) 12142822 saylı Kredit müqaviləsi üzrə Banka olan borc məbləğindən silinmişdir. "xxxx" ASC tərəfindən Bərdə rayon məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizəyə əlavə olunan İddiaçı adına verilmiş hesabdan çıxarışdan görünür ki, sonuncunun hesabından məhkəmə qətnaməsinə əsasən pul köçürmələri həyata keçirilmiş, lakin "xxxx" tərəfinən iddiaçıya təqdim edilən xx.xx.2024-cü il tarixli 1-21/1178-24 nömrəli məktubda göstərilən 2700 manat pulun hansı borcluların borcuna görə çıxılması öz əksini tapmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2010-cu il tarixli xx-xx-2822 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən birgə borclular X2, X11, X12, X14, Cavabdeh3, İddiaçı, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 hər birinə 12 ay müddətinə illik 30%-lə 800 manat olmaqla ümumilikdə 8000 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)870/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" İKB ASC ilə cavabdeh X4 və qeyriləri ilə bağlanmış xx.xx.2010-cu il tarixli xx-xx-2822 saylı kredit müqaviləsinə xitam verilməsi, birgə cavabdehlər X1, X6, X7, X8, Cavabdeh3, İddiaçı, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və subsidar zamin X9 3762,24 manat əsas, 2460,49 manat faiz borcu və 1866,82 manat borcu olmaqla, cəmi 8089,55 manat vəsaitin müştərək qaydada tutularaq "xxxx" İKB ASC-nin xeyrinə tutulması qət olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 47 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, "xxxx" İKB ASC-nin xx.xx.2010-cu il tarixli xx-xx-2822 nömrəli kredit müqaviləsi üzrə "xxxx" İKB ASC tərəfindən birgə borclular X2, X11, X12, X14, Cavabdeh3, İddiaçı, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 hər birinə 12 ay müddətinə illik 30%-lə 800 manat olmaqla ümumilikdə 8000 manat kredit verilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)870/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə birgə cavabdehlər X1, X6, X7, X8, Cavabdeh3, İddiaçı, Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və subsidar zamin X9 3762,24 manat əsas, 2460,49 manat faiz borcu və 1866,82 manat borcu olmaqla, cəmi 8089,55 manat vəsaitin müştərək qaydada tutularaq "xxxx" İKB ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia edir ki, "xxxx" İKB ASC ilə onlar (birgə borclular) arasında bağlanmış xx.xx.2010-cu il tarixli xx-xx-2822 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərin əvəzinə 2700 manat kredit borcu onun tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 509.3-cü maddəsinə əsasən kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, İddiaçı Yelo Bank” ASC tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli 1-21/1178-24 nömrəli məktuba əsasən onun pensiyasından 749.43 AZN Cavabdeh1, 284.29 AZN Cavabdeh2, 924.57 AZN Cavabdeh3, 177.57 AZN Cavabdeh4, 564.14 AZN Cavabdeh5 banka olan borc məbləğlərinin tutulduğunu bildirsə də, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X10 həmin məktubun hansı sənədlərə əsasən tərtib edildiyini bilmədiyini, həmin məlumatları təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim edəcəyini bildirmişdir. Lakin sonradan məhkəməyə təqdim edilən sənədlərdə və hesabdan çıxarışda iddiaçının təqaütündən digər borcluların borcunun tutulması öz əksini tapmamışdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmamlıdır. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 47 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “reqress qaydasında pul” tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 47 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar