Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1807/2025 23.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 7400 manat nağd pulun və ödədiyi dövlət rüsumu vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2009-cu il tarixdə cavabdeh X1 Opel-Omeqa markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Həmin müddətdə avtomobil bankda kreditdə olmuçşdurş O, 7400 manat avtomobilə görə cavabdehə pul ödəmişdir. Lakin 2010-cu il tarixdə həmin avtomobillə qəza törətmiş və Bərdə rayon Məhkəməsinin hökmü ilə ona cəza təyin edilmiş həmin cəzanı çəkən vaxt cavabdeh cərimə meydançasından avtomobili götürüb apartmışdır. Hətta maşına görə əlavə 3000 manat pul ödəmişdir, lakin sonradan ona satdığı avtomobili ona demədən aparmış və əlavə olaraq ona qarşı məhkəmədə əsassız iddia qaldırış, onun iştirkaı olmadan qətnamə qəbul olunmuşdur.Pulunu cavabdehdən almaq üçün məhkəməyə müraciət etməli olmuşdur. Dəfələrlə cavabdehdən ona olan 7400 manat verdiyi pulu tələb etsə də cavabdeh hər dəfə onu aldadaraq pulunu verməkdən imtina etmişdir. Məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq göstərmişdir ki, avtomobili Bakı şəhərindən Elçin adlı şəxsdən satın almışdır. Maşın bankda girovda olduğu üçün Elçinə 2000 manat pul vermiş, Maşın banka girov qoyularkən cavabdehin adında olmuş, Maşını satın aldığına görə Elçin Azərə onun atasının adına etibarnamə verməsini bildirmişdir. Etibarnamənin bir illik müddəti bitdikdən sonra avtomobilin onlarda olduğu ikinci il həmin müddət ərzində avtomobilin kreditin o və atası ödəmişdir. İkinci il həmin avtomobillə qəza törətmiş, qəza törətdikdən sonra avtomobil cərimə meydançasına qoyulmuş, aralarında olan razılaşmaya görə cavabdeh Azər və Elçin adlı şəxs banka olan borcun əvəzində həmin avtomobili cərimə meydançasından götürmüşlər. Banka ödədiyi kreditdən əlavə o, məhkəmə qərarı ilə avtoqəza nəticəsində maşına vurulmuş ziyanın əvəzini ödəmək məcburiyyətində qalmışdır.Bu səbəbdən maşının kreditinə görə ödədiyi 7400 manat məbləğində vəsaitin ödənilməsini tələb edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərk izahatında göstərmişdir ki, 2010-cu ildə İddiaçı ilə aralarında olan razılaşmaya əsasən öz mülkiyyətində olan avtomobili iddiaçıya satmalı, iddiaçı isə əvəzində avtomobili satın almaq üçün götürdüyü krediti ödəməlidir. Avtomboili idarə etmək üçün etibarnamə əsasında iddiaçının atasına versə də iddiaçı avtomobil ilə qəza törətmiş, avatomobil tam yararsız hala düşərək dayanacağa yerləşdirilmişdir. İddiaçı aralarında olan razılaşmaya əməl etməyərək kredit borcunu ödəməmiş, bundan sonra avtombili dayanacaqdan götürmüşdür. Məhkəmədə iddiaçıya və atasına qarşı ziyan tələbinə dair iddia qaldırmış, iddia tələbi təmin edilərək iddiaçıdan və atasından 7125 manat ziyan tələbinin alınaraq ona verilməsi qət edilmişdir. İddiaçının hazırda ödədiyi məbləğ avtombilin krediti deyil məhkəmə tərəfindən müəyyən olunmuş ona vurulmuş ziyan məbləğinə görə olan ödənişdir. İddiaçı ona avtomobilə görə heç bir məbləğ ödəməmişdir. Bundan başqa iddiaçı 10 ildən artıq müddət keçdikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəm iclasında Cavabdeh nümayəndəsi Vəkil cavabdehlə eyni məzmunlu izahat verərk iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına istinad: Mülki işə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 15 mart 2010-cu il tarixli, 1(021) 35/2010 nömrəli hökmünün surətindən görünür ki, İddiaçı idarə etdiyi “Opel-Omeqa” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmişin şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası vətəndaşının AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə anadan olmuşdur. Mülki iş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 2(021)-235/2010 saylı mülki iş üzrə 03 mart 2010-cu il tarixdə keçirilmiş iclas protokolundan və qətnaməsinin surətindən görünür ki, İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Cavabdeh özünə məxsus “Opel-Omeqa” markalı, ** BH *** nömrəli avtomaşının etibarnamə ilə idarə etmək üçün atası Şahin Orucova vermişdir. 15 sentyabr 2009-cu il tarixdə atasından avtomaşını istəmiş, atası ona maşını vermişdir. Həmin avtomobil ilə qəza törətmiş və maşın yararsız hala düşmüşdür. Dəymiş Ziyana görə 7125 manat pulu atası Şahinlə müşətərək qaydada ödəməyə razıdır. Ancaq hazırda həmin məbləği birdəfəyə ödəməyə imkanı yoxdur. 7125 manat pulu ancaq hissə-hissə ödəyə bilərlər. Mülki işə əlavə edilmiş AAN912533 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, ** BH *** dövlət nömrə nişanlı, “Opel Omega” minik markalı avtomobil Cavabdeh məxsusdur. Tətbiq edilən hüquq: Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 377. İddia müddətinin başlanması 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 375. İddia müddətinin tətbiqi 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin: 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: İddiaçının cavabdehə məxsus olan avtomobilə şifahi razılaşma əsasında sahiblik etdiyi işin mübahisəsiz halıdır. Məhkəmə iclasında həm tərəflərin izahatı, həm də iş materialları ilə aydın olur ki, iddiaçı cavabdehə məxsus avtomobilin satın alınması əvəzində cavabdehin banka olan kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. İddiaçı tərəfindən cavabdehə məxsus avtomobili satın almaq üçün 7400 manat pulu cavabdehin kredit borcu üzrə banka ödəməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar iddia tələbinin sübutetməsi üçün kifayət deyil, tərəflər arasında yaranmış münasibətlər müqavilədən irəli gəlmir. Bu münasibətlər müqavilə münasibətləri olmadığından bu münasibətlərə Mülki Məcəllənin əsassız varlanmadan irəli normaları tətbiq edilməlidir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə tərəflərin mövqeyini dinləyərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq hesab edir ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, kəsici müddət iddia müddətindən fərqli olaraq hüququn özünün xitamı ilə nəticələnir. Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Kəsici müddətlər qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Kəsici müddət hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Məhkəmə digər tərəfdən qəbul edir ki, iddiaçı tərəfindən avtomobil üçün cavabdehə və ya banka 7400 manat məbləğində vəsaitin ödənildiyi müəyyən edilmiş olsaydı qeyd edilən hal cavabdehin əsassız varlanmasına səbəb olacaqdır. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Göründüyü kimi qanun əsassız varlanmaya münasibətdə obyektin mərhum olana qaytarılması üçün iki illik kəsici müddət müəyyən edir. İddiaçı isə həmin vəsaitin 2009-2011-ci illərdə banka köçürüldüyünü etiraf edir. Belə olan təqdirdə məhkəmə Mülki Məcəllənin 1095-ci maddəsini rəhbər tutaraq kəsici müddətin tətbiq edilməli olması qənaətinə gəlir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-1807/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1807/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver