Məhkəmə qərarları › İş №2(021)-1807/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1807/2024

13.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1807/2024 13.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Murşüd oğluna qarşı borc tələbinə dair mülki işə Bərdə şəhərində, məhkəmənin inzibati binasında 13 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Murşüd oğlundan mülkiyyətində olan “Toyota Corolla” Markalı **-ES-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş 6000 manat məbləğində maddi ziyanın və ödənilmiş 80 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qurban adlı şəxsə mülkiyyətində olan Toyota Corolla minik markalı **-ES-*** dövlət qeydiyyat nömrəli avtomobili kirayə vermiş , Qurban adlı şəxs aylıq 600 manat ona verəcəyini söyləmişdir. O da, aylıq 600 manat gəlir olmasını düşünərək avtomobili kirayəyə verməsinə dair razılıq vermişdir. Qurban adlı şəxs xx.xx.2023-cü il tarixdə avtomobili Cavabdeh sürmək üçün vermək lazım olduğunu və ona etibarnamə verilməsini bildirmişdir. xx.xx.2023-cü il tarixdə mülkiyyətində olan avtomobili sürmək üçün Cavabdeh etibarnamə 6 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixə kimi vermiş, etibarnamə Bakı şəhəri 44 saylı notarius ofisinin notariusu X2 tərəfindən təsdiq edilmişdir. Sonra avtomobillə tez-tez baxış keçirmək istəsə də, avtomobili ona göstərməmişlər. Ödənişləri vaxtı-vaxtında göndərməmişlər. xx.xx.2024 –cü il tarixdə isə Cavabdeh avtomobillə qəza törətmiş və mülkiyyətində olan avtomobili yararsız hala salınmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 09 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan İddiaçı mülkiyyətində olan Toyota Corolla markalı **-ES-*** dövlət nömrə nişanlı avtomaşınla Abşeron rayonu Saray qəsəbəsi VAZ dairəsi yeni Saray yolu ilə hərəkətdə olan zaman ehtiyatsızlıqdan idarəetməni itirməsi nəticəsində yol kənarında quraşdırılmış Bakı Abadlıq Xidməti MMC-yə məxsus işıq dirəyinə dəyərək həmin müəssiyəyə 1438.42 AZN manat maddi zərər vurulması və sürücü Cavabdeh dərəcəsi təyin edilməyən bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Avtomobilə 6000 min manat dəyərində ziyan dəymiş və avtomobili cərimə meydançasına yerləşdirilmişdir. Ona görə də məhkəmədən, Cavabdeh Murşüd oğlunun Azərbaycan Respublikasının İXM 327.1-ci maddəsinin tələblərini pozması nəticəsində mülkiyyətində olan “Toyota Corolla” Markalı **-ES-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş 6000 manat məbləğində maddi ziyanın və ödənilmiş 80 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən İddiaçı məhkəməyə iddia tələbinin həcminin artılırması barədə ərizə təqdim edərək, bildirmişdir ki, icraatda Cavabdeh qarşı dəymiş maddi ziyanın və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona verilməsi barədə 2(021)-1807/2024 saylı mülki iş vardır. İddia tələbində Cavabdeh Murşüd oğlundan Azərbaycan Respublikasının İXM 327.1-ci maddəsinin tələblərini pozması nəticəsində mülkiyyətində olan “Toyota Corolla” Markalı **- ES-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş 6000 manat məbləğində maddi ziyanın və ödənilmiş 80 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbində 6000 manatın ödənilməsini göstərmişdir, lakin GRAND AVTO SERVİS tərəfindən tərtib edilmiş qüsur aktı ilə müəyyən edilmişdir ki, avtomobilin təmir edilərək yararlı hala gətirilməsi üçün ehtiyyat hissələri və usta xərci ilə birlikdə 10.610 manat məbləğində vəsait lazımdır. İddia ərizəsi verərkən 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin iddia tələbini artırdığından və hazırki tələbin ümumi məbləği 10.610 manat olduğundan dövlət rüsumu 121.83 manat təşkil etmişdir. Ona görə də məhkəmədən Cavabdeh tərəfindən mülkiyyətində olan Corolla markalı **-ES-*** dövlət nömrə nişanlı avtomaşına vurulmuş 10.610 manat ziyanın və ödənilmiş 121.83 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh Murşüd oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbər verilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəbini üzürsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə iş baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Qeyd olunanlara əsasən məhkəmə işə Cavabdeh Murşüd oğlunun iştirakı olmadan baxmağı mümkün hesab edir. İşdə işdə iştirak edən şəxsin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə TOYOTA Corolla Minik markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün etibar edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş X9 xx.xx.2024-cü il tarixli Qusur aktından görünür ki, ümumi xidmət haqqı ilə dəymiş zərər hesablanaraq, cəmi 10610 manat təşkil etmişdir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki; xx.xx.2024-cü il tarixdə vət. X7 DİN 102 xidmətinə zəng edərək, idarə etdiyi Toyota markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin dirǝyǝ dəyməsi barədə məlumat vermişdir. Araşdırma zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, o (BC) kateqoriyalı sürücülük hüququna malikdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 09 radələrində o etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Toyota Corolla" markalı ** ES *** dövlət nömrə nişanlı avtomaşın ile 3 zolaqdan ibarət olan yolun soldan 1ci zolağı ilə saat da təxminən 80-90 km sürət ilə Sumqayıt şəhəri istiqamətindən Xırdalan şəhəri istiqamətində hərəkətdə olduğu zaman, yer örtüyü yaş olduğundan idarəetməni itirərək avtomaşını sola doğru sürüşərək işığ dirəyinə dəyib dayanmışdır. Zərbə nəticəsində işiğ dirəyi yerindən çıxarağ yol örtüyünə aşmışdır. Hadisə zamanı bədən xəsarəti almışdır. O aldığı xəsarətlə bağlı heç bir tibb müəssisəsinə müraciət etməmişdir. Hadisə baş verən günü spirtli içki qəbul etməmişdir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin 1260 saylı xx.xx.2024- cü il tarixli tibbi müayinə aktından görünür ki, Cavabdeh alkoqol sərxoşluq vəziyyəti ayıqdır. xx.xx.2024-cü il tarixdə Toyota Corolla markalı ** ES *** dövlət nömrə nişanlı avtomaşının sahibi İddiaçı ərizə ilə müraciət edərək bildirmişdir ki, yol nəqliyat hadisəsi zamanı sonuncuya 10000 AZN maddi ziyan dəymişdir. Bununla da aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 09 radələrində o etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Toyota Corolla" markalı ** ES *** dövlət nömrə nişanlı avtomaşın ilə Abşeron rayonu Saray qəsəbəsi Vaz dairəsi Yeni Saray yolu ilə hərəkətdə olan zaman ehtiyatsızlıqdan idarəetməni itirməsi nəticəsində yol kənarında quraşdırılmış "xxxx" MMC-yə məxsus işıq dirəyinə dəyərək həmin müəssisəyə 14.38,42 AZN manat maddi zərər vurulması və sürücü Cavabdeh dərəcəsi təyin edilməyən bədən xəsarəti alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddƏsinde nəzərdə tutulan cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, sürücü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı şifahi kirayə müqavilə əsasında Qurban adlı şəxsə Toyota Corolla minik markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadəyə vermişdir. Sonrada Qurban adlı şəxs İddiaçı Cavabdeha etibarnamə verməsini xahiş etmişdir. Cavabdeh də etibarnamə əsasında avtomobili idarə edərkən yol nəqliyyat hadisəsini törətmiş və Toyota Corolla minik markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı Cavabdeh qarşı iddia qaldırsa da, əslində kirayə müqaviləsini Qurban adlı şəxslə bağlamışdır. Məhkəmə iclasında iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikasının MPM –nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Azərbaycan Respublikasının MPM –nin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MM 683.3-cü maddəsinə əsasən kirayəçi Qurban adlı şəxs olduğundan, iddia tələbi ona qarşı qaldırılmalı idi. Bu səbəbdən iddia tələbi düzgün tərtib edilmədiyindən, rədd edilməlidir. Azərbaycan Respublikasının MM 683.3-cü istifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. İşin göstərilən halları işdə iştirak edən şəxslərin izahatları və iş materiallarında olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinin 107-ci maddəsində əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci və 124.2-ci maddələrində qeyd olunur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Odur ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh Murşüd oğluna qarşı borc tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar