Məhkəmə qərarları › İş №2(021)-1810/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-1810/2021

08.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-1810/2021 08.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “cavabdehdən ona satdığı xəstə heyvana görə vurulmuş maddi zərərin əvəzinin alınması” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı Hüsyn oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh oğlundan ona dəymiş 1300 manat faktiki ziyanın ödənilməsi və 05 aprel 2021-ci il tarixindən məhkəmə qətnaməsi qəbul edilən günə qədər inəyin və balasının saxlanılmasına görə ona dəymiş ziyanın hesablanaraq ödənilməsini əlavə olaraq ona verilməsinə köməklik edilməsini, həmçinin bu barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, damazlıq məqsədi ilə İmişli mal bazarından Bərdə rayon sakini Zümürxaç kənd sakini X8 oğlundan 1 baş balalı inək heyvanını 1300 (min üç yüz) manata almışdır. Malı ona satan onu inandırmışdır ki, bu heyvan xəstə deyil onunla davranan zaman heç bir dəlilik etmir. Adamı vurmur. Malın pulunu nəğd ödəyəndən sonra satan adam bazardan çıxaraq Bərdəyə getmişdir. Malı alandan 10 dəqiqə sonra İmişli rayon Sarəxamlı kənd sakini Rəcəbi həmin inək bazarda vuraraq ona və apardıqları sürücüyə ciddi bədən xəsarəti yetirmişdir. Onları həkimə çatdırmış, təxminən 100 manat xərci çıxmışdır. Bundan başqa Şahverdili kənd sakini Xudiyev Yusif Hüseyn oğluna həmin inək xəsarət yetirmişdir. Hal-hazırda həmin inək onun tövləsində bağlı şəraitdə saxlanılır. Sonra tanışları baytar inəyi müayinə edərək müəyyən etmişdir ki, malı ona satan adam əvvəlcədən həmin xəstə və gözünün biri (sağ) kor inəyi müvəqqəti olaraq sakitləşdirmək üçün ona müvafiq qeyri-qanuni olan dərman pereparatı qəbul etdirmişdir ki, alıcı onun dəli heyvan olduğunu bilməsin. Beləliklə də həmin gün malı satan məlum şəxsə zəng edərək ona etirazını bildirmişdir ki, həmin inəyin pulunu qaytarsın, habelə inəyini geri aparsın. Cavabdeh onun etirazlarını rədd etmiş və telefonu bağlamışdır. Məcbur olub, onun yaşadığı evə getmişdir. Evdə heç kimi tapa bilməmişdir. Ona görə də yaxın qonşularına gəldiyinin cavabdehə çatdırmasını xahiş etmişdir. Atası ilə telefon əlaqəsi yaratmış, lakin atası bildirmişdir ki, oğlu mənim kimi çoxlarını aldadıb, onlarada ziyan vurub. Ona şəhid ailəsi olduğunu bildirmişdir. O, da bildirmişdir ki, ən yaxşı yolu odur ki, gedin müvafiq qaydada polisə və ya məhkəməyə mürciət edin. Hal-hazırda İmişli və Bərdə rayon Polis Şöbəsinə bu barədə rəsmi şikayət etmişdir. Məhkəmə iclasında İddiaçı oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumatverilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Məmmədov Aqil Asif oğlunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh Cavabdeh Asif oğlunun məhkəməyə göndərdiyi teleqram isə 08 iyun 2021-ci il tarixdə günün sonunda, məhkəmə iclası başa çatdıqdan, məhkəmə qətnaməsi elan olunduqdan sonra məhkəməyə daxil olmuşdur. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1962-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası İmişli rayonu icra Hakimiyyəti Başçısının Bəhrəmtəpə qəsəbəsi ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 aprel 2021-ci il tarixli, 364 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayır. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-cı maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə görə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 612-ci maddəsinə əsasən heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz. Bu halda alıcı cavabdeh olmadığı hallarla əlaqədar heyvanı, quşu və ya balığı qaytara bilmədikdə, o cümlədən başqasına satması, onun tələf olması, xəstələnməsi və ya kəsilməsi nəticəsində qaytara bilmədikdə də müqavilənin ləğvini tələb edə bilər. Heyvanın, quşun və ya balığın kəsildiyi halda alıcı onu qaytarmaq əvəzinə dəyərini ödəyir. Əgər müqavilə ləğv edilənədək alıcının cavabdeh olduğu hallar nəticəsində heyvanın, quşun və ya balığın vəziyyəti əhəmiyyətsiz dərəcədə pisləşmişdirsə, alıcı onun dəyərinin azalmasını kompensasiya etməlidir. Heyvandan, quşdan və ya balıqdan istifadə nəticəsində hər hansı faydanın əvəzini alıcı yalnız bu cür faydanı əldə etmiş olduğu halda ödəyir. Müqavilənin ləğv edildiyi halda satıcı alıcıya heyvanın yemlənməsinə və bəslənməsinə, baytarlıq müayinələrinə və qulluğuna çəkilmiş xərclərin, habelə heyvanın məcburən öldürülməsinə və uzaqlaşdırılmasına çəkilmiş xərclərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hazırki iddia ilə bağlı belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh X2 bir baş inəyi satın almışdır. İddiaçı cavabdehə inəyi almaq üçün 1300 manat pul vermişdir. Belə ki, iddiaçı tərəfindən əlavə çəkilən xərclərlə bağlı iddia tələbi verilsə də, həmin xərcləri təsdiqləyəcək hər hansısa bir sübut iş materialarında mövcud deyildir. Bundan başqa məhkəmə iclasında iddiaçı iddia tələbinin həmin hissəsini müdafiə etsə də, konkret dəlillərlə həmin hissəni əsaslandıra bilmədi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1300 (min üç yüz) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar